(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Keşlə” yenə qarışıb

“Keşlə” yenə qarışıb

“Keşlə”nin 2018-ci ildə malik olduğu uğurlu seriyası qırıldı. Azərbaycan kubokunun son qalibi bu il ilk dəfə rəsmi matçda meydanı qolsuz tərk etdi.
 
Bu, Premyer Liqanın ilk turunda "Sabah"a evdə 0:1 hesabıyla uduzduğu qarşılaşmada reallaşdı. “Keşlə” 45+1-ci dəqiqəqdə rəqibdən penaltidən buraxdığı qolun əvəzini çıxa bilmədi.
 
Özü də bu, serbiyalı yeni baş məşqçisi Mladen Milinkoviçin debütündə baş verdi. Bunadək ardıcıl 21 matçda qol vurulmuşdu. Bu, təkcə TPL-də (14 oyun, 20 qol) yox, Azərbaycan kubokunda (3 oyun, 3 qol) və Avropa Liqasında (2 oyun, 2 qol) da olmuşdu.
 
Düşərgədə durum kritikdi. Futbolçuların yeni baş məşqçidən gözü su içmir. Milinkoviç elə ilk gündən gözdən düşüb. O, sərt nizam-intizam tərəfdarı olduğunu və bu kimi məsələlərdə heç kimə güzəştə getməyəcəyini söyləsə də, sözünün arxasında dayanmır.
 
“Qəbələ” ilə yoxlama görüşündən sonra Murad Qayalı ilə Denis Silva arasında düşən dava, birincinin özünən yaşca xeyli böyük komanda yoldaşına iki yumruq zərbə endirməsi burda başıpozuqluğun hökm sürməsinin əyani sübutudu.
 
Digər tərəfdən, məşqlərdən narazılıq yaranıb. Əksər oyunçular onun keçdiyi hazırlıq prosesini bəyənmir. Onlara görə, Milinkoviçin savadı bir elə yüksək deyil, standart məşq proqramlarıyla kifayətlənir. Üstəlik, taktiki cəhətdən zəifdi.
 
Klubun Müşahmidə Şurasının sədri Zaur Axundovun futzaldan tanıdığı dostları vasitəsilə tapıb gətirdiyi çalışdırıcı taktika üzərində demək olar az işləyir. Əsas fikri fiziki hazırlığa yönəldən balkanlı komandanın digər çatışmazlıqlarını görməzdən gəlir.
 
Elə “Sabah”a gözlənilməz məğlubiyyət də bunlardan qaynaqlanır. Yerli futbolçularla sərt dildə danışan və onlara inamsız yanaşan serbiyalı hələ başa düşməyib ki, onun taleyi tək Axundovdan asılı deyil. Baş məşqçini postda saxlayan da, qovduran da oyunçulardı. Ya onlarla ümumi dil tapmalıdı, ya da… Getməlidi!
 
Milinkoviçi 1-2 nəfər istəməsəydi, MŞ sədri bir tədbir görə bilərdi. İndi buna nə vaxt var, nə imkan. “Keşlə” yay “transfer pəncərəsi” boyunca zəif transfer bazarlığı görüb, heyət faktiki olaraq güclənməyib. Sezar Meza Kollinin Rumıniyaya yollanması komandanın “onurğa sütunu”nu əyib (sportinfo.az).

 
tarix: 18-08-2018 10:47


 
Xəbər lenti
25.09.2018

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az