(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İddiasını qaytaran “Neftçi”: hələ də sabiqlərin günahları yuyulur

İddiasını qaytaran “Neftçi”: hələ də sabiqlərin günahları yuyulur

“Neftçi” son illərdə ilk dəfə mövsümə bu qədər uğurlu başlayıb. 3 tura 7 xal və liderlik kürsüsü.
 
Düzdü, “Qarabağ” bir oyun az keçirdiyindən, bakılıların ən yaxşı nəticəyə imza atdığını deyə bilmirik. Amma istənilən halda, indiki tabloda “ağ-qaralar” hamıya yuxarıdan aşağı baxır. Həm də Roberto Bordinin yetirmələri üçün təqvim asan olmayıb. Ötən mövsümün sürpriz komandası, elə bu il də yalnız bakılılara uduzan “Sumqayıt” səfərdə, gümüş medalçı “Qəbələ” evdə məğlub edildi. Çempion “Qarabağ”la səfərdəki heç-heçəni də komandanın aktivinə yazmaq lazımdı.
 
Bordin hələ ideal komanda yaratmayıb, çoxlu problemlər var. Xəttlərarası əlaqə indi-indi qurulur, müdafiədə ciddi çatışmazlıq var. Bununla belə, komanda oyundan oyuna artırır, daha inamlı görünür. Tribunadakı azarkeşlərin sayı da xal ehtiyatına uyğun artır.
 
“Neftçi”nin dövrənin sonunadək təqvimi daha rahatdı, deməli, çempionatın ¼-i yenə öndə bitirmək üçün şans var. Üstəlik, “Qarabağ”ın başının Avropa Liqası matçlarına qarışdığı bir dönəmdə hətta fərq də yaratmaq olar. Bakılılar bunu bacarsa, dekabra kimi kökdən düşməsələr, qış fasiləsində heyəti daha da gücləndirmək olacaq. O zaman yəqin ki, sponsorlar da səxavət kisəsinin ağzını açıb, böhrandan çıxmaq istəyən komandaya dəstək verəcəklər.
 
Faktiki bu gün Premyer Liqada 2 seçilən komanda var. Hər tur büdrəməsi real olan digərləri ilə müqayisədə “Qarabağ” və “Neftçi” favorit görünür. Ağdamlılar daha şanslıdı – güclü, oturuşmuş heyətləri var, daha təcrübəlidilər. “Qarabağ”ın hətta ikinci heyəti də ayrıca avrokuboklara vəsiqə üçün oynaya bilər. Real götürsək, “Neftçi” ikinci yerə daha layiq görünür, lakin hadisələrin axarını təxmin etmək elə də asan deyil. Ardıcıl qələbələrin gətirdiyi motivasiya ilə, eyni zamanda ağdamlıların avrokubokdakı çıxışı səbəbindən güc itirəcəklərini nəzərə alaraq, daha yaxşısına ümid etmək olar.
 
“Neftçi”nin indiki rəhbərliyi nəticə üçün həqiqətən ciddi işlər görür. Komandada ab-hava düzəlib, bir çox məsələlər nizama salınıb. İdarəçilikdəki xırda qüsurları unutmuruq, səhvlər də var. Lakin ən əsas olan nəticəyə yönəlik görülən işlərdi və “Neftçi” bu baxımdan pis deyil. Hətta transferlərdəki bəzi yanlışlıqlar da ümumi prosesə əngəl olmamalıdı.
 
Bakılıların bu gün çempionluğa daha iddialı olmasına mane olan digər səbəblər də var. Büdcənin böyük hissəsi kənar xərclərə sərf olunur. Stadion, klub ofisi, təlim-məşq bazası – hamısının ayrı-ayrılıqda böyük məsrəfləri var. İsmət Qayıbov adına məşq bazası tam qurulub istifadəyə verilənə, klub bir yerdə məskunlaşana kimi belə çətinliklər olacaq. Yalnız ondan sonra xərclər azalacaq, heyətə daha çox diqqət ayrılacaq.
 
Unutmayaq ki, hazırkı rəhbərlik sələflərinin də günahını yuyur. Orxan Hüseynzadənin vaxtında götürülən kredit klubun boynundadı və hər ay 100 min manata yaxın vəsait məhz borcun bağlanmasına sərf olunur. Bu pula isə yüksək səviyyəli 2 oyunçu almaq, heyəti daha yaxşı formalaşdırmaq olardı.
 
“Neftçi”yə əvvəlki rəhbərlikdən qalan daha bir “miras” dağıdılmış heyətdi. Elvin Yunuszadə, Araz Abdullayev, Elşən Abdullayev, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Kamal Qurbanov, Rahil Məmmədov, Tərlan Quliyev, Cavid İmamverdiyev, Emil Balayev, Ağabala Ramazanov digər klublarda əsas heyətdə yer alan bütöv bir istedad yığını, bütöv bir “11-lik”di. Hələ neçə-neçə yeniyetmə digər komandalara peşkəş edilib. Hansı ki, bu gün “Neftçi”nin əsas heyətini gücləndirə bilərdilər.
 
Bütün bunlara rəğmən, “Neftçi” yenidən çempionluq yarışına qayıtmaq istəyir və pis start verməyib. Düzdü, büdrəmələr mümkündü, amma ən əsası, o ab-hava yenidən yaradılıb, klub böyümək istəyiir. Azarkeşlərlə birlik təmin olunsa və əlavə hoqqalar çıxmasa, “Qarabağ” ciddi rəqiblə mübarizə aparmalı olacaq.
 
FƏRİD

 
tarix: 03-09-2018 14:10


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az