(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Milyonluq Renatın seçimi

Milyonluq Renatın seçimi

 
Daha böyük məbləğə transfer olunan Renat Dadaşov da var. Düzdü, bu oyunçu gəncdi, perspektivi var. Lakin yenə də ona 1 milyon dollar verməyə lüzum yox idi. O, Messi, Ronaldo səviyyəsində biri deyil, komandamızın gücünü əhəmiyyətli dərəcədə artıran lider kimi görünmür. Əsas millidə cəmi 1 matçda 2-3 dəqiqə oynayıb, U-21-də isə hətta yerlilərin kölgəsində qalır.
 
Almaniya U-17-də 15 oyuna 13 qol vuran biri istedadsız ola bilməz, lakin super oyunçu olsaydı, almanlar onu belə rahatlıqla buraxardımı? Əsla! Bildiyimizə görə, onun “lipa” olduğu aşkarlanıb və almanlar bu futbolçuda böyük potensial görmədiyindən onun gedişinə əngəl olmayıb. AFFA isə 1 milyon verərək onu ölkəmizə gətirib. U-21-də 3 oyuna 1 qol vuran hücumçunun hələ özünü sübut etməsi lazımdı.
 
Almaniyanın məşhur "Bild" nəşri Dadaşovun Azərbaycan yığmasını pula görə seçdiyini hələ o vaxt yazmışdı: "Təəssüf ki, "Ayntraxt"ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. "Leyptsiq"də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi".
 
Daha bir maraqlı məqam bu keçidin reallaşması zamanı yaşandı. AFFA-nın rəsmi saytında Dadaşovun milliyə gətirilməsi ilə bağlı məlumat bildirilirdi: "Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib”. Amma Renat özü apasport.az saytına müsahibəsində belə demişdi: "AFFA-dan dəvət gəldi. Öz-özümə sual verdim ki, Azərbaycan millisində oynamaq istəyirəmmi?”
 
Kəsəsi, 1 milyon dollar da belə getdi və milli komandamız bu fitbolçudan da indiyədək düz-əməlli xeyir görməyib. Vaxtilə milliyə çağırılıb, indi gərək duyulmayan qardaşı Rüfət kimi yəqin, qarşıdakı illərdə Renatın da lazımsız olduğu aydınlaşacaq. Almanlar superistedadı heç vaxt bu qədər rahatlıqla əldən buraxmazdı. Təsadüfi deyil, Renat artıq Almaniya klubları üçün maraqlı deyil və AFFA xərcə düşərək onu Portuqaliya “Eştoril”inə yerləşdirib, yəqin ki, maaşının böyük hissəsini də ödəyir.
 
Ümumiyyətlə, belə davranışın mənfi tərəfi də var. Renat bu gün istedadına, perspektivinə xəyanət edib, pulu düşünməklə özünü qurtardı. Amma o, bununla almanların gələcəkdə bu ölkədə yaşayan həmyerlilərimizə baxışını dəyişdi. İndi bizimkilərə daha az diqqət yetiriləcək, onların da sabah eyni addım atacağından ehtiyat edəcəklər.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 04-09-2018 15:44


 
Xəbər lenti
16.02.2019

12:42   Premyer Liqa klubunda iki yeni müqavilə

11:07   Kamran Quliyev – “like”?

11:00   “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:50   “Neftçi” “Zirə” ilə üz-üzə - YENİLƏNİR

10:45   “Keşlə” “Sumqayıt”a qarşı - YENİLƏNİR

10:32   Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00   Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32   “Traktorsazi”yə 1 qol bəs etdi

09:17   Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00   Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23   İlk 1/4 finalçı bəlli oldu

02:04   Meydan sahiblərinin günü

01:57   “Bavariya”dan çətin qələbə

01:51   Hərəyə 2 qol, 1 xal

01:36   “Yuventus”dan darmadağın

00:11   “Beşiktaş”dan səfərdə çətin qələbə

15.02.2019

22:56  Premyer Liqada 17-ci tur rəqəmlərin gözü ilə

22:05  “Cinayətdən uzaq idman”

21:47  “Zirə” - “Neftçi”: VİDEOANONS

19:28  Emil Balayevin komandası darmadağın oldu

18:23  “Neftçi” yenə Məmmədovsuz çalışdı

17:38  “Qəbələ”dən böyükhesablı qələbə

17:07  “Səbail”lə “Sumqayıt”dan 10 qolluq heç-heçə

16:36  Avroliqada həftənin rəmzi komandası

16:08  ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

15:40  “Neftçi” yeni transferini rəsmən açıqladı

15:28  ÇL-də ilk həftənin rəmzi komandası açıqlandı

15:04  Yevgeni Koçuk: “Zirə”yə belə məğlubiyyət planlarda yox idi”

14:46  “Səbail”in müdafiəçisi: “Şanslarımızı reallaşdıra bilsək…”

14:28  Moldova millisinin üzvü “Neftçi”də

13:56  “Zirə” - “Neftçi”: 15-ci görüş

13:27  “Komanda qələbə qazanmalıdı ki, özünəinam hiss etsin”

13:06  “Barselona”dan Valverde ilə bağlı yekun qərar

12:43  Vadim Vasilyev istefaya göndərildi

12:25  Balayev: “Çempionluq arzusu ilə sonadək vuruşacağıq”

12:00  Musa Qurbanlı: “Var gücümüzlə mübarizə aparacağıq”

11:45  Avroliqada “həftənin ən yaxşısı” adına namizədlər açıqlandı

11:21  Azərbaycanlı hakimlər AÇ-nin oyunlarına təyinat aldılar

11:08  Elxan Məmmədov FİFA-nın sammitində

10:59  Aftandil Hacıyev təzyiq altında: qarşıdakı 2 oyun həlledici olacaq

10:39  UEFA-nın yeni reytinqi: 26-da qaldıq

10:34  Argentina, Çili, Paraqvay və Uruqvay şərik oldu

10:25  Yurçeviç Rəfiyevə nə qədər qazandırıb?

10:11  “Napoli”dən səfərdə inamlı qələbə - VİDEO

10:00  “Latsio” “Sevilya”ya evdə məğlub oldu - VİDEO

09:46  “İnter”ə 1 qol bəs etdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az