(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Dəqiqəsinə 62500 dollar qazanan İsrafilov

Dəqiqəsinə 62500 dollar qazanan İsrafilov

 
Eddi İsrafilov 2015-ci ildən millimizə çağırılır. O, düz 2 il əsas komandaya dəvət alıb və 2017-nin fevralından bu yana yaddan çıxarılıb. 8 matçda meydana çıxan futbolçu cəmi 232 dəqiqə forma geyib. Bu, hər matçda orta hesabla 29 dəqiqə oynaması deməkdi.
 
O da maraqlıdı ki, Eddi cəmi bir dəfə sınaq matçına çıxıb, onda da 79 dəqiqə meydanda olmaqla rekord vurub. Qalan oyunlarını seçmə mərhələdə keçirən anqolalı Maltaya 9, Xorvatiyaya 1, Bolqarıstana 8, Almaniyaya 1, Çexiya qarşı 3 dəqiqə oynayıb.
 
Bu gülünc rəqəmlər onun səviyyə(sizliy)sindən xəbər verir. Sadəcə, Eddinin AFFA-dakı menecerləri məşqçiləri bu oyunçunu vacib oyunlarda meydana buraxmağa məcbur edirdi ki, onu qiymətə mindirib satsınlar, qazanc əldə etsinlər. O vaxt millidə menecer olan “Sumqayıt”ın hazırkı prezidenti Riad Rəfiyevin Robert Prosineçki ilə münasibətləri pozulandan sonra Eddi daha dəvət almadı, xorvat çalışdırıcı isə tezliklə sözəbaxmazlığı üzündən postunu tərk etdi.
 
Bu posta təyin olunan Qurban Qurbanov isə həm Riadı yola saldı, həm də İsrafilov üçün qapıları birdəfəlik bağladı. Elə o səbəbdən də bu məşqçi AFFA rəhbərliyinin daim badalaq vurduğu şəxsə çevrilib. Ölkə başçısı tərəfindən təyinatı vacib bilinən Qurbanova AFFA-dakı bəzi işbazlar az qala hər məsələdə mane olmağa çalışırlar.
 
Amma o da var ki, Qurbanov da AFFA-nın böyük pullar sərf etdiyioyunçunu heç olmasa, bir dəfə iş başında görməlidi. Futbolçu qıtlığı olan indiki zamanda yazda və yayın əvvəlində keçirilən bir sıra sınaq matçlarında bu oyunçuya ən azı bir dəfəbaxmağa dəyərdi. Nə olsun ki, klubunda müntəzəm oynamırdı. Ona qalsa, Cavid Hüseynov da cəza üzündən bu mövsüm meydana çıxmayıb, amma Millətlər Liqasına strat verəcək yığmanın düşərgəsindədi. Eyni şərait Eddiyə də yaradıla bilərdi. Səviyyəsinə görə yox, AFFA-nın pulları havaya sovurduğuna əmin olmaq üçün.
 
İsrafilovun milliyə gətirilməsi o vaxt Prosineçkinin istəyi ilə reallaşmışdı. Daha doğrusu, Rəfiyev belə bir oyunçunun varlığını çatdırmış, AFFA-dakı dostları və himayədarları da onun transferindən gələcək xeyri də nəzərə alaraq təbliğata başlamışdılar. Lakin işi elə qurmuşdular ki, Eddinin adını Prosineçkiyə çəkdirdilər və guya bu futbolçunu onun istədiyini göstərdilər.
 
O vaxt İsrafilov üçün böyük pullar xərcləndi. Anqolalının bir sıra tələbləri qarşılandı və özünə də 500 min dollar verildi. Səviyyəsinə baxılmadan, yalnız anası azərbaycanlı olduğu üçün gətirilən bu futbolçu İspaniyada oynadığından yarım milyonu havaya sovurdular, milli komandaya klubmuş kimi futbolçu transfer etdilər. Amma tamamilə yanlış addım idi və sonradan bəlli oldu ki, 232 dəqiqəlik futbolçu üçün 500 min dollar verməyə dəyməzmiş. Əlavə xərclər öz yerində, faktiki 5 oyunda heç 10 dəqiqə oynamayan birinə matçbaşına 62500 dollar verilib.
 
Bəs, bu oyunçu indi hardadı? Yenə də İspaniyada oynayan Eddi sequnda klublarında gün keçirir. “Mursiya”da 3 mövsümə 54 oyun keçirərək 2 qol vuran İsrafilov “Qranada”da 5 matç çıxandan sonra Primerada çıxış etdi. Millimizə elitada oynayan “Eybar”da oynadığı vaxt gələn yarımmüdafiəçi cəmi 6 oyuna çıxdı. “Kordoba”dakı 14 oyunun ardından yenidən sequndaya yuvarlanan Eddi “Kadis”də 10, “Ximnastik”də 11 matça çıxdı. Ötən ildən “Alkorkon”a gələn futbolçu cəmi 1 matça çıxdı və indi də bu klubda ehtiyatda oturur.
 
Belə bərbad biri üçün 500 min dollar (bəzi mənbələrdə bu məbləğin milyon dollar olduğu yazılır – red.) verməyə dəyərdimi? Onun milliləşdirilməsinə nail olanlar hansısa öhdəlik götürübmü və indi hesabat verə bilərlərmi? Yoxsa SOCAR-ın pulu o qədər çox idi ki, onu küləyə vermək lazım idi?
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 04-09-2018 12:15


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az