(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

Topaz Premyer Liqasının cari mövsümündə 2-ci tura yekun vuruldu. “Neftçi” və “Qarabağ”dan başqa hamının xal itirdiyi yarışda komandaların iddiasına yavaş-yavaş aydınlıq gəlir. Düzdü, hələ fikir bildirmək üçün tezdi, amma müəyyən mənada 2 oyun da potensialı göstərməyə yetir.
 
İndiyəqədərki 7 oyundan ən baxımlısı dünən oynanıldı. Mərdəkandakı dueldə sürətli, aqressiv, eyni zamanda daha məzmunlu futbol seyr edə bildik. Bəlkə də rəqiblərin iddiası, daha səviyyəli və bir-birinə layiq olmasına görə belə mənzərə izlədik.
 
“Neftçi” – “Qəbələ” oyunu hazırkı çempionatın ümumi səviyyəsinin üstündə olan bir matç idi. Düzdü, ötən mövsümlərdə belə oyun qətiyyən diqqət çəkməzdi. Lakin indi ən yaxşı saya biləcəyimiz matç məhz bu idi.
 
“Neftçi” ötən turla müqayisədə daha yaxşı oynadı. Roberto Bordinin sürpriz start heyəti öz yerində, futbolçuların anlaşmasında, oyunun məzmununda da irəliləyiş var idi. İtaliyalı baş məşqçi çətin ki, komandasından tam razı qala, lakin “Sumqayıt”ı yendikləri matçla müqayisədə daha iddialı rəqibə qarşı oyunda müsbət məqamlar çox idi.
 
Amma komanda həmişə rəqibin imkan verdiyi qədər oynayır. Bu səbəbdən 2 fərqli hissə izləməyimizin bir səbəbkarı da “Qəbələ” idi. “Qırmızı-qaralar” seçdiyi taktika, yol verdiyi fərdi səhvlərlə bakılıların işini asanlaşdırdı. Qaliblər mühakimə edilmir – bu baxımdan “Neftçi”nin qələbəsinə kölgə salmaq olmaz. Lakin “Qəbələ”nin səhvlərindən bəhs etməliyik.
 
“Qəbələ” kimi komandalara “2 nömrə” kimi oynamaq yaraşmır. Baş məşqçi Sənan Qurbanov bu səhvi “Proqres”lə avrokubok matçında da etmiş, uduzmuşdu, dünən də təkrarladı. Müdafiəyə qapanıb, əks-hücumda şans axtarmaq “qırmızı-qaralar”ın üslubu deyil. Daim təzyiq altında oynamaq, rəqibə üstünə gəlməyə imkan vermək əvvəl-axır səhvə səbəb olmalıdı. “Neftçi” də bundan məharətlə yararlandı.
 
Müdafiədən hücuma çıxmaqda çətinlik çəkən qonaqlar arxada qısa ötürmələrlə oyun qurmağa çalışarkən ciddi səhvə yol verdi. Elvin Camalovun yanlış ötürməsindən sonra top sabiq oyundaşı Baqali Daboya düşdü, o isə reydini dəqiq zərbə ilə tamamladı. Elvin belə səhvləri tez-tez edir və növbəti “məhsuldar ötürmə”sindən sonra komandası çətin duruma düşdü. Hələ matçın 2-ci dəqiqəsində Bəhlul Mustafazadə də oxşar səhv etmiş, Dabonun qarşısını son anda Voislav Stankoviç almışdı.
 
İş ondadı ki, “Qəbələ”də Mustafazadə də etibarlı oynamır. Camalovun səhv ötürməsini gənc müdafiəçi sığortalaya bilmədi. Sənan Qurbanovun səhvi həm də onda idi ki, müdafiə zonanda təzyiq altında oynaya bilməyən belə “canlı bombalar” olduğu halda “Neftçi”ni üstünə çəkməməlisən. Camalovu fasilədə əvəzləyən və Stiven Monrozu meydana buraxan məşqçi yalnız bundan sonra oyunu dəyişə bildi.
 
İkinci hissənin əvvəlində “Qəbələ” özünə daha bir qol vurdu. Stankoviç təcrübəsinə yaraşmayan ehtiyatsızlıqla cinahdan öz qapısı önünə ötürmə etdi, “Neftçi”nin hücumçuları da bu hədiyyəni məmnuniyyətlə qəbul etdilər – 2:0. İtiriləsi heç nəyin qalmadığını görən qonaqlar yalnız bundan sonra ayıldılar. Və bunda “Neftçi”nin arxayınlaşmasının, təzyiqi azaltmasının da rolu oldu.
 
Qurbanovun Lalavele Atakoranı Rauf Əliyevlə əvəz etməsi ilə oyunun ssenarisi dəyişdi. Artıq təzyiq yaradan qonaqlar, müdafiə olunan bakılılar idi. Və “Qəbələ” 4-ü yüzfaizli olmaqla 10-a yaxın təhlükəli vəziyyət yaratdı. “Neftçi”nin cinahları su yoluna dönmüşdü, qapı qarşısına istənilən ötürmə qol epizoduna çevrilirdi. 1 zərbə tirdən döndü, 2 epizodda Monroz boş qapını nişan ala bilmədi. Yalnız 86-cı dəqiqədə Rauf əsl qolçu olduğunu göstərdi. Matç daha 5 dəqiqə uzansaydı, hesab bərabərləşə də bilərdi. Halbuki Sənan Qurbanovun 90 dəqiqə belə şansı olduğu halda, seçdiyi səhv taktika, cəsarətinin olmaması “Qəbələ”ni məğlubiyyətə məhkum etdi. Onun səhvləri isə Camalov və Stankoviçin simasında özünü büruzə verdi.
 
İstənilən halda, bu iki komanda layiqli rəqiblərdi və “Qarabağ”ın əsas izləyiciləri olacaqlar. İnkişafda olan “Neftçi” çoxdan həsrətində olduğu liderlik kürsüsündə əyləşib, qələbələr isə komandaya ruh verir. Səhvlərə rəğmən, xalların qazanılması komanda adına yaxşıdı. “Qəbələ” isə çempionatın səviyyəsinə görə pis futbol sərgiləmir. Yəqin bu məğlubiyyət Qurbanova dərs olacaq, onu daha cəsarətli edəcək. O, məşqçi kimi də inkişaf etməlidi. Dünənki oyunda rəqibin pressinqindən qurtulmaq üçün zonalara kəskin ötürmələr lazım idi. Bunu anlayanda hesab 0:2 idi və vəziyyəti düzəltmək üçün zaman yetmədi. Amma indi qabaqda 26 turluq zaman var.
 
AĞA

 
tarix: 20-08-2018 09:36


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az