(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nazirin gözü önündəki biabırçılıq

Nazirin gözü önündəki biabırçılıq

Çayı keçməmiş “hop” deyənlər üçün ağır zərbədi. Bir qələbəylə özünü böyük iş görmüş sayanlar yəqin ki, tərs sillədən ayılar. Sən demə, “Sabah” hələ Çempionlar Liqasının qalibi olacaq səviyyədə komanda deyil, “Keşlə” üzərindəki qələbəyə də görməmişcəsinə sevinmək lazım deyilmiş. Qismətdə çempionatın ən zəif, ən pis komplektləşdirilmiş komandası olan “Sumqayıt” qarşısında darmadağın olmaq da var imiş.
 
“Sabah”ın səriştəsiz rəhbərliyi ilk turdakı səfər qələbəsindən sonra “Əlincə Arena”da növbəti 3 xalı planlaşdırırdı. Bu səbəbdən matça klubun sahibi Mikayıl Cabbarovu da dəvət etmişdilər. İlk ev oyununda daha bir qələbə qazanıb vergilər nazirinin yanında hörmət sahibi olmaq istəyirdilər.
 
Yaxşı ki, nazir gəldi və gördü ki, onun ayırdığı büdcəylə necə keyfiyyətsiz məhsul ortaya qoyulub. Ümid edirik, Mikayıl bəy futboldan küsməz, öz vəsaitini ayırdığı bu sahədən üz döndərməz. Cabbarov ağıllı adamdı, belə ciddi layihələrdən bir məğlubiyyətlə imtina etməz, lakin gözünün açılması baxımından əla fürsətdi, özü də gördü ki, klubu tapşırdığı adamlar səriştəsizlər yığınıdı, daha ciddi kadrlara ehtiyac var.
 
Cabbarov klubun idarəçiliyini xalası oğlu Balakişi Qasımova tapşırıb. O isə uşaqlıq dostu Maqsud Adıgözəlova etibar edir. Bu adam da komandanın heyətini yalnız tanışları vasitəsilə yığıb, kluba 2 menecerdən başqa kimsə oyunçu verə bilməz. Və dost-tanışların nazir qabağına çıxardığı komanda hücumçusuz  oynayan “Sumqayıt”dan 4 qol buraxır. Cabbarovu məyus etmək üçün bundan biabırçı ssenari düşünmək olmazdı.
 
İlk turdakı qələbə təsadüfi idi. Doğrusu, hətta biz də “Sabah”ın yaxşı oyununa aldanmışdıq. Amma eyforiyaya qapılanlar indi ayılmalıdı. Böyük pullar xərclənərək gətirilən legionerlərin əsl səviyyəsi bir oyundaca üzə çıxdı. Elə baş məşqçi Elşad Əhmədovdan dahi düzəltmək istəyənlər, onu ilahiləşdirənlər də xəcalət içindədi. Bu çalışdırıcı sumqayıtlı cocuqlarla bacara bilməyəcək birisi imiş.
 
Legionerlərə xərclənən 1 milyon öz  yerində, təkcə Cavid İmamverdiyev üçün “Sumqayıt”a ödənilən 150 min, ümumiyyətlə, bu futbolçunun müqaviləsi üçün nəzərdə tutulan yarım milyon manatın hesabı aparılmalıdı. Rəqibin liderini alanlar indi həmin komandaya öz evində 1:4 hesabıyla uduzur. Adıgözəlovun gözəl ətrafıyla qurduğu komanda elə bu cür gözəl də olmalıydı.
 
“Sabah”ın problemi təkcə məşqçidə, futbolçularda deyil. Klub təşkilatçılıq baxımından da sıfırın altındadı. Normal idarəetmə mexanizmi yoxdu, bircə zərbə ilə çilik-çilik olacaq struktura malikdilər. Müşahidə Şurasına yığışanlar, rəhbərlikdə olanlar ancaq paketə göz dikənlərdi, “qara iş”i görənlər yoxdu.
 
