(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qapı-qapı gəzdirilən Şeydayev

Qapı-qapı gəzdirilən Şeydayev

 
AFFA-nın 1 milyon dollar, ev və s. verib millimizə gətirdiyi Ramil Şeydayev də hələlik ümidləri doğrultmur. Rusiyada superistedad sayılan biri pulu üstün tutub ölkəmizə gələn kimi məhv oldu. Rusiyanın U-17 komandasında 8 oyuna 2, U-19-da 11 oyuna 12 qol vuran hücumçu, U-21-də də 6 matçda 3 dəfə fərqlənmişdi. Amma Azərbaycana gələn kimi U-21-də 2 matçda fərqlənməyib, əsas yığmada isə 12 oyuna cəmi 1 qol vurub.
 
“Zenit”in yetirməsi aşağı yaş qruplarında fantastik çıxış edirdi, əsas komandada da debüt etmişdi, “Rubin”də Premyer Liqada oynamışdı. AFFA onu ələ keçirəndən sonra Türkiyəyə getməsinə şərait yaratdı. Onun “Trabzonspor”da yerləşdirilməsi təsadüf deyildi. 1 matçda forma geyən futbolçunun maaşını da bizimkilər ödəyirdi - yəqin ki, həmin Futbolun İnkişaf Fondunun vasitəsi ilə. Lakin bu da trabzonluları qane etmədi, Ramil eyni üsulla Slovakiya “Jilina”sına yerləşdirildi.
 
Riad Rəfiyevin yüksək qonorar alaraq reallaşdırdığı bu transferin maliyyə xərcləri də AFFA-nın boynuna yükləndi. Bu klubda 13 oyuna 5 qol vuran Şeydayev sonradan “Qarabağ”a gətirildi. Ramilin maaşını verməkdə çətinlik çəkən AFFA “Qarabağ”dan onu heyətə qatmağı xahiş etmişdi. Bununla SOCAR müəyyən müddət büdcənin zorlanmasından xilas olurdu. Ağdamlılar Şeydayevi 250 min dollar ödəməklə 1 mövsüm oynatdı, o da 15 oyuna cəmi 1 qol vura bildi. Mövsüm bitən kimi “Qarabağ” ondan imtina etdi, Şeydayev də müqaviləylə məxsus olduğu “Trabzonspor”a qayıtdı. Və bu mövsümün əvvəlində Ramillə müqavilə ləğv edildi, futbolçu bu dəfə Rusiya “Krılya Sovetov”una yerləşdirildi.
 
Beləliklə, AFFA daha bir oyunçu üçün böyük pullar xərcləyib, istədiyini almadı. Azərbaycan futbolundakı bataqlıq Şeydayevin də istedadını məhv etdi. Bacarıqlı idisə, ulduğunun sönməsinə görə AFFA günahkardı; istedadı yoxdusa, ona görə xərclənən 1 milyon dollara görə kimsə məsuliyyət daşımalıdı.
 
Ən böyük səhv millimizə pul gücünə gətirilən futbolçuların həmin ölkələrdən birdəfəlik qoparılmasıdı. Həmyerlilərimizə sahib çıxılması yaxşı haldı, lakin onların əksəriyyətinin AFFA tərəfindən harasa yerləşdirilməsi, hətta bəzilərinin – Ramil Şeydayev və Emin Mahmudov kimi – ölkə klublarına götürdülməsi yanlış addımdı. Həmin futbolçular bataqlıq olan Azərbaycan çempionatında yox, daha güclü çempionatlarda oynamalıdı ki, milliyə xeyir versinlər. Əks halda, xərclənən pullar havaya sovrulmuş olur.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 05-09-2018 09:00


 
Xəbər lenti
16.02.2019

13:20   “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03   “Neftçi” yeni transferini sifariş etdi

12:42   Premyer Liqa klubunda iki yeni müqavilə

11:07   Kamran Quliyev – “like”?

11:00   “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:50   “Neftçi” “Zirə” ilə üz-üzə - YENİLƏNİR

10:45   “Keşlə” “Sumqayıt”a qarşı - YENİLƏNİR

10:32   Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00   Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32   “Traktorsazi”yə 1 qol bəs etdi

09:17   Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00   Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23   İlk 1/4 finalçı bəlli oldu

02:04   Meydan sahiblərinin günü

01:57   “Bavariya”dan çətin qələbə

01:51   Hərəyə 2 qol, 1 xal

01:36   “Yuventus”dan darmadağın

00:11   “Beşiktaş”dan səfərdə çətin qələbə

15.02.2019

22:56  Premyer Liqada 17-ci tur rəqəmlərin gözü ilə

22:05  “Cinayətdən uzaq idman”

21:47  “Zirə” - “Neftçi”: VİDEOANONS

19:28  Emil Balayevin komandası darmadağın oldu

18:23  “Neftçi” yenə Məmmədovsuz çalışdı

17:38  “Qəbələ”dən böyükhesablı qələbə

17:07  “Səbail”lə “Sumqayıt”dan 10 qolluq heç-heçə

16:36  Avroliqada həftənin rəmzi komandası

16:08  ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

15:40  “Neftçi” yeni transferini rəsmən açıqladı

15:28  ÇL-də ilk həftənin rəmzi komandası açıqlandı

15:04  Yevgeni Koçuk: “Zirə”yə belə məğlubiyyət planlarda yox idi”

14:46  “Səbail”in müdafiəçisi: “Şanslarımızı reallaşdıra bilsək…”

14:28  Moldova millisinin üzvü “Neftçi”də

13:56  “Zirə” - “Neftçi”: 15-ci görüş

13:27  “Komanda qələbə qazanmalıdı ki, özünəinam hiss etsin”

13:06  “Barselona”dan Valverde ilə bağlı yekun qərar

12:43  Vadim Vasilyev istefaya göndərildi

12:25  Balayev: “Çempionluq arzusu ilə sonadək vuruşacağıq”

12:00  Musa Qurbanlı: “Var gücümüzlə mübarizə aparacağıq”

11:45  Avroliqada “həftənin ən yaxşısı” adına namizədlər açıqlandı

11:21  Azərbaycanlı hakimlər AÇ-nin oyunlarına təyinat aldılar

11:08  Elxan Məmmədov FİFA-nın sammitində

10:59  Aftandil Hacıyev təzyiq altında: qarşıdakı 2 oyun həlledici olacaq

10:39  UEFA-nın yeni reytinqi: 26-da qaldıq

10:34  Argentina, Çili, Paraqvay və Uruqvay şərik oldu

10:25  Yurçeviç Rəfiyevə nə qədər qazandırıb?

10:11  “Napoli”dən səfərdə inamlı qələbə - VİDEO

10:00  “Latsio” “Sevilya”ya evdə məğlub oldu - VİDEO

09:46  “İnter”ə 1 qol bəs etdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az