(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əfranın dualarıyla qazanılan matç

Əfranın dualarıyla qazanılan matç

“Sumqayıt”ın “Sabah”la dünənki çempionat matçına Əfran İsmayılovsuz çıxması çox təəccüblü idi. Komandanın lider futbolçularından birinin adının iştirak ərizəsində olmaması suallar doğururdu.
 
Müəmmaya mətbuat konfransında aydınlıq gəldi. Baş məşqçi Nazim Süleymanovun açıqlaması qəribə idi: “Əfran İsmayılov müqavilə bağladıqda demişdi ki, dəvət gəlsə, bu komandada olmaya bilərəm. Hazırda Həcc ziyarətindədir. Biz də ona icazə vermişik”.
 
Açıqalama bir az anlaşılmaz oldu. Çünki “dəvət gəlsə” ilə “Həcc ziyarətindədi”nin arasında bir əlaqə ola bilməz. Həcc ziyarətinə heç kimi dəvət etmirlər.
 
Əfranın ziyarətə getməsi qeyri-adi olay deyil, qəribə olan peşəkarlığa tüpürülməsidi. Dinə İsmayılovdan daha çox bağlı olan insanlar da var, amma ilin-günün bu vaxtında komandanı atıb getmək çörək qazandığı yerə hörmətsizlikdi.
 
Təbii ki, buna “Sumqayıt”ın prezidenti Riad Rəfiyev qadağa qoyacaq nüfuza sahib deyil. Çünki bu şəxs özü klubda tapılmır, günü səfərlərdə, menecerlik etdiyi oyunçulara yeni iş yeri tapmaqda keçir. Belədə onun “Sumqayıt”a nəzarət edə bilməməsi aydındı. Belədə Əfran kimilərin xahişini də yerə salmaq olmur. Amma maraqlıdı, bu səfərə görə gedən müddətdə İsmayılov maaş alacaqmı? Axı, o, vacib oyunda komandanı köməksiz qoymaqla şəxsi məqsədlərini klub maraqlarından üstün tutub.
 
Onu da etiraf edək ki, Əfran özü olmasa da, ruhu meydanda idi. Elə bu səbəbdən komandası “Sabah”ı darmadağın (4:1) etdi, İsmayılovun mövqeyində oynayan Nicat Qurbanov matçın ulduzu oldu. Bu, yəqin ki, Əfranın ziyarətdə etdiyi dualar səbəbindən mümkünləşdi. Zarafat öz yerində, lakin İsmayılovun yoxluğu onun Qurbanovun haqsız yerə ehtiyatda oturdulduğu reallığını da ortaya qoydu. Əfran bir az da heyətə qayıtması ün dua etsin.
 
FƏRİD

 
tarix: 20-08-2018 10:12


 
Xəbər lenti
25.09.2018

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az