(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Qələbə lazımdı, amma ən vacib olan bu deyil

Qələbə lazımdı, amma ən vacib olan bu deyil

Millətlər Liqası bizim üçün sabah başlayır. Amma artıq bu gün yeni turnirdə ilk oyunlar keçiriləcək. Avropanın müxtəlif stadionlarında yarışın ilk turu start götürəcək.
 
Bizsə hələlik U-21-i canlı izləyəcəyik. Yaşar Vahabzadənin vaxtında ümidlərimizi dəfn edən gənclər millimiz indi yalnız ilk qələbə, nəticənin nisbətən yaxşılaşdırılması üçün meydana çıxacaq. Samir Ələkbərovun baş məşqçi olduğu müddətdə də buna nail olmayan komandaya hazırda Rəşad Sadıqov başçılıq edir. Ola bilsin, o da imic baxımından fərqli görünmək, sələflərinin bacarmadığını etmək üçün nəticəni düşünəcək. Halbuki dəyməz…
 
21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində 8-ci oyununa çıxacaq. "Dalğa Arena"da rəqibimiz olan İsrail ötməyimiz mümkün olan yeganə rəqibdi. Lakin 6 xallıq fərqi qalan 3 turda əritmək yalnız riyazi cəhətdən mümkündü. İsrail daha xal qazanmamalı, biz isə 2 dəfə Norveçi yenməliyik.
 
Deyək ki, bütün bunlar reallaşdı və son pillədən qurtulduq. Axı, belə durum da heç nəyi dəyişməyəcək. Seçmə mərhələ Vahabzadənin xeyir-duasıyla çoxdan itirilib. Bu gün Sadıqov tamamilə fərqli hədəflərə köklənməli və riskdən çəkinməməlidi. Növbəti seşmə mərhələdə də 1 xalın ümidinə qalmamaq üçün gələcəyin komandası indidən formalaşmalı, daha gənc futbolçular ab-havanı hiss etməlidi. Məğlubiyyətlərdən qorxmadan gələcəyin komandasının quruculuğuna başlanmalıdı.
 
Yaxşı ki, Rəşad da bunun fərqindədi: “U-21-də qarşıya məqsəd qoymuşam ki, gələcək üçün əsas yığmaya futbolçu qazandıraq. Bu gün də komandama elə futbolçular cəlb etmişəm ki, gələcəkdə əsas yığmanın tərkib hissəsini təşkil edə bilərlər. Hazırkı 1996-97-ci il təvəllüdlərdən daha çox əsas yığmaya namizəd olacaq futbolçuları dəvət etmişəm. Qalan 14-15 nəfər isə U-21-in növbəti tsiklin futbolçularıdı. Prosesi yavaş-yavaş həyata keçiririk, bu matçda da yenə meydanda daha gənc futbolçuları görəcəyik”.
 
Sadıqovun İsraillə bugünkü oyunda əsas qayğısı müdafiə xətti ilə bağlıdı. Son məşqlərin birində Bəhlul Mustafazadənin sıradan çıxmasıyla vəziyyət daha da pisləşib. Üstəlik, bəzi futbolçular oyun praktikasının azlığından əziyyət çəkdiyindən baş məşqçinin narahatlığı başadüşüləndi.
 
İstənilən halda, İsrail hazırda yenməyimiz mümkün olan ən uyğun rəqibdi, daha zəifi yoxdu. Amma yalnız qələbəni düşünsək, daha vacib olan sabahı, gələcəyi yaddan çıxararıq. Bizə isə bu gün qələbə yox, yeni tsiklin komandasını formalaşdırmaq vacibdi. Azarkeşlər də, futbol ictimaiyyəti də bunu başa düşməlidi.
 
Sadıqov hazırda dilemma qarşısındadı. O, həm təzyiqlərdən çəkinərək nəticəni düşünür, həm də yeni tsiklin komandasını formalaşdırmaq üçün gələn seşmə mərhələdə də oynaya biləcək cavanlara şans verməyə çalışır. İkisi bir yerdə alınsa, lap yaxşı, amma bu gün prioritet hədəf yeni komandanın formalaşdırılması olmalıdı.
 
Sadıqovun xarakterinə bələd olduğumuzdan, deyə bilərik ki, o, bir neçə niyyəti özündə birləşdirən iş ortaya qoymağa çalışacaq. Həm sabahın komandasını formalaşdırmaq üçün bəzi risklər edəcək, həm də elə bu komandayla nəticə verməyə, ilk qələbəni qazanmağa çalışacaq.
 
