(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İttiham yox, xəbərdarlıq: dünənki oyunları araşdırın!

İttiham yox, xəbərdarlıq: dünənki oyunları araşdırın!

Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən klublarımız dünən 2 sınaq matçı keçirdi. "Sabah” "Sumqayıt”a, "Səbail” isə "Keşlə”yə öz meydanında uduzdu. Hər iki matç 1:2 qurtardı və hər ikisində hesabı meydan sahibləri açıb, sonda məyus oldular.
 
İlk baxışdan qeyri-adi heç nə yoxdu. Sınaq matçlarında hər cür nəticə mümkündü. Sadəcə, dünən bu oyunların internet vasitəsi ilə canlı “stavka”ya qoyulması diqqətimizi çəkdi. Bütün dünyada artıq sınaq matçları da qumara qoyulur və əsasən qeyri-leqal kontorlarda belə oyunlara pul qoyuluşu qəbul edilir.
 
Kimsənin oyun alıb-satdığını, danışığa getdiyini iddia etmirik. Sadəcə, AFFA-nın, klubların bu məsələlərə həssas yanaşması lazımdı. Divizion bu səbəbdən dağılıb, indi isə Premyer Liqanın eyni virusa yoluxması ehtimalı var. Asiya, eləcə də Balkan ölkələrində bu tip matçlara maraq böyükdü və hər cür “fırladılır”.
 
Hər iki oyunun “üst” qurtarması və ilk qolu vuranların sonda məğlub olması da şübhəlidi. Mərc oyunlarından xəbərdar olanlar bilir ki, məğlub komandanın oyunu çevirməsinin çox böyük əmsalı olur, “üst” isə hər iki tərəfin xəbəri olmadan da gətirilməsi mümkün olan sadə variantdı. Bu səbəbdən nəticələrlə matçların canlı “stavka”ya qoyulması haqda əlaqə axtarmağa dəyər.
 
Xüsusilə "Sabah”la "Sumqayıt”ın görüşünü araşdırmaq pis olmaz. İlk yarının qalib bitirən komandanın sonda uduzması 25-30 əmsalla ölçülür və bunu hətta matçın iştirakçıları da “nəzərə ala bilər”. Əhəmiyyətsiz oyunda öz komandasının məğlubiyyətinə pul qoyub, bunun 25-30 mislini qazanmaq adi işdi və bəzən məbləğlər futbolçuların illik maaşından da çox olur.
 
“Əlincə Arena”dakı oyunu önə çəkməyimizin səbəbi isə matçın ssenarisidi. 80-ci dəqiqəyə kimi hesabda öndə olsn “Sabah”ın buraxdığı qollara diqqət edilməsi lazımdı. Qələbə qolunu Filip İvanoviçin öz qapısından keçirməsi də maraqlıdı (Bu qolun videogörüntüsünə mütləq baxın). Yəqin ki, sona 10 dəqiqə qalmışa kimi qalib olan komandanın məğlubiyyətinin əmsalı üçrəqəmli olardı və bunun reallaşmasının nə demək olduğunu düşünün.
 
Təbii ki, bu, konkret ittiham deyil, xəbərdarlıq, araşdırılması üçün verilən tövsiyədi. Komandaların futbolçulara inamı tamdırsa, bizim sözümüz yoxdu. Amma vaxtilə divizion komandalarıyla bağlı da şübhələrimizi yazırdıq, matçdan öncə “Turan”ın MOİK-i uda-uda uduzacağını qeyd edirdik, “Bakılı”nın, “Şərurspor”un hoqqalarını öncədən xəbər verirdik, bizə inanmırdılar. Amma yekunda divizionla bağlı UEFA-dan gələn siqnallar bir çoxlarının cəzalandırılması ilə nəticələndi.
 
Bu qeydlərimiz də xəbərdarlıq xarakterlidi. AFFA, klublar xüsusilə Balkanlardan, Mərkəzi Avropa ölkələrindən, Ukraynadan, Gürcüstandan gələnlərdən ehtiyatlı olsun. Belələrinin sayı komandada 2 və daha çoxdusa, deməli, real təhlükə var. “Sabah”da və “Səbail”də 4, “Keşlə”də 3 belə oyunçu (üstəgəl məşqçi) olduğundan klub rəhbərliyi daha tədbirli olmalıdı.
 
AĞA

 
tarix: 03-09-2018 13:25


 
Xəbər lenti
22.02.2019

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az