(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” üçün 21 yaşlı “arı”

“Qarabağ” üçün 21 yaşlı “arı”

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi artıq məlumdu.

Futbolinfo.az xəbər verir ki, ağdamlılar qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə üz-üzə gələcək.
 
Moldova çempionu bu mövsüm 17-ci dəfə avrokuboklarda mübarizə aparır. Avropa macərasına 1999-2000 mövsümündə UEFA Kubokundakı iştirakla başlayan Tiraspol klubu ən böyük nailiyyətini 2013/14 mövsümündə əldə edib. Həmin il Çempionlar Liqasında yarışa başlayan moldovalılar 3-cü təsnifat mərhələsində Zaqreb “Dinamo”suna yenilsələr də, Avropa Liqasında yoluna davam edib və qrupa adlayıblar. Orda isə “Tottenhem”, “Anji” və “Tromse” ilə üz-üzə gələn “Qarabağ”ın rəqibi 6 xalla 3-cü yeri tutub.
 
Ümumiyyətlə, 1997-ci il aprelin 4-də yaranan “Şerif” elə ilk cəhddən elitaya yüksələ bilib. Bunda komanda tarixinin ilk baş məşqçisi - həmyerlimiz Əhməd Ələsgərovun rolu az olmasa da, tiraspollular elitada ona güvənməyi lazım bilməyiblər. Elitadakı debüt mövsümündə 4-cü yerlə kifayətlənən komanda elə həmin il – 1999-cu ilin yazında ölkə kubokunu qazanıb. “Şerif” güclülər dəstəsindəki ikinci mövsümdə gümüş medal qazanmaqla avrokuboklara vəsiqə əldə edib.

Ümumilikdə 16 dəfə Moldova çempionu olan “arılar” həmçinin 9 dəfə ölkə kubokunu, 7 dəfə isə Superkubokunu başı üzərinə qaldırıb.
 
Xorvatiyalı mütəxəssis Qoran Sabliçin çalışdırdığı komandada Xorvatiyadan 3, Braziliya, Burkina Faso, Bosniya və Herseqovinadan 2, Lüksemburq, Kurasao, Serbiya, Belçika, Syerra Leone və Belarusdan 1 əcnəbi futbolçu çıxış edir. 

“Sarı-qaralar” ev oyunlarını Tiraspolda yerləşən 12 min 746 azarkeş tutumuna malik “Şerif Stadium”da keçirir.

Ötən mövsümün qalibi olan “Şerif” cari mövsümdə də Moldova çempionatının lideridi. Bu komanda Azərbaycan çempionatı kimi, 8 klubun iştirakı ilə keçirilən Moldova birinciliyində 16 turdan sonra 36 xalla bütün rəqiblərini qabaqlayır. Komanda 11 qələbə qazanıb, 3 heç-heçə edib, cəmi 2 məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 35 top keçirən Tiraspol klubu öz qapısında cəmi 8 qol görüb.
 
Azərbaycan və Moldova klubları 9-cu dəfə avrokuboklarda rəqib olurlar. “Qarabağ” isə tarixində 3-cü dəfə sözügedən ölkə təmsilçisi ilə üz-üzə gələcək. Bu ölkələri son dəfə avrokuboklarda görüşdürən elə "Qarabağ"la "Şerif" olub. 

Ağdam klubu ilk dəfə 2006-cı ilə Avroliqada "Zimbru" ilə qarşılaşıb. Kişinyovdakı qarşılaşma 1:1 hesabıyla nəticələnib. "Şəfa" stadionundakı cavab matçında da əsas vaxtda bu hesab qeydə alınıb və cütün taleyinə aydınlıq gətirmək üçün əlavə 30 dəqiqə təyin olunub. Burda Böyükağa Ağayevin komandasına qol vuran rəqib 2:1 hesabıyla qələbə qazanaraq mərhələ keçib.

Ötən mövsüm isə ÇL-də "Qarabağ" - "Şerif" qarşıdurması baş tutdu. 2017-ci ilin iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 0:0 hesabıyla nəticələndi. Avqustun 1-də Tiraspolda keçirilən cavab matçında fasiləyə saniyələr qalarkən - 45-ci dəqiqədə “Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu hesabı açdı. İspan yarımmüdafiəçi Miçel 86-cı dəqiqədə hesabı 2:0 edəndə artıq cütün qalibi olacağımıza şübhə qalmadı. "Şerif"in gücü 90+4-cü dəqiqədə penaltidən təsəlli qolunu vurmağa çatdı.  Belçikalı hücumçu Badibanqa indi də rəqibin əsas qol ümididi və İslandiya "Valyur"u da məhz onun fərqlənməsi sayəsində keçildi. Həmin vaxt 2:1 hesabıyla qələbə qazanan "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in pley-offuna yüksəldi. Sonrası da məlumdu - Qurban Qurbanovun komandası daha böyük tarix yazaraq ÇL-in qrupuna düşdü. Maraq üçün qeyd edək ki, həmin dövrdə "Şerif"i indi “Neftçi”nin baş məşqçisi olan Roberto Bordin çalışdırırdı. 

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


 
tarix: 17-08-2018 14:25


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az