Buna hansı oyunla nail olmaq isə daha vacibdi. Rəşad bu gün öz stilini ortaya qoymalıdı. Hansı ki, əsas millinin oyun üslubu ilə üst-üstə düşməlidi. Çünki yığma komandanın baş məşqçisi Qurban Qurbanov ona görə 6 illik müqavilə bağlayıb ki, bütün milliləri eyni oyun stilində oynamaq üçün formalaşdırsın, köməkçiləri, təyin etdiyi kadrlar da öz komandalarında bunu prioritet götürsün. Belə olsa, vəzifəsi əsas komandaya futbolçu hazırlamaq olan U-21-dən Qurbanovun sərəncamına hazır namizədlər, artıq onun üslubuna uyğun olanlar yollanar.
 
Bu gün İsraillə oyundu. Komandadan ümidverici oyun, eyni zamanda əsas milli ilə bağlı ümidlərimizi artıracaq nüanslar görmək istəyirik. Əsas komandanın gələcək uğurları üçün vahid sistemin işləməsi vacibdi və millilərə təyinatların 1 ilinin tamamında ilkin cücərtilər görünməlidi.
 
FƏRİD

 
tarix: 06-09-2018 09:20


 
Xəbər lenti
18.04.2019

21:51   “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28   Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17   Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00   “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56   “Qarabağ”dan darmadağın

20:00   “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42   Tərlan Əhmədov qovuldu

19:31   Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19   Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01   “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55   “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35   “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06   Şevçenko “Neftçi”nin qonağı oldu

17:43   Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38   Millidə baş məşqçi istefası

16:10   Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34   La Liqa klubunda yeni müqavilə

15:10   Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49   “Neftçi” ilə oyuna üç itki ilə

14:27   Dani Kintana Polşada ən yaxşılar arasında

14:00   ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24   “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01   Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45   Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:20   Avroliqada yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

12:02   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37   “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14   Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46   Çempionlar Liqasında yeni rekord

10:20   Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

09:45   “Liverpul” darmadağınla yarımfinalda - VİDEO

09:30   Təbriz klubu səfərdə minimal hesabla uduzdu

09:14   ÇL-də 7 qolluq İngiltərə derbisi - VİDEO

01:33   Paytaxt təmsilçisindən inamlı qələbə

01:06   PSJ yenə məğlub oldu

00:56   “Liverpul” yarımfinalda, MS “Tottenhem” səddini keçə bilmədi

17.04.2019

22:24  Qurban Qurbanov mövqeyini qorudu

19:03  “Kamp Nou”da yeni rekord

18:00  “Qarabağ” “Keşlə” önünə Geryesiz çıxacaq

17:22  “Neftçi”də iki cəzalı

16:59  “Neftçi”dən darmadağın, “Kəpəz” uduzdu

16:18  “Atletiko” Oblakla bağlı qərarını verdi

15:37  Yağış yağdı, “Qarabağ”ın oyunu təxirə salındı

15:20  Ronaldo 9 ildən sonra bu aqibəti yaşadı

14:50  Baş məşqçidən Mbappeyə cəza

14:21  “Fənərbaxça”da 3 həftəlik itki

13:51  Emil Balayev: “Yüksək məbləğdən imtina etmişəm”

13:14  “Ayaks”dan ÇL-də yeni rekord

12:52  Elxan Məmmədov qərb səfərindən əliboş dönüb

12:35  HAŞİYƏ: Faiq Qarayev milliyə qayıtdı

12:18  Millimiz Ukraynaya uduzdu

11:44  Essyen 9 ildən sonra “Stemford Bric”ə qayıdır

11:27  Qazaxıstanda Bakıdakı finalın təqdimatı

11:00  В Дивизионе новые факты азартных игр: список для АФФА

10:42  “Barselona”dan ÇL-də yeni rekord

10:20  Pol Skoulza danışılmış oyun ittihamı

10:11  Divizionda yeni qumar faktları: AFFA üçün siyahı

09:45  “Barselona” darmadağınla yarımfinalda - VİDEO

09:30  “Yalnız istəklə heç nə əldə etmək mümkün deyil”

09:15  ÇL-də “Ayaks” fırtınası davam edir - VİDEO

09:00  Monrozun FAKTını görməyənlər...

01:42  Autsayderlərin duelində qonaqlar sevindi

00:55  “Barselona” MY-ni, “Ayaks” “Yuventus”u ÇL-dən uzaqlaşdırdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az