(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

“Çox yaxşı oyun alındı. Futbolçularım kifayət qədər yaxşı oynadılar. Üçüncü qolu da vura bilərdik. Lakin sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var. Buna baxmayaraq, yaxşı oynadıq”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 2-ci tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Müdafiə xəttindəki boşluqları aradan qaldırmaq üçün hansı tədbirlər görəcəksiniz?
- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu, o demək deyil ki, yeni futbolçu almalıyıq.

- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya təsir etməyəcək?
- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. "Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək. Matç təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.

- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?
- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.

- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?
- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdür, "Şerif”də işləmişəm və uğurlar qazanmışam. Həmişə o komandanın uğur əldə etməsini istəyəcəyəm.

- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?
- Bu oyundan razıyam, sona qədər mübarizə apardıq. Kollektivimizi daha da təkmilləşdirməyə, komandamızın daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik. (Sportnet)


 
tarix: 19-08-2018 21:36


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az