(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Şerif”in baş məşqçisi: “Qəbələ” barədə heç bir məlumatımız yoxdu”

“Şerif”in baş məşqçisi: “Qəbələ” barədə heç bir məlumatımız yoxdu”

Moldovanın “Şerif” klubunun U-19 komandasının baş məşqçisi Luka Pavloviç UEFA Gənclər Liqasının püşkünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qəbələ”yə rəqib olan komandanın çalışdırıcısı bunları söyləyib:

- Püşkün nəticəsindən razıyam. Daha güclü rəqiblə düşə bilərdk. Məsələn, Berlin “Herta”sı və ya Yunanıstan PAOK-u ilə. Düzdü, daha güclü rəqiblərlə oyunlarda yaxşı təcrübə toplamaq imkanı da əldə etmək mümkündü. “Qəbələ”nin də sıradan rəqib olduğunu deyə bilmərəm. Amma bu mərhələdə layiqincə çıxış etmək üçün hər cür keyfiyyətə malikik. İndi çempionatda 10 günlük fasilə yaranıb. Bu vaxtdan taktiki planda hazırlaşmaq üçün istifadə edəcəyik. Fiziki baxımdan yaxşı vəziyyətdəyik. Sadəcə, psixoloji planda artırmağımıza ehtiyac var.

- “Qəbələ” sizin üçün nə dərəcə tanış rəqibdi?
- Bu komanda barədə heç bir məlumatım yoxdu. Amma Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Orada güclü futbol məktəbləri var. Bizə asan olmayacaq. Bu üzdən də rəqibimizi ciddi analiz etməliyik.

- Oyununuzu rəqibə görə quracaqsız, yoxsa öz fəlsəfənizə sadiq qalacaqsız?
- Rəqibin güclü və zəif cəhətlərini məhz analizlər apardıqdan sonra öyrənəcəyik. Yalnız ondan sonra Azərbaycanda baş tutacaq ilk oyun üçün planımızı quracağıq.

- İlk oyunun səfərdə keçirilməsi sizin üçün üstünlükdü?
- İlk oyunu səfərdə keçirmək bizim üçün yaxşıdı. Rəqibi daha yaxından tanımaq imkanı qazanacağıq. Bu, evdə keçirəcəyimiz cavab oyununa yaxşı hazırlaşmağımıza da kömək edəcək. Amma əsas səfərdə sərfəli nəticə qazanmaqdı.

- Komandanızın qarşısına bu turnirdə konkret vəzifə qoyulubmu?
- Əvəzedicilərin çempionatında vacib oyunlarımız var. Növbəti ildə də UEFA Gənclər Liqasına vəsiqə qazanmaq lazımdı. Bu turnirdəki hədəfimizə gəlincə, addım-addım irəliləməliyik. Bu da o deməkdi ki, öncə ilk mərhələni keçməyimiz lazımdı.


 
tarix: 05-09-2018 13:04


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az