(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Türkiyə Rusiyaya uduzdu, İtaliya heç-heçə ilə başladı

Türkiyə Rusiyaya uduzdu, İtaliya heç-heçə ilə başladı

Futbol üzrə UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

D Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ilk oyununu Bakıda Kosovo yığmasına qarşı keçirib və bu qarşılaşmada hesab açılmayıb. Millimizin qrupunda yer alan Farer adaları da Malta ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olub.

Bu gün keçirilən oyunlardan Türkiyə - Rusiya qarşılaşması maraqla gözlənilirdi. Bu görüşdə ruslar səfər qələbəsinə seviniblər. 

Sonuncu dünya çempionatından kənarda qalan İtaliya millisi isə öz meydanında Polşa yığmasını qəbul edib və heç-heçəyə razılaşıb.

UEFA Millətlər Liqası
7 sentyabr

A Liqası

3-cü qrup

İtaliya - Polşa 1:1
Qol: Jorjinyo, 78-pen - Zelinski, 40.

B Liqası

2-ci qrup

Türkiyə - Rusiya 1:2
Qol: S.Aziz, 41 - Çerışev, 13. Dzyuba, 49.

C Liqası

1-ci qrup

Albaniya - İsrail 1:0
Qol: Caka, 55.

4-cü qrup

Litva - Serbiya 0:1
Qol: Tadiç, 38-pen.

Rumıniya - Çernoqoriya 0:0

D Liqası

3-cü qrup

Azərbaycan - Kosovo 0:0

Farer adaları - Malta 3:1
Qol: Edmundsson, 31. Yonsen, 38. Hansson, 51 - Mifsud, 42.


 
tarix: 08-09-2018 01:05


 
Xəbər lenti
18.02.2019

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az