“Əlincə Arena”nın zəif işıqlandırma sistemi ümumi bəladı. Hazırda stadion qıtlığı var, Avro-2020-yə görə arenalar təmirdədi deyə oyun işıqlandırma sistemi standartların altında olan bu qurğuda keçirilir. Amma bu problemi bilə-bilə matçın ən gec saata salınması doğru deyil. PFL-lə məsləhətləşib matçın gündüz saatların salınması lazım idi. Havalar çox isti olmadığından bu, mümkün idi. Amma klubda o başın yiyələri yoxdu, teleyayımı, tamaşaçıları heç kim düşünmür, hamısı VİP-Lojada əyləşib, ayağını ayağının üstünə qoyub kofe içməklə məşğuldu.
 
Komandanın kapitan sarğısının Cavid İmamverdiyevə verilməsi daha bir təcrübəsizlik, səriştəsizlik nümunəsidi. Cavidi tanıyanlar bilir ki, o, lider oyunçu deyil, xarizması yoxdu. Amma Əhmədov sarğını ona etibar edib. Həm də İmamverdiyev meydana ikinci hissədə çıxsa da, əvvəlki kapitan Kərim Diniyevə qarşı hörmətsizlik edərək bazubəndi ondan alıb qoluna taxır. Bu təfəkkürün sahibi “Sabah”ı arxasınca daşıya bilməz. Saşa Stamenkoviç, Erik Ramos, Bəxtiyar Soltanov kimi təcrübəlilərin olduğu komandada İmamverdiyevin kapitan seçilməsi, ümumiyyətlə, ayıbdı.
 
Bütün bunlar bəlkə də xırda detallardı, amma bütün sirrlər məhz bu nüanslarda gizlənir. Komanda olmaq üçün hər məqama diqqət yetirmək lazımdı. Əhmədov bir qələbəylə özünü as məşqçi sayır, rəhbərlik də buna aldanıb hətta naziri növbəti qələbəni birgə qeyd etmək üçün oyuna dəvət edir. Hələ Cabbarovun gəlişinə görə hakimlər “Sabah”a güzəşt etdi, qapılarına azı 1 penaltini təyin etmədilər. Hesab 1:5, 1:6, 1:7 də ola bilərdi. “Sumqayıt”la oyunda darmadağın reallaşdısa, iddialılarla oyunlara çətin ki, naziri dəvət edən tapıla.
 
CAVAD

 
tarix: 20-08-2018 10:56


 
Xəbər lenti
16.11.2018

09:00   Almaniya Rusiyanı, İngiltərə ABŞ-ı darmadağın etdi

01:45   Xorvatiya İspaniyadan qisasını aldı

15.11.2018

23:28  Rəşad Sadıqov: “Həmin anda diqqətli olmalıydıq”

23:00  AFFA-nın bəyənmədiyi oyunçu Almaniya millisində

22:48  FİFA-dan Super Liqa klubuna transfer qadağası

21:57  Millimiz Ukraynaya uduzdu

21:01  Abbasov “Sumqayıt”ı ilk məşqə çıxardı

18:25  “Neftçi” məşqləri bərpa etdi

17:14  “Fənərbaxça” baş məşqçi ilə bağlı qərarını verdi

16:47  Valeri Qazzayev İsgəndər Cavadov Akademiyasında - FOTOLAR

16:00  “Neftçi”dən yoxlama matçında heç-heçə

15:35  “Azərbaycanın necə oynaması bizi narahat etməməlidi”

15:03  Farer adalarının millimizlə oyun üçün start heyəti məlum oldu

14:40  “Qəbələ” - “Sabah” matçında bir dəqiqəlik sükut

13:34  “Mançester Siti”də ciddi itki

12:49  Meksika millisi sabiq “Barselona”lıya tapşırıldı

12:24  “Topaz”: Xorvatlar qisas, finlər 1 xal, Belarus və Avstriya qələbə arzusunda

11:50  Millimizin Farer adaları ilə matça hazırlığı - FOTOLAR

10:38  Azərbaycan – Ukrayna: hakim təyinatları açıqlandı

10:32  “Qəbələ”nin məşqçisi avtomobil qəzasında öldü

10:24  İsrafilovlu “Alkorkon” La Liqa klubuna qalib gəldi

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Təbriz klubundan səfər matçında heç-heçə

00:19  Millimizlə oyundan öncə 7 cavabsız qola sevindilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az