(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanov: “Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir”

Qurbanov: “Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir”

“Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Hər birimiz üçün ilk oyun çox vacibdi. Neçə gündü birgəyik. Rəqibin oyunlarına baxır, futbolçuları Kosovonun çıxışları ilə tanış edirik. Ümumilikdə, pis hazırlaşmamışıq. Futbolçularım çox istəklidilər. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, futbolçularımızın hamısı sabah ən yaxşı oyunlarını sərgiləyəcək və meydanda sonadək mübarizə aparacaqlar. Rəqibin son üç oyununu izləmişik, çıxışları ilə lap yaxından tanış olmuşuq. Görüşlərin sayı az olsa da, hər bir futbolçunu yaxından tanımışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azı maraqlı oyun nümayiş etdirə biləcəyik. Meydanda yaxşı mübarizənin və düşünülmüş oyunun getməsinə çalışacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo yığması ilə UEFA Avropa Liqasının ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- “Kosovonu necə məğlub edək” sualını düşünəndə, ilk əngəl nəyi görürsüz?
- Hər zaman öz oyunumuzu düşünürük. Əsas məsələ 90 dəqiqə istədiyimizi edib-etməməyimizdi. Ən başlıcası bizim aparıcı oyunçularımızın son vaxtıar az oynamalarıdı. Araz Abdullayevi, Ramil Şeydayevi qeyd edərdim. Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir. Amma oyunçulara inanıram, çox istəkli olduqlarını görürəm. Hər bir halda çalığşacağıq ki komanda əngəlləri hiss etməsin.

- Kosovo yığmasının əksər futbolçuları Avropa klublarında çıxış edir. Bu bizə nə dərəcədə təsir edəcək?
- Rəqibin futbolçularını analiz edirik və görürük ki stabil çıxış edirlər. Xüsusən də hücum xətti məhsuldarlığı ilə seçilir. Onların fərdi bacarıqları bizi narahat edir. Amma bizim üçün kollektiv oyun daha önəmlidi. Bunun sayəsində bunun qarşısını ala bilərik.

- Ramil Şeydayev və Riçard Almeydanın forması necədi?
- Normaldı. Şeydayevin oyun praktikası yoxdu. Amma Almeyda son matçlarda çıxış edib. Ümumən götürsək, vəziyyətləri yaxşıdı. 

- Rəqib baş məşqçi Azərbaycanı qrupun favoriti sayır. Bu açıqlamalar arxayınlıq yaratmaz ki?
- İnanmıram. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Rəqibə hörmətlə yanaşırıq

- Sabah məcburi rotasiya olacaq?
- Bəli, olacaq.

- Amil Yunanov Şeydayevlə müqayisədə daha hazır formada deyil?
- Amil də son matçlarda az oynayıb. Hamı nəzarətimizdədi. Şeydayev yoxlama matçıarında meydana çıxıb. Hər bir futbolçunun yığmaya düşmək şansı var.

- "Qarabağ"ın futbolçuları istisna olmaqla digərləri yaxşı formada deyil. Bu, təsadüfdü?
- Millidə oyun təcrübəsi çatışmayan futbolçular həmişə olub. Bəziləri son vaxtlar az oynasa da, təcrübələri var. Onlara güvənərək motivasiya etməyə çalışıram.

- Rəqib ortada dəhliz açmağa meyillidi. Buna qarşı tədbir olacaq?
- Çox aqressiv komandadı. Yaxşı əks-hücumları var. Bizim də hücumlarımız olacaq və bundan istifadə etməyə çalışacağıq.

- Qrupda əsas rəqib Kosovonu saymaq olar?
- Hamımız belə düşünürük. Bizim kimi rəqiblər də ələ düşən bu fürsətdən yararlanmaq istəyirlər. Bu yarışa son şans kimi baxmaq bizim ziyanımıza ola bilər. Heyət baxımından Kosovo yığması daha çox dəyərləndirilir. Bu baxımdan Kosovoni favorit adlandırmaq olar. Amma MillətlərLiqası ilə heç nə bitmir. Bu cür düşünmək Azərbaycan futboluna zərbə olar. Kosovo cddi rəqibdi. Digər rəqibləri də qiymətləndirmək lazımdı.

- Rəşad Sadıqov baş məşqçi kimi oyuna çıxacaq. U-21 yığmamız İsrailə qalib gələ bilərmi?
- Uğurlar arzulayıram. Özümüz də oyuna baxacağıq. Qalib gəlmək həmişə mümkündü. Çox ciddi rəqibə qarşı oynayırlar. Bu gün futbolçuları motivasiya etməyə çalışırıq. Bunlar tam formalaşnandan sonra nəticələr də müsbət olacaq. Ən azından yaxşı oyun nümayiş etdirəcəklər. (Report)


 
tarix: 06-09-2018 18:26


 
Xəbər lenti
25.04.2019

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az