(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
4 qolla batıran Deniz

4 qolla batıran Deniz

 
AFFA Emin Mahmudov üçün fantastik xərc çəkməyib, amma bu futbolçunu da belində daşımaqla məşğuldu. Yerli oyunçu yetişdirə bilmədikləri üçün xaricdəki azərbaycanlıların başını pulla aldadıb gətirən futbol başbilənləri onları müxtəlif klublara yerləşdirməklə millini ayaqda saxlamağa çalışır. Lakin bugünədək Eminin millidə düz-əməlli oyununu görməmişik.
 
Rusiyanın U-19 komandasında 6 (1 qol), U-21-də 1 oyun keçirən Emin Azərbaycan millisində 5 dəfə forma geyinib. Rusiyanın “Saturn”, Spartak (Moskva), “Krilya Sovetov”, “Mordoviya” klublarında oynamış Mahmudov bəlkə də tarixi vətəninə döndüyü üçün peşmandı. O, AFFA tərəfindən yerləşdirildiyi Portuqaliya “Boavişta”sında 12 oyuna (1 qol) çıxdıqdan sonra lazımsız bilindi, indi isə “Neftçi”də oynayır.
 
AFFA-nın böyük pullar qarşılığında Azərbaycan millisində oynamağa razı saldığı daha bir oyunçu Deniz Yılmazdı. Şimali İrlandiyaya qarşı 1 hissə, Almaniya ilə ev oyununda da 23 dəqiqə oynamış Almaniya türkünün bunun üçün 300 min dollar aldığı deyilir. Bu informasiyamız dəqiq deyil, amma doğrudusa, o, oynadığı hər dəqiqəyə görə 4,4 min dollar qazanıb və hər iki matçda da millimiz 4 top buraxıb.
 
Türkiyə U-17 komandasında 13 (6), U-19-da 1, U-21-də 6 (2) oyun keçirən Deniz Almaniyada “Bavariya” və “Maynts”ın 2-ci komandalarında, “Paderborn”da oynayıb, Türkiyədə “Elaziğspor”, “Trabzonspor” və “Bursaspor”da çıxış edib. Daim qalmaqalları ilə yadda qalan Yılmaz indi də “Gənclərbirliyi”ndədi.
 
Bu futbolçuların milliyə gətirlməsi üçün xərclənən milyonlar bir yana, onların mənzil təminatı, digər xərcləri də qarşılanıb, üstəlik, xarici klublarda oynaması üçün bəzilərinin maaşı da verilib. FİF vasitəsi ilə reallaşması deyilən bu xərclərin cəmi 10 milyon manatdan çox edir. Və onların əksəriyyətinin indi yığmaya lazım olmadığı, olanların da fayda vermədiyi nəzərə alınsa, SOCAR-ın büdcəsinin dağıdıldığını deyə bilərik. Layihənin ideya müəllifi olan baş katib Elxan Məmmədovdan bununla bağlı açıqlama gözləyirik. Buyurub yalanlasın, susursa, deməli, təsdiq edir.
 
Onu da qeyd edək ki, AFFA-nın baş katibi futbolinfo.az saytına müsahibə vermir. O, özünün və dostlarının (bunu çəkinmədən deyir – red.) tərəfimizdən tənqid edilməsi, əməllərinin ifşa olunmasına etiraz əlaməti olaraq belə edir.
 
Desert üçün son 10 ildə - AFFA-nın indiki rəhbərliyinin vaxtında milliləşdirilən, amma özünü sübut edə bilməyən futbolçuların siyahısını növbəti dəfə təqdim edirik.
 
