(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İdman ölkəsinin yuxulu idman kanalları

İdman ölkəsinin yuxulu idman kanalları

Artıq bu mənzərəyə öyrəşmişəm, amma düzü, xoş deyil. Hər gün eyni mənzərə, hər gün eyni məyusluq.
 
Adətim üzrə bu gün də televizorda idman xəbərlərinə baxıram. Haradan? Nəyə? Mənə əsasən milli çempionatlarda son turun nəticələri, oyunların icmalı, yerli futbola aid xəbərlər və populyar idman növlərindəki yeniliklər maraqlıdı.
 
“İdman Azərbaycan”a müraciət edirəm. “Brayton” – “Mançester Yunayted” oyununun videoyazısını verirlər. Son turun oyunu olsa, nisbətən maraqlı olar, amma çaşıb qalıram. Bildiyim qədəri ilə “qırmızı şeytanlar” son turda qələbə qazanıb, amma bu matçda “Brayton” artıq 3 qol vurub. Biabırçılıq! MY üçün yox, “İdman Azərbaycan” üçün. Bu ki,bir həftə öncəki matçdı.
 
“CBC Sport”u açıram. Proflaktika. Bazar ertəsini istirahət üçün fürsət biliblər. Sözüm yoxdu, yəqin ki, lazımdı. Amma əvvəlki günlərdə də fərqli heç nə görməmişəm. Şit səhər verilişi, oxucunu informasiya ilə təmin etməyən mənasız süjetlər və gündəmi tam tutmayan xəbər buraxılışlarına adət etmişik.
 
Məcbur olub qonşu Rusiyanın idman kanalına – “Matç” TV-yə yönəlirəm. Xəbər axıcılığı, rəngarənglik, kanalı dəyişməməyə məcbur edən hər şey.
 
Qolovinin “Monako”sunun son oyunundan icmal verib, həmyerliləri oynayana kimi komandanın özünə gəlməyəcəyini söyləyirlər. Ardınca rus klublarının avrokubokdakı rəqiblərinin oyunlarından fraqmentlər, həftəsonunun ən maraqlı oyunlarından görüntülər, bütün nəticələrin təqdimatı, təhlillər və Rusiya çempionatı ilə bağlı süjetlər. Aradabir tennisə, hokkeyə də yer ayırırlar.
 
Sadalamayaq, doyumsuz bir kanaldı. Həm Rusiya idmanının təbliğatı aparılır, həm tamaşaçını məmnun etmək üçün əsl peşəkarlıqla iş görülür. Bircə saat mənim kanal seçimimi qətiləşdirmək üçün kifayət edir.
 
Bəs, biz niyə bunu edə bilmirik? İdmanımızmı o qədər zəngin deyil? Axı, biz idman ölkəsi sayılırıq!.. Bəlkə tənbəlik? Axı, xarici çempionatların icmalı üçün həmkarlarımıza kimsə mane olmur. Heç “Qarabağ”ın rəqiblərinin oyunlarına xüsusi diqqət ayırmaq üçün də fövqəlistedad sahibi olmaq gərəkmir. Dünən 4 komandamız yoxlama oyunu keçirib, çempionat yoxdusa da, həmin matçlar var. Qarşıdan millinin oyunları gəlir və s. və i.
 
Sadəcə, telekanallarımız tənbəldi. Volkan Üstün nəyinə lazımdı ölkə idmanının təbliğatı, azarkeşlərdə maraq oyadılması, tamaşaçının istəyi? Onsuz da aylıq 15 min dollarını alıb gününü keçirir. Və ya “İdman Azərbaycan”ın kresloya yayxanan rəhbərliyi.
 
Azərbaycan idman baxımından bu qədər kasad ölkədisə, niyə 2 idman kanalına sahibdi? Dövlət büdcəsindən gedən 10 milyon manatdan çox vəsait 10 gün əvvəlin matçı təkrar göstərilsin deyəmi xərclənir? Vəsaitə qənaət edilib daha yaxşı işlərə xərclənsəydi, başa düşərdik. Amma axı, biz avrokubokdakı komandalarımızın oyunlarına da internetdə, hansısa linklər vasitəsi ilə baxan adamlarıq. Həmin oyunları yayımlamaq üçün hansı axmaq reklamçı sponsor olmaq istəyər? Tamaşaçı kütləsi yığmayan, camaatı özündən uzaqlaşdıran idman kanallarımızla niyə əməkdaşlıq etsinlər ki?
 
İdman saytlarını, qəzetləri də hardasa eyni üslubda qınamaq olar. Amma razılaşın ki, hətta saytlar da televiziyalardan bir addım öndədi, daha operativ işləyirlər. Baxmayaraq ki, ciddi maliyyə problemləri, klub reklamlarından asılılıq var. Telekanallarımızsa dotasiya hesabına işləyir. Daha doğrusu, işləmir…
 
Ayılın cənablar. Ölkə idmanının təbliğinə ehtiyac var. İnsanları təkcə tribunalara toplamaq üçün yox, həm də sağlam həyat tərzini təbliğ etmək üçün sizə milyonlar verilir. Zəhmət çəkib, iş görün, ortaya məhsul qoyun. Biz rusların ümidinə qoymayın. Çünki onların təbliğatı nəticəsində bir çox futbolsevər “Ufa”nı, “Krasnodar”ı, “Orenburq”u “Səbail”dən, “Sabah”dan, “Qəbələ”dən, hətta “Qarabağ”dan daha yaxşı tanıyır.
 
CAVAD

 
tarix: 03-09-2018 11:05


 
Xəbər lenti
21.08.2019

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az