(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ”ın qəmləndirdiyi adamlar üçün 1-2 qeyd

“Qarabağ”ın qəmləndirdiyi adamlar üçün 1-2 qeyd

Rəşad Ergün email: futbolinfo@mail.ru


Siz indi oturub “bu ilin payızında Bakıda Çempionlar Liqasının himnini eşidə bilməyəcəyik” düşüncəsi ilə dərd edirsiz. 

Siz “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasında günahkar axtarırsız: dayanmadan tənqid etdiyiniz kapitan Rəşad Sadıqov, 8 komandalı mənasız çempionat, baş məşqçi Qurban Qurbanovun hansısa məqamda yol verdiyi taktiki səhvlər və ya ümumiyyətlə, səhvlər...

Düşüncələr ağır, simalar kədərli, bir az da qəzəbli, xəyallar yıxılmış və ya suya düşmüş, islanmış.

“Qarabağ” BATE səddini keçmək üçün əlindən gələni etmədimi, dostlar? Etdi - Allah da, siz də şahidsiz ki, etdi.

Çoxunuzun tənqid, azınızın müdafiə etdiyi veteran müdafiəçi, kapitan Rəşad Sadıqov “Qarabağ” Çempionlar Liqasında yoluna davam etsin deyə, bacardığı qədər mübarizə aparmadımı? Apardı - buna da Allah da, siz də şahidsiz.

Rəşad Sadıqov niyə oynamamalıdı? Niyə karyerasını bitirməlidi? Rusiyada keçirilən sonuncu dünya çempionatında Rəşaddan daha yaşlı neçə futbolçu çıxış etdi?

Biz gənc Mahir Mədətovu da ələ salırıq, tənqid edirik, yaşlı dediyiniz Rəşad Sadıqovu da. Yaxşı, kim oynasın onda? Azərbaycan futbolu təkcə “Qarabağ”dan ibarət deyil axı. Sabah Azərbaycan millisi Millətlər Liqasında uğursuz çıxış edən kimi hamı “yerli futbolçu” deyə, haray çəkəcək. Başa düşmürsüz, Azərbaycan futbolunun son 20 ilində Rəşad Sadıqovdan daha yaxşısı yetişməyib. Yetişibsə, adını çəkin. Azərbaycan futbolu “qısır”dısa, Rəşaddan daha yaxşısını yetişdirə bilməyibsə və ya ümumiyyətlə, yetişdirməyibsə, bunun günahı Rəşaddadırmı, yoxsa futbolçu yetişdirmək əvəzinə futbolu alverə çevirən “moşennik” klub rəhbərlərində, AFFA rəhbərliyindəmi?

Haşiyə: Berti Foqtsun Azərbaycan millisinin “sükanı arxasına” təzə keçdiyi vaxtlar idi. Millimiz səfərdə hansısa yığma ilə oynamışdı. Foqtsun AFFA-da jurnalistlərlə görüşü təşkil olunmuşdu. Alman məşqçiyə yığmaya dəvət etdiyi müdafiəçi Nodar Məmmədovla bağlı sual verib, onun milli komanda səviyyəsində oyunçu olmadığını demişdim. Foqts isə istehza ilə baxıb, “bizim səninlə futbol anlayışımız fərqlidir” kimi bir cavab vermişdi. Bilmirsiz, həmin o Nodara nə oldu?

“Qarabağ” BATE səddini niyə keçə bilmədi” sualına konkret cavab axtarırsızsa, boşuna zəhmət edirsiz. Bu sualın bir cavabı yoxdur. 5, 10, bəlkə də 20 cavabı var. Mənə görə ən vacib olanlar:

• BATE əslində çoxunuzun yuxarıdan aşağı baxdığı, “müdafiəyə oturmuşdu, utancverici futbol oynayırdı” düşüncəsindən uzaq bir rəqib idi. Belarus təmsilçisi hansı məqamda hücuma keçməyi, hansı dəqiqələrdə müdafiəyə oturmağı hesablayacaq, planlaşdıra biləcək qədər səviyyəli rəqib idi! BATE lazım olan nəticəni qazanmaq istəyirdi və qazandı da. Vəssalam! Bilmirəm, bu, sizi bir az sakitləşdirər, ya yox, hər halda... “Qarabağ” bizim “Kəpəz” səviyyəsində olan “Kukesi”yə uduzmayıb, Çempionlar Liqasında təcrübəsi olan, Avropada tanınan, səviyyəli bir komandaya uduzub.

• “Qarabağ” illər əvvəl Bakıda “Rusenborq”u məğlub edib mərhələ keçərək sürpriz edən komanda deyil daha. “Qarabağ”ı Avropada tanıyırlar. Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində oynamış bir klub necə tanınırsa, elə tanınır “köhlən atlar”. Ağdam təmsilçisinin bir neçə il əvvəl Avropanın ortabab klublarını məğlub etmək üçün ortaya qoyduğu əzmkarlığı, motivasiyanı indi başqaları ona qarşı ortaya qoyur. Anlayırsızmı bunu? “Qarabağ”ın işinin ildən-ilə çətinləşdiyinin fərqinə varırsızmı?

