(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəqib hücumçu: “Hamının çempion olmaq şansı var”

Rəqib hücumçu: “Hamının çempion olmaq şansı var”

Kosovo millisinin və Hollandiyanın "Villem II" klubunun hücumçusu Donis Avdiyay futbolinfo.az saytına müsahibə verib. Sentyabrın 7-də Bakıda millimizə qarşı oynayacaq futbolçu iddialı danışıb.
 
- Millətlər Liqasında ilk oyuna hazırsız?
- Ümid edirəm ki, azarkeşlərlə bol bir matç izləyəcəyik. Bakıda yaxşı ab-hava olacağına inanıram. Ona görə də bizi gərgin bir matç gözləyir. Yaxşı nəticə üçün meydana çıxacağıq.
 
- Kosovonu favorit saymaq olar?
- Bu barədə heç nə deyə bilmərəm. Hər iki komanda qalib gələ bilər. Kim daha çox istəyəcək, o meydandan 3 xalla ayrılacaq. Amma ümid edirəm ki, sonda sevinən tərəf Kosovo millisi olacaq.
 
- Millətlər Liqasında qalib gəlmək üçün sizə nə lazımdır?
- Hazırki vəziyyətdə sadəcə, yaxşı hazırlaşıb oynamaq lazımdır. Heç kim nə olacağını deyə bilməz. Bütün komandaların burada çempion olmaq şansı var. Hər bir rəqib özünü göstərə bilər. Müasir futbolda zəif anlayışı qalmayıb.
 
- Azərbaycan millisinin futbolçularını tanıyırsız?
- Əlbəttə ki, bir neçə futbolçunu tanıyıram. Ümumiyyətlə, komandanızı izləmişəm. Ən çox diqqətimi Riçard Almeyda və Dmitri Nazarov çəkib. Hər ikisi milliləşdirilmiş legionerlər olsalar da, yaxşı tərəfdən özlərini göstərə bilirlər. Ramil Şeydayevin Rusiya çempionatında oynaması da diqqətimdən yayınmadı.
 
- Heyətinizdə itkilər var...
- Valon Berişanın yoxluğu xüsusi diqqət çəkir. Amma onun yerini dolduracaq oyunçularımız var. Hamı meydana çıxıb bütün gücü ilə oynayacaq.
 
- Baş məşqçiniz Bernard Şalland Azərbaycanı favorit, Kosovonu “körpə” adlandırıb...
- O, bunu yəqin ki, komandamızın gənc olmasına görə deyib. Amma burada bir problem görmürəm. Biz yaxşı komandayıq, gəncik, amma özümüzü göstərməyə çalışacağıq.
 
CAVAD

 
tarix: 05-09-2018 10:11


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az