(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Buna qorxaq futbol deməzdim”

Qurban Qurbanov: “Buna qorxaq futbol deməzdim”

“Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri (0:0) UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sizə elə gəlmir ki, start heyətini səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər…
- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.

- Milli komanda bundan da yaxşı oyuna qadirdi?
- Mütləq qadirdi. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdılar. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.

- Qələbəyə nə mane oldu?
- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədisə, ustalığı artırmaq mümkünsüzdü. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.

- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?
- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.

- Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiz?
- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.

- Bu heç-heçədən sonra şansları necə dəyərləndirərdiz?
- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.

- Almeyda son aylarda artırıb, yoxsa...?
- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi. (Report)


 
tarix: 07-09-2018 22:54


 
Xəbər lenti
21.08.2019

14:01   “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42   “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25   AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az