• 8 komandalı çempionatda oynamaq üçün səviyyəli legioner transfer etmək çətindir, bəlkə də mümkün deyil. “Qarabağ” bütün legioner transferlərini demək olar ki, avrokuboklardakı oyunlarına görə həyata keçirir. Siz soruşun, görün çoxunuzun ağız büzdüyü, bəyənmədiyi İnnosent Emeqara 8 komandalı çempionatda, “Səbail”ə, “Keşlə”yə qarşı, özü də çox vaxt süni örtüklü meydançada oynamaq istəyirmi? Özünə hörmət edən futbolçu bütün bunları istəməz. Deməli, legioner futbolçu almaq məsələsi təkcə “Qarabağ”dan asılı deyil. Legionerlər “Qarabağ”la sadəcə, Çempionlar Liqasında, ən pis halda Avropa Liqasında oynamaq istəyir. “Qarabağ” hər il Çempionlar Liqasının, ya da Avropa Liqasının qrup mərhələsində oynamalıdır” kimi bir qayda isə yoxdur. Dünyanın ən nəhəng klublarından biri “Barselona”dır, hətta onlar üçün də “hər il, hər dəfə” deyə bir qayda, tələb yoxdur.

Yazmaq, yenə yazmaq, yenə səbəblər göstərmək olar. Amma... Dəyərli həmkarım Erkin İbrahimovun sosial şəbəkə hesabından “Qarabağ” mövzusunda yazdığı bu fikirlərə də göz atın və ürəyinizi sıxmayın, hər şey yaxşı olacaq:

“İdeal insan, ideal məşqçi yoxdur. Qurban Qurbanov hardasa səhv edibsə, bu da onun haqqıdır. Çempionlar Liqasının qrup mərhələsinə adlayan, inanılmazı gerçəkləşdirən bir məşqçidir. Hamımızda elə bir hiss var ki, Almeydalı, Pedro və Dinolu "Qarabağ" bu rəqibi keçərdi. Lakin kiçik ölkələri təmsil edən klubların taleyi budur. Bir uğurlu avromövsümdən sonra lider futbolçuları saxlamaq olmur.

Məğlubiyyətin əsas səbəbi isə Azərbaycan çempionatının mövcüd durumudur. BATE səviyyəsində rəqiblərlə "Qarabağ" ildə iki dəfə - Türkiyə və Avstriyada qarşılaşır. O da yoldaşlıq görüşlərində. Belarus çempionatında isə büdcəyə, oyunçu seçiminə görə BATE ilə müqayisə oluna biləcək azı iki klub var - Minskin və Brestin "Dinamo" adlı komandaları. Minsk "Dinamo"su keçən həftə Avroliqada "Zenit"ə 4 cavabsız qol vurdu. Yəni BATE tez-tez bu kimi səviyyəli rəqiblərlə öz çempionatlarında qarşılaşır. Hələ "Şaxtyor", "Vitebsk" kimi "boevoy" komandalar var Belarus liqasında”.


 
tarix: 15-08-2018 14:55


 
Xəbər lenti
17.07.2019

19:18   “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58   “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22   “Zirə” növbəti transferini açıqladı

18:00   Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47   Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14   “Vest Hem”dən rekord transfer

16:50   Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25   “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00   Mançini “Roma”da

15:37   “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10   “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56   De Xea qərarını verdi

14:27   Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00   Premyer Liqa klubundan yeni transfer

13:42   İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21   Premyer Liqa klubunda yeni baş məşqçi

13:03   Tunisli futbolçu rəsmən “Yuventus”da

12:43   Premyer Liqada reqlament dəyişikliyi

12:21   MY-nin yetirməsi yenidən Premyer Liqa klubunda

12:00   “Bavariya” yeni hücumçu aldı

11:41   De Liqt Turində

11:30   “Qarabağ” “Partizani”yə qarşı – YENİLƏNİR

11:00   “Atalanta”dan Ruslanla 5 illik müqavilə

10:30   “Barselona”dan 4 milyonluq transfer

10:00   “Tottenhem”dən Poçettinonun oğluna peşəkar müqavilə

09:30   “Fənərbaxça”da 5 ayrılıq

09:12   Meza Kolli də “Keşlə”yə qayıtdı - ÖZƏL

09:00   Paşayevli “Aleksandriya” AEL-lə bacarmadı

00:46   Çempionlar Liqası: 6 klub 2-ci təsnifat mərhələsində

00:24   Avroliqa: 2-ci təsnifat mərhələsinə 3 vəsiqə sahibini tapdı

16.07.2019

22:36  Frits Stuxlik Çempionlar Liqasının oyununda

21:02  “Borussiya”nın futbolçusu rəsmən PSJ-də

20:00  Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44  “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00  Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34  “Qarabağ”ın gücünə bələdik”

18:03  “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49  “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20  “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07  “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35  “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21  Türkiyə klubundan kuryoz transfer

16:14  “Qarabağ”dan azarkeşlərə jest

15:56  “Səbail” Rumıniyaya getdi

15:28  “Lids”in futbolçusu Super Liqa klubunda

14:59  “Partizani” Bakıda - FOTO

14:11  “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04  “Monako”da 5 illik müqavilə

13:40  “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21  Zeedorf istefa verdi

13:05  “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44  “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20  Premyer Liqadan La Liqa klubuna

12:14  Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52  Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33  Əvvəlcə Bordin, sonra Efros

11:18  Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00  “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:24  Zidanın oğlu Portuqaliya klubunda

10:05  Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az