(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

"Futbolçularımı və azarkeşləri təbrik edirəm. Xeyli dəyişiklik etmişdik, bununla belə pis oynamadılar. Nəticə qazanmağı bacardılar".

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsini hər iki oyununda əllərini gələni ediblər: "Xüsusən səfər oyununda yaxşı oynadıq. Vurduğumuz qolun üzərində çalışmışdıq. Çatışmazlıqlar var. Mübarizəni dayandırdığımız üçün üzgünəm. Avropa Liqasındakı rəqibimiz "Şerif" təcrübəli komandadır. Vaxtımız çox azdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik".

Qurbanov BATE ilə matçlarda buraxılan qollarda səhvə yol verən Rəşad Sadıqovun azarkeşlərin tənqidi ilə üzləşməsinə də toxunub. O, kapitanan inamını ifadə edib: "Hamının onun karyerasını bitirməsini istəməsinə inanmıram. Rəşadı məndən yaxşı tanıyan olmaz. Onun oyunçu kimi davam etdirməsini mən israrla istədim. Bu söhbətlər keçən ildən vardı. Ona görə israr etdim. Bu gün də Rəşadın gücünə arxayınıq. Onun nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçuda taparıq. Sadəcə olaraq üzdə olan insan daha çox müzakirə olunur. Buna normal baxıram. Bizi sevənlər çoxdur. Bu fikirləri bildirənlərə hörmətlə yanaşıram. Onun həm meydanda, həm də meydandan kənarda nə qədər faydalı kapitan olduğunu yaxşı bilirəm. O, futbolumuz üçün vacib insandır. Düzdür, özü də çox üzgündür yazılanlardan dolayı. Ona görə narahat deyiləm, daha yaxşı oynayacaq. Bu gün Rəşada istirahət vermişdim. Ümumiyyətlə, əsas heyətin bir çox üzvü yox idi. Ona səhər başqa cür məşq vermişdik. Heç bir psixoloji problemi yoxdur. Bu cür fikirlər ona da, mənə də pis təsir edib. Onun gücünə inanıram".

Qurbanov yeni transfer Delarjın özünü yaxşı tərəfdən göstərə bilməməsinə də toxunub: "Delarjın uğursuz transfer olduğunu deməzdim. Optimal formadan uzaqdır. Ən gec məşqlərə qoşulan oyunçudur". (Report)


 
tarix: 18-08-2018 21:04


 
Xəbər lenti
17.11.2018

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az