(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

“Qarabağ”ın müdafiəçisi Donald Gerrye futbolinfo.az saytının suallarını cavablandırıb:

- Sizcə, BATE-yə məğlubiyyətin səbəbləri nə idi?
- Düşünürəm ki, həmin gün bizim günümüz deyildi. Yaxşı oynasaq da, qırmızı vərəqə aldıq. Həmin vərəqə bizim oyunumuza təsir etdi. Yəni ki, gücümüzü azaltdı. 

- Avropa Liqasının pley-off mərhələsində ötən il ÇL-in 3-cü təsnifat mərhələsində udduğunuz “Şerif”lə üz-üzə gələcəksiniz…
- “Şerif” yaxşı və güclü komandadı. İlk oyunumuzu səfərdə keçirəcəyik. Bizim üçün çox ağır oyun olacaq. Sona qədər döyüşəcəyik və yaxşı nəticə ilə geri dönmək istəyirik. 

- Tiraspol təmsilçisini yaxşı tanıyırsız. Razısan ki, onlarla düşmək sizin üçün daha yaxşı oldu?
- Keçmiş keçmişdi. Ötən il bu mövsümlə eyni deyil. Unutmayın ki, hər fasilədə komandalar yenidən qurulur. “Şerif”in yeni futbolçuları, yeni məöşqçisi var. Mən deyə bilmərəm ki, bizim üçün asan olacaq. 2017 və 2018 fərqli illərdi. Oyunlar da fərqli olacaq. 

- İstənilən halda BATE ilə müqayisədə “Şerif” daha uyğun komandadı…
- Mənim üçün İngiltərə Premyer Liqası və ya hər hansı 5-ci liqa komandası arasında fərq yoxdu. Çünki bütün oyunlara eyni motivasiya ilə çıxıram və düşüncəm ancaq qələbədi. Məğlubiyyətə nifrət edirəm. Uduzanda həyatımın ən acı anlarını yaşayıram. Çünki düşünürəm ki, mən səhv etdim və biz qalib gələ bilmədik. Düşünürəm ki, kifayət qədər meydanda yaxşı çıxış etmədim, komanda yoldaşlarıma kömək etmədim. Sona qədər döyüşmədim. 

- Çempionatda ilk oyuna tam motivasiya ola bilmisiz?
- Bəli, bu oyuna tam hazırıq. İlk matçdı və qələbə haqqında düşünürəm. Fikrimcə, meydanda bütün gücümüzü qoyub 3 xalı əldə etməliyik. Yaxşı start “Qarabağ” üçün çox vacibdi.

- “Səbail” sizdən fərqli olaraq çempionatda bir oyun keçirib və məğlub olub…
- Onların məğlub olduğu oyuna baxmışam. “Qəbələ”yə böyük hesabla uduzdular. Amma bunun bizim üçün əhəmiyyəti yoxdu. Biz öz oyunumuza köklənmişik. Futbolu heç zaman bilmək olmur. Rəqibi ciddiyə alıb oynamaq lazımdı. Onlar öz meydanında çıxış edəcək və bizim üçün çətin qarşılaşma olacaq. 

- “Qarabağ”ı artıq indidən mövsümün çempionu elan edirlər. Futbol camiəsində hər kəs Ağdam klubunun digərlərindən bir baş üstün olduğunu düşünür…
- Bu doğrudu ki, biz həqiqətən güclü komandayıq. Biz tiki-taka komandasıyıq. Amma bu o demək deyil ki, çempion olacağıq. Heç kəs indidən belə proqnoz verə bilməz. Mövsüm ərzində çoxlu çalışıb istədiklərimizi həyata keçirməliyik. Uğurlu ola bilsək, yenidən qızıl medallara sahiblənəcəyik.

Cavad


 
tarix: 18-08-2018 12:25


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az