(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rəfiyevin daha bir müştərisi Portuqaliyadan qovuldu - ÖZƏL

Rəfiyevin daha bir müştərisi Portuqaliyadan qovuldu - ÖZƏL

Heç 2 həftə də çəkmədi. Avqustun əvvəlində müqavilə bağladı, bu gün isə yararsız hesab edilib qovuldu.
 
"Sumqayıt"ın iyulda Avstriyanın dağılan “Qarabağ Vyana” klubundan heyətinə cəlb etdiyi Dmitri Nağıyev karyerasını Portuqaliyada davam etdiməliydi. 22 yaşlı müdafiəçi adıçəkilən ölkənin I divizionunda çıxış edən "Cova da Piedade" klubu ilə müqavilə imzalamışdı. U-21 millimizdə də 2 oyun keçirmiş “Dnepr”in yetirməsi debütünü gözləyirdi.
 
Amma bu gün "Cova da Piedade" klubunun məşqçiləri futbolçunu heyətdə saxlamamağa qərar verib. Hətta bu səviyyəli komandaya da yaramayan biri “Sumqayıt”a götürülürmüş. Klubun prezidenti Riad Rəfiyev menecer kimi pul qazanmaq şansını əldən verməməyə çalışıb, bu transferi reallaşdırmışdı. Gəl ki, Portuqaliya klubu təmsilçiləri son anda fikrindən daşınıb.
 
Xatırlayırsızsa, Sumqayıt klubunun rəsmi saytında bu xəbər bəh-bəhlə paylaşılmışdı. Guya ki, klub “Azərbaycan futbolunun inkişafını, azərbaycanlı futbolçuların və milli komandalarımızın mənafeyini ön planda tutaraq Nağıyevin Portuqaliya klubuna transfer olunmasına razılıq verib”. Halbuki Rəfiyev şəxsi büdcəsini zənginləşdirmək şansını əldən verməmək istəməmişdi. Və nəticə...
 
Nağıyevin müqaviləsinin pozulmasında da problem yoxdu. Çünki anlaşmada qeyd olunubmuş ki, klub bir ay ərzində futbolçudan imtina etmək hüququna malikdi. Və onlar bu bənddənyararlanıblar, heç bir təzminat da ödəməyəcəklər.
 
Eyni situasiya vaxtilə Elnur Cəfərovla bağlı yaranmışdı. Həmin vaxt Rəfiyevin daha bir müştərisi “Tondela”dan belə göndərilmişdi. Bu fakt isə göstərir ki, “Sumqayıt”ın prezidenti olan Riad klubda olduğu kimi, menecerlikdə də işinin ustası deyil. Ümid edirik, Portuqaliyadakı digər təmsilçimiz Renat Dadaşovda, eləcə də Rəfiyevin “Mattersburq”a göndərdiyi Ramil Şeydayev və Araz Abdullayevdə oxşar problem çıxmaz.

 
tarix: 15-08-2018 16:13


 
Xəbər lenti
22.07.2019

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:30   “Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - YENİLƏNİR

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:10   “Qarabağ”ın potensial rəqibi məlum olur - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az