(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milli “badalaq”: hanı sizin təbliğatınız?

Milli “badalaq”: hanı sizin təbliğatınız?

4 gün qaldı. Sentyabrın 7-də yığmamız Millətlər Liqasında ilk matçına çıxacaq. Amma bunu idman mətbuatında gedən yazılardan başqa heç nədə hiss etmək olmur.
 
AFFA oyunun təbluğatı, azarkeşlərin stadiona səslənməsi üçün heç nə etmir. Hətta Bakıda belə hər hansı afişaya, elana rast gəlmirik. Baxmayaraq ki, assosiasiya rəsmiləri yarışın önəmli olduğunu, qitə çempionatının final mərhələsinə vəsiqə üçün can atdıqlarını hər açıqlamasında dilə gətirir. Milli komandamıza bu yarış lazım deyilsə, o açıqlamaların verilməsinə nə gərək; önəmlidisə, təbliğat niyə yoxdu?
 
Milli komandanın başında Berti Foqts, Robert Prosineçki dayansaydı, AFFA daha bir “Niyə də yox?!” şüarı fikirləşib, ajiotaj yaradar, oyunətrafı əhval-ruhiyyəni yüksəldərdi. Lakin indi vəziyyət elədi ki, heyət zəifdi, üstəlik, millinin başında AFFA-dakıların sevmədiyi Qurban Qurbanov dayanıb. Bu səbəbdən millinin yaxşı çıxışı, azarkeşlərlə bütünləşib, qələbə qazanması kimlərəsə sərf etmir.
 
Ümumiyyətlə, məlum təyinatlardan sonra milli komandalar ögey övlada çevrilib. Dubayda, Avstriyada, Türkiyədə uzunmüddətli toplanışlar təşkil edilmir, büdcə məhdudlaşdırılıb. Və bütün bunların əsas səbəbi AFFA-nın Qurbanovun dəstəsinə qarşı münasibətinin təzahürüdü – heç kim onun uğurlu olmasını istəmir, millidə növbəti əcnəbi dönəminin xəyalları qurulur.
 
Baş katib Elxan Məmmədovun ötən həftə verdiyi müsahibədə maraqlı bir məqam var idi. O, azarkeşləri stadiona səsləyirdi. Həmin vaxt “Qarabağ”ın “Şerif”i keçib, Avropa Liqasının qrupuna düşməsi çətin görünürdü. Belədə Qurban bəy tənqidlərlə üzləşəcəkdi, millinin mümkün Kosovo uğursuzluğundan sonra isə ona qarşı azarkeşlərin daha soyuq münasibəti hiss ediləcəkdi. Bəlkə də Elxan bəy “istefa” şüarını səsləndirəcək fanatların olacağını nəzərə alaraq auditoriyanın genişlənməsini istəyirdi.
 
Lakin “Qarabağ” qrupa düşdü və cavab matçından sonra Respublika stadionda fanatlarla birliyini göstərmək üçün fəxri dövrə vurdu. Beləcə ictimaiyyətin Qurbanovun dəstəsinə inamı geri qayıtdı. Bu, AFFA-nı narahat ediyindən, indi oyunun təbliğatı yubadılır, heç bir ajiotaj yaradılmır. Təbii ki, Kosovo ilə oyunda millinin dəstək alması qarışdırıcı qrupa sərf etmir.
 
Ümumiyyətlə, Elxan Məmmədov hazırda milliyə yaxın durmur. Həmişə yığmanın düşərgəsində tez-tez gördüyümüz katib indi komandayla maraqlanmır, qayğı göstərmir. Ümumiyyətlə, Qurbanovun işində büdrəmə olması üçün hər şey edilib. Az qala 1 ildi millidə yeni təyinatlar reallaşıb, bugünədək məşqçilərin tələb etdiyi ofis onların ixtiyarına verilməyib. Bakı Olimpiya Stadionunda otaqların ayrılması nəzərdə tutulub, gəl ki, aylardı təmir işlərini yekunlaşdırmırlar. Halbuki Foqts istəsəydi, hər şey bir həftəyə həll olunar, hətta şəhərin mərkəzində təmtəraqlı ofislər tutulardı. Qurbanova isə rəhbərlik etdiyi bütün milli komandaların məşqçiləri ilə bir araya gəlməsi, işçi qrupun fəaliyyət göstərməsi üçün imkan yaradılmır.
 
Hamı Kosovo ilə oyunu gözləyir. Millinin startından asılı olaraq, ona münasibət dəyişəcək – qələbə olsa, baş katib Qurbanovun istəklərini yerinə yetirməyə məcbur olacaq, əks halda, badalaq vurmalar daha da şüddətlənəcək. Hələlik hər şey göz önündədi: 4 gündən sonra yarışdakı perspektivimiz baxımından taleyüklü matçdı, ictimaiyyət isə bunu hiss etmir.
 
FƏRİD

 
tarix: 03-09-2018 12:07


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az