(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA-nın ifşası: azərbaycanlı öz ölkəsində legioner kimi oynayacaq

AFFA-nın ifşası: azərbaycanlı öz ölkəsində legioner kimi oynayacaq

Bu transfer olduqca çətin reallaşıb, bilirik. AFFA-nın baş katibi Elxan Məmmədov, onun “Keşlə”dəki səfiri Rəmiş Malıyev işin pozulması üçün çox çalışıblar.
 
Amma baş məşqçi Mladen Milinkoviç israr edib, klubun Müşahidə Şurasının sədri Zaur Axundov da tərslik damarından bu dəfə klubun xeyrinə yararlanıb. Beləcə Samir Məsimovun “Keşlə” ilə anlaşması reallaşıb.
 
Həm də 2 illik! İstedadsız birinə, hazır olmayan futbolçuya belə müqavilə təklif edilməz. Oyunçu çatışmazlığı üzündən məcburi addım atılsaydı, qısamüddətli müqavilə imzalanardı. Amma Milinkoviç bu futbolçuda perspektiv görüb ki, onunla anlaşmanın 1 illik sənədə imza atan Ruslan Nəsirlidən fərqli olmasını istəyib.
 
Sual ola bilər ki, Məsimovun “Keşlə” ilə müqavilə imzalamasından Elxan Məmmədova nə? Klub kimi istəyirsə, alır, transfer edir, oynadır. Samir də yadplanetli və ya hansısa üzdəniraq ölkə təmsilçisi deyil ki, onunla anlaşmaya sədd qoymaq istəsinlər. Elədi, lakin həm də elə deyil.
 
Məsimov Rusiya “Fakel”indən ayrılıb. Orada özünə yeni klub tapması üçün bu ölkənin vətəndaşı olmasını istəyirdilər. Samir uzun müddət bundan boyun qaçırsa da, nəhayət, razılaşdı. Azərbaycan kubokunun sahibi olmasına, “Neftçi”də üst səviyyədə oynamasına rəğmən, ona diqqət göstərilmədi. Aşağı yaş qruplarından ibarət millilərimizə təsadüfi hallarda çağırılırdı, əsas milliyə isə ümumiyyətlə, layiq bilinmirdi. Baxmayaraq ki, Dağıstandan, Almaniyadan onlarla lazımsız millilərdə oynadıldı və onların heç biri indi futbol səhnəsində yoxdu. Samir isə Rusiya klubuna dəvət almaqla istedadını nümayiş etdirdi.
 
Samirə bu qısqanclığın səbəbi vardı. O, Məmmədovun dostu, şəriki Riad Rəfiyevə məxsus şirkətlə müqavilə bağlamadı. Bu monopoliyadan qaçanlar isə adətən millidən də, Azərbaycan klublarından da uzaq tutulur. Taleyi ilə barışan Məsimovun səbri tükəndi və o, yazda yenidən Rusiya vətəndaşlığı aldı.
 
Məhz futbolinfo.az-a verdiyi məlum müsahibəsindən sonra Samir də yada düşdü. Seleksiya ilə məşğul olmayan, diskə baxıb oyunçu seçən, pulları havaya sovuran klublar anladı ki, öz həmyerlimiz də var. Bakıdan 2 klub Samirə təklif göndərdi və o, 10 günün içində “Keşlə”nin düşərgəsinə gəlib rəsmi müqavilə imzaladı.
 
Bu, AFFA-nın baş katibinin fəaliyyətsizliyinin ifşasıdı. O hara baxırdı ki, millilərimizə illərdi başqa millətlərin nümayəndələri doldurulduğu halda, Moskva “Lokomotiv”inin yetirməsi olan tovuzlu balası ortada qaldı; bu klubda 10 il keçirmiş biri sevdiyi vətənində diqqətsizlik gördüyü üçün məcburən Rusiya vətəndaşlığını seçdi? Və əgər bu uşaq istedadsızdısa, nəyə görə indi məhz şura klubu (!!!) olan “Keşlə” ona qucaq açır? Həm də 2 illik müqavilə ilə… Həm də vətənində legioner kimi oynayacağına baxmayaraq…
 
Dövlət strukturlarında çalışan idmana cavabdeh şəxslər bu yazını diqqətlə oxusun. Çünki nəvaxtsa onlardan da hesabat istənəcək. Əllər onlara uzanmamış onlar Məmmədovun yaxasından yapışıb raport istəsinlər. Hələ bu, üzə çıxan bir faktdı. Samir təslim olmadı, döyüşdü, çabaladı, haqqını aldı. Görün itib-batan, avara həyata məhkum edilən neçə belə gənc var? Azərbaycanlıları Azərbaycanda əcnəbi kimi qəbul edən, legioner sayan AFFA-nın futbolun inkişafına töhfəsi budurmu?
 
CAVAD

 
tarix: 14-08-2018 18:46


 
Xəbər lenti
25.09.2018

19:23   Müəmmalı transferin təfərrüatı

18:36   Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11   Yığmamızdan Moldova ilə heç-heçə

17:40   Bordinlə Qurbanov irəlilədi

16:54   “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41   “Qarabağ”da 2 yubiley

16:15   “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03   Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41   “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27   “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38   “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12   Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38   “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20   Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09   “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56   Messi Ronaldoya səs verib

12:46   “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29   Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54   Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00   “eTopaz”da günün canlı oyunları

10:44   Kamran Ağayev qaliblərə inanmırmış

10:30   Super Liqa klubunda yeni baş məşqçi

10:15   Elədi, “Gedin, sabah gələrsiz”!

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00   Qurban Qurbanov isminin 6 halı

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az