(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Gün“dəm”

Gün“dəm”

Gündəm...

Günlərimiz də "dəm"dir. Gündəmimiz "sərxoş"laşıb. "Pənco-pənco" ilə bir gün "yıxıb-sürülmə"lər, səhərisi gün "paxmel"dən bəy tərifləri, sonrası isə "başağrı"dan gündəmin yenidən dəyişməsi...

Gün"dəm"in heç ayıq vaxtı olmur. Ayıq olanlar ha desinlər ki, "dəm" olmayın, ayıq olun, ayıq başlı olun. Heç gündəmin "dəm"inə də deyil. Gündəmin "dəm"indən günü-gündən qəmləşirlər ayıqlar... 

Əvvəl günün "nəbzi"ni tutardılar. İndi gündəmin "dəm"liyindən təzyiqlər də var-gəl edir. Gah düşür, gah qalxır. Lap Ta(ə)rif Şurası kimi. Şura adı gələn kimi "müasir futbolumuz" yada düşür...

Futbolun şuralaşmış cəmiyyətində "Qarabağ" ayıq başla gündəmi zəbt edib. Nə qədər çalışırlar ki, ağdamlılar da "Ağdam" çaxırı ilə gündəmə uyğun "dəm"ləşsinlər, dəmləşmirlər ki, dəmləşmirlər...

Son həftələr gündəm necə "dəm"ləşmişdisə yıxılıb sürünə-sürünə "sürüyürdülər". "Vıtrezvitel" ("ayıltma məntəqəsi") də çatdıra bilmirdi...

Gündəmin "dəm"liyindən ayıq düşünənlər da azalıb, mühasirəyə alınıb. "Dəm"li "işquran"ların "vıtrezvitel"lərə ehtiyacı da yoxdur. Gündəmin "paxmel"liyi daha sərfəlidir...

Ayıq başlar isə bir qrupdur. Ona görə də qrupdadılar...

Gündəmin əsl "dəm"lərinin dozası kifayət etmədi. Dünənki axşamdan "dəmli-dəmli", suyu süzülə-süzülə bu günkü qəmli gün"dəm"ə qədəm qoyublar. Gündəmi dəyişmək, "po sto qram"ı artırmaq üçün növbəti planlar cızılır...

Gündəmin "dəm"indən "çujoy paxmelə" gedənlərin ayılma zamanıdır. Onda gündəmi "dəm"ləşdirənlər ayıqlar qarşısında daha da "dəm"ləşəcək, özləri yıxılıb sürünəcəklər...

Gündəm isə dəyişmir ki, dəyişmir... 

Dünən "yıxıb-sürülən"lərin sayəsində qruplar görənlər, arsenalını daha müasir "silah"larla gücləndirənləri indi də gün"dəm"də "erməni konyak"ları ilə "dəm"ləşdirirlər. Ən azından ayıq başlı "çujoy paxmel"lər ayılmamalıdır...

Millətin növbəti "paxmel" əməliyyatı qaldı ağıllı "ideoloq-dəm"lərin Millətlər Liqasına...

5-10 gün qalıb. Görəsən millət Millətlər Liqasına kimi gündəmin "erməni konyakı"nın "dəm"liyindən ayılacaqmı?!

"Vıtrezvitel"lər çoxdan ləğv edilib. Özünüdərketmə zamanıdır

Gün"dəm"lərin meyxoşluğundan ayıq gündəmlərə keçmək vaxtı çoxdan yetişib...

Əks halda pərakəndə ayıq başlı qruplar da sonda gündəmləriin "dəm"lik dozasına, təzyiqinə dözə bilməyəcəklər!


 
tarix: 31-08-2018 20:33


 
Xəbər lenti
05.12.2019

19:33   “Liverpul” rekordunu yenilədi

19:05   Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31   “Payız turniri”nin qalibi bəlli oldu

18:03   AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00   İspaniya superkubokunun təqvimi açıqlandı

17:37   Milli komandada baş məşqçi ayrılığı

17:15   Bir oyun, üç debüt

16:51   Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36   İran yığmasının baş məşqçisi istefa verdi

16:14   Şenol Günəş Bakıda - FOTO

15:53   1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34   “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16   “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54   “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32   “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11   Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54   Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36   “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00   Kataloniyanın ən yaxşı futbolçusu

12:32   “Keşlə” 100-ü yarıladı

12:15   Millimizin üzvü həbs oluna bilər

12:03   Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51   “Sabah” rekordunu təkrarladı

11:47   Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35   Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14   Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52   “Fənərbaxça”da Mozes şoku

10:30   Təbriz klubu səfərdən 1 xalla döndü

10:12   Bülənt Korkmaz: “Bakıda evdəymiş kimi oynayaçağıq”

10:00   Super Liqa klubunda yeni baş məşqçi

09:30   Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı

09:00   “Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

02:11   MY Mourinyonu üzdü, “Liverpul” derbidə darmadağına sevindi

02:00   PSJ-dən inamlı qələbə

04.12.2019

23:47  “Qalatasaray”dan gözlənilməz məğlubiyyət

21:52  Tahir Süleymanov: “Qəbələ” xilas edilməlidi”

20:38  AÇ-2020-nin biletləri satışa çıxarıldı

20:18  “Sumqayıt” “Zaqatala” səddini belə keçdi - VİDEO

19:53  Ayxan Abbasov: “Əsas məqsədimiz turu keçmək idi”

19:39  “Sabah” 5 cavabsız qolla 1/4 finalda - VİDEO

19:03  1/4 finalın cütləri bəlli oldu

18:53  “Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda

18:34  Millimiz Monteneqroya qalib gəldi

18:23  Elxan Məmmədov İcraiyyə Komitəsinə hesabat verdi

18:14  “Zirə”də yeni rekordçu

17:30  Jelko Sopiç: “Belə oyun görmək istəmirəm”

17:19  Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”

17:12  Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”

16:54  “Zirə” darmadağınla 1/4 finalda - VİDEO

16:35  “Yuventus”un futbolçusu əməliyyat olunacaq

16:17  İbrahimoviç: “Tezliklə İtaliyada görüşərik”

15:47  “Atletiko” alman futbolçu ilə anlaşdı

15:29  “Napoli” qovur, PSJ istəyir

15:01  “Mançester Yunayted”də ciddi itkilər

14:34  “Barselona”nın sabiq üzvü karyerasını başa vurdu

14:16  Hakimləri söyən məşqçilərə sərt cəzalar

14:03  Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

13:46  Mahmud Qurbanova 5 oyunluq cəza

13:33  Bordin cəzalı duruma düşdü

13:11  Amerika kubokunun püşkü atıldı

12:54  Asiyanın ən yaxşı futbolçusu bəlli oldu

12:33  Millimizin rəqiblərindən biri uduzdu, digəri uddu

12:10  “Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi” – UEFA-nın prezidenti

11:51  Yuri Vernidub “Sabah”la niyə anlaşmayıb?

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az