Boqdan Stolyarenko. 2008/09 mövsümündə U-17-də oynayıb, sonra qeybə çəkilib.
Oleksi Havrilyuk. 2008/09 mövsümündə U-17-də oynayıb, sonradan o da səviyyəsizliyinə görə heç bir millimizə lazım olmayıb.
Kirilo Bejenar. 2008/09 mövsümündə həm seçmə, həm elit mərhələdə U-17-də oynayıb. Daha sonra onu görən olmayıb.
Abdulla Abasiyev. 2009/10-da U-17-də, 2010/2011 U-19-da, AVRO-2015-də U-21-də oynayıb. Klublarda ehtiyatda oturmaqla yanaşı, 1 dəfə əsas milliyə çağırılıb. Dəvət edənlərin “yüksək seleksiya qabiliyyəti” nəticəsində 22 yaşında Azərbaycandan qaçıb, vətənində baş girləməklə məşğuldu.
Mertjan Akar, Qazıməhəmməd Qurbanov, Müslüm Zararsız, Serjan Dəmir, Cem Fələk, Abdussamed Gürsoy. Bu 6 oyunçu Təbriz Həsənovun futbolumuza vurduğu yamaqlardı. Onları 2012/13 mövsümündə U-17-yə gətirən məşqçi daha sonra onlara diqqət yetirməyib. Təbii ki, səviyyəsiz olduqları üçün daha sonra U-19-a və s. dəvət almayıblar.
Yusup Xakimov. 2012/13-də U-17-də, 2014/2015-də U-19-un həm seçmə, həm elit-mərhələ oyunlarında iştirak edib. Hecə “möhtəşəm” oyunçu olubsa, əsas millimizi ona layiq bilməyiblər.
Tolqa Şahin. 2013/14 mövsümündə U-17-də oynadıqdan sonra 2014/15-də U-19-la seçmə və elit mərhələdə çıxış edib. Növbəti mövsümdə də bu komandada çıxış edib və “futbolçu qəbirstanlığı”na yola salınıb.
Sinan Avan, Berdan Yılmaz, Ozan Altın, Umar Akmurzayev. Hamısı Nikolay Adamın kəşfləridi. Alman onlara 2013/14 mövsümündə U-17-də güvənib. Həmi gündən “axtarışdadılar”.
Benhur Kama. U-17 (2013/14) və U-19 (2014/15) komandalarımızda çıxış etdikdən sonra sönüb. Onu seçən məşqçilərə afərin düşür. Çünki daha sonra Azərbaycan pasportunu seyfdə saxlamaq üçün AFFA-ya təhvil verib.
Kazim Birkan, Murtuzali Abakarov. Bu cütlük də 2014/15 mövsümündə U-17-də azərbaycanlı balalarının yerini tutub, sonradan itkin düşənlərdəndi.
Hüseyn Seyligli, Mətin Gülər, Barış Ekincier, Doquhan Öksüz, İsmayıl Karakaş, Ege Atlam. Təbriz Həsənovun futbolumuza caladığı daha bir xeyirsizlər dəstəsi. 2015/16 mövsümündə final mərhələsi Bakıda keçirilən 17 yaşlıların Avropa çempionatı üçün gətirilmişdilər. Sonuncu ikisi yarış bitən kimi yola salındılar. Digər 4 nəfər aradabir U-19-a, U-21-ə çağırılır.
Muhammet Can Tuncer, Onur Taha Takır, Şahan Akyüz, Mutlu Aksu Doğan. Vüqar Məmmədin U-17 üçün seçdiyi əcnəbi dəstəsidi. Hələ təzə gəliblər, lakin tarix göstərir ki, onlar da digərlərinin tayı olacaq.
Mixail Zaytsev. 9 il öncə U-19 millimizdə debüt edib. Elə 9 ildi də “axtarışdadı”. Yığmalarımızı karvansara qapısına döndərən AFFA rəhbərliyinin günahlarından növbətisidi.
Osman Umarov. 2008/09 mövsümündə U-19 yığmamıza dəvət olunan qapıçı 2 tsikldə U-21-in də formasını geyib. Bir sıra klublarımızda kimlərinsə xahişi ilə ehtiyatda oturan dağıstanlı özü də havayı pul qazanmaqdan bezərək vətəninə yollanıb.
Rizvan Umarov. Qardaşı Osman kimi bir menecerin xətti ilə ölkəmizə ayaq açan bu oyunçu 2011/12 mövsümündə U-19-da, AVRO-2013-də U-21-in formasını geyib. Daha 3 dəfə də tapşırıqla əsas yığmaya çağırıldıqdan sonra onu görən olmayıb.
Cihan Özkara. AVRO-2013-də U-21 yığmamızda, 18 oyun əsas millidə çıxış edib. 1 qol müəllifi olan Almaniya türkü müxtəlif klublarımıza sırınsa da, hətta Türkiyənin ikinci divizionunda möhkəmlənə bilməməklə səviyyəsini göstərdi.
Dəmir Hasan. 2012/13 mövsümündə U-19-da oynadıqdan sonra “arxivə atılıb”.
İlter Taşkın. 2012/13 mövsümündə U-19-da, daha sonra 2 mövsüm U-21 çıxış edib. Amma əsas milli səviyyəsində oyunçu olmadığı çoxdan bəlli olduğundan dəvət almır.
Mustafa Yaman. 2013/14 mövsümündə U-19-da çıxış edib. Elə o vaxt milli pasportunu təhvil verib gedənlərdəndi.
Tuğrul Erat, Fatih Şanlı, Timur Təməltaş. Bu “üçlük” AVRO-2015 üçün U-21-ə dəvət alanlardı. Ardı gəlməyib.
Kərəm Benke, Bilal Sezer. Bu “cütlük” də AVRO-2017-də U-21-in heyətində olub. Əsas millinin qapısını döyəcək qədər səviyyəli deyillər.
Alen Askerov, Əmihüseyn Nəcəfi, Mustafa Özhitay, Onur Albayrak, Ozan Gokçü, Sərkan Baloğlu. Bu futbolçular isə hazırda U-21-in üzvləridi. Yaşar Vahabzadənin daha aşağı yaş qruplarında ehtiyac duyulmadan birbaşa 21 yaşlıların düşərgəsinə çağırdığı bu əcnəbi yığının bir neçəsi yola salınıb. Askerov “Qəbələ”yə cəlb olunub, ehtiyat oyunçular skamyasını isidirdi, Nəcəfi eyni statusu “Səbail”də daşıyır. Gökçü Azərbaycan pasportundan imtina edib, sonra geri qayıtdı, digərləri də arabir dəvət alır.
 
İndi “Neftçi”də oynayan Anton Krivotsyuk, Maqomed Mirzabekov, “Səbail”də çıxış edən Ruslan Kurbanov, “Qarabağ”da oynayan Bədavi Hüseynov və başqaları da var. Amma əksəriyyət lazımsızlar yığınıdı və AFFA onların hər birinə kifayət qədər vəsait ödəyib.
 
FƏRİD

 
tarix: 05-09-2018 13:14


 
Xəbər lenti
25.04.2019

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az