(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bernard Şalland: “İki hücumçu ilə oynayacağıq”

Bernard Şalland: “İki hücumçu ilə oynayacağıq”

“Bizim üçün yeni məcarının başlanğıcıdı. Millətlər Liqası çox gözəl turnirdi. AÇ-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdu”.

Futbolinfo.az xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernard Şalland Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. 67 yaşlı isveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibin güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisi haqda məlumatım var. Məşqçiyəm, araşdırmışam. Bu mənim işimdi. Azərbaycan ötən seçmə mərhələdə 10 xal toplayıb. FIFA reytinqində də üst pillədədi. Azərbaycanı qrupun favoriti sayıram. Bizim çox güclü qrupumuz var. Malta və Farer adaları da yaxşı komandalardı. D liqasının ən güclü qrupu bizimkidi.

- Azərbaycan millisini favorit sayırsınız. Bəs, Kosovo yığması buraya nəyə gəlib?
- Belə deməkdə məqsədim Kosovonun cavan komanda olmasını vurğulamaqdı. Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib, qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdü.

- Kosovo millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu, sizin üçün üstünlükdü?
- Bayaq da dedim, Kosovo yeni yığmadı. Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu, bizim üçün üstünlükdü. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə burda onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar qarşı çətin olacaq. Amma AÇ-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddi.

- Valon Berişanın yoxluğu oyununuza mənfi təsir edəcək?
- Təbii ki, Berişa ən məşhur və yaxşı oyunçularımızdan biridi. Təəssüf ki, zədə səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidi. Məşqçi kimi ona layiqli əvəzləyici tapmalıyam.

- Hücumda sürətli oyunçuları oynadacaqsız, yoxsa ucaboy forvardlara şans verəcəksiz?
- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.

- Besar Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiz?
- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudu. Amma onun yerinə cavan futbolçularımız var. Problem olmamalıdı. (Report)


 
tarix: 06-09-2018 19:40


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az