(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəşad Sadıqov: “Daha yaxşı oynaya bilərdik”

Rəşad Sadıqov: “Daha yaxşı oynaya bilərdik”

21 yaşlı futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində israilli həmyaşıdları ilə oyundan sonra mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı çalışdırıcı əvvəlcə 1:1-lik heç-heçəni dəyərləndirib.

- Olduqca gərgin oyun keçdi. Bilirdik ki, rəqibimizin ustalıq səviyyəsi yüksəkdi. Ümumiyyətlə, ağır qrupda mübarizə aparırıq. Bütün rəqibləri daha yaxından analiz etdikdən sonra bir daha buna şahidlik etdim. Daha yaxşı oynaya bilərdik. Sadəcə, hiss olunurdu ki, futbolçularımız ən yaxşı formalarında deyil. Rəqibin heyətində bütün futbolçular İsrailin güclülər dəstəsində oynayırlar. Yalnız ilk dəqiqədə istədiyimiz pressinqi tətbiq etdik. Bilirdik ki, rəqibin ən yaxşı cəhəti topla davranmağı bacarmasıdı. Fasilədən sonra bir qədər özümüzə gəldik. Üç-dörd epizod yarada bildik. Uşaqlara təşəkkür edirəm ki, sonadək döyüşdülər.

- Renat zədəli idi ki, penaltini Ziya vurdu?
- Bəli, zədələndi və kənara çəkildi. Ziya penaltiləri pis vurmur. Amma penaltini ulduz futbolçular da qaçıra bilər. Elə bir problem görmürəm.

- Renat Dadaşovu meydana sanki döyə-döyə çıxarmışdılar. Onun bu cür davranışının səbəbi nə idi?
- Fikrinizlə razılaşmıram. Dadaşov olduqca istəkli idi, mübarizə aparırdı. Renatda dəyişiklik var və ondan razı qaldım.

- Dörd gündən sonra Norveçlə oyunda dəyişiklik gözlənilirmi?
- Bəli, ediləcək. Həm bir sıra futbolçumuz yorulub, həm də Norveç fərqli taktikayla oynayır. Qrupun favoritinə qarşı oynayacağıq.

- Renatın zədəsi ciddidi?
- Xeyr, adi qıcolma idi.

- Qurban Qurbanovun oyunu izləməsi futbolçulara əlavə motivasiya verdimi?
- Qurban müəllim hətta məşqlərə də diqqət yetirir. Bununla da o, millimizin gələcəyinə ümid bəsalədiyini nümayiş etdirdi.

- Bu gün Qurban Qurbanov tam heyətlə oyununuzun ilk yarısını izlədi. Rejimə görə fasilədə tribunaları tərk etdilər. Siz necə, sabah tam tərkibdə millimizin oyununu izləyəcəksiniz?
- Mütləq izləyəcəyik, özü də sonadək. Yığma komandamızı ciddi sınaq gözləyir. Kosovonun baş məşqçisinin açıqlamalarını oxudum. Sanki qrupda 3 favorit var, bir tək öz komandası zəifdi. Əslində isə belə deyil. Sabah millimizi çox ağır sınaq gözləyir. (Sport24)


 
tarix: 06-09-2018 23:28


 
Xəbər lenti
24.04.2019
23.04.2019

21:25  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az