(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sistemsiz, qorxaq və… favorit milli

Sistemsiz, qorxaq və… favorit milli

Yığmamızın Millətlər Liqasının startındakı nəticəsi qnunauyğundu. Tabloda Kosovoyla oyunun yekununu eks etdirən 0-lar isə təkcə oyunun nəticəsi deyil. Komandamızın oyununu da, sabaha olan ümidləri də “0”la ifadə etmək olar.
 
Qrupun reytinq favoriti olan millimiz Kosovoyla oyunun da üstün tərəfi sayılırdı. Amma yalnız kağız üzərində. Matç göstərdi ki, qorxaq futbola üstünlük verən millimiz xaotik, qarmaqarışıq, sistemsiz oyunla bu vəzifəyə hazır deyil. Və Kosovo şişirtdiyimiz qədər güclü rəqib kimi görünmədi. Bu komanda sadəcə, rəqibin imkan verdiyi qədər oynamağı bacaran sıradan bir “cırtdan”dı.
 
Qurban Qurbanov milli komandanı da “Qarabağ” kimi oynatmaq istəyir. Baş məşqçi buna cəhd edir, çalışır, əinin altında olan oyunçulara görə taktika qurmur, heyəti beynindəki taktikaya görə müəyyənləşdirir. Amma müdafiə və yarımmüdafiənin mərkəzi istisna olmaqla, heç yerdə istədiyinə nail olmur. Top Maksim Medvedev, Bədavi Hüseynov, Riçard Almeyda və Qara Qarayevdən ibarət mərkəz blokundan kənara çıxan kimi havada uçan şara çevrilir. Vaxtilə “Qarabağ”da oynamış Ramil Şeydayev və indi burada olan Mahir Mədətov da ansamblı tamamlamır.
 
Ağdam klubuyla millinin fərqli nəticələrinin, fərqli oyununun sirri adlardadı. Kamran Ağayev geriyə ötürülən topları Vaqner da Silva kimi səliqəylə oyundaşlarına ötürmür, irəli göndərib, rəqibə növbəti hücumu başlamaqimkanı verir; Ürfan Abbasov 90 dəqiqə ərzində cərimə meydançasına asma etmir, Donald Gerye isə meydan boyu işləyir, qol vurur, epizodlar yaradır; Emin Mahmudov kiçik bir ərazidə vaxt keçirir, Miçel Madeyra isə aqressivdi, döyüşür, hava toplarına çıxır, dəqiq ötürmələrlə hücumu kəskinləşdirir; Ruslan Qurbanov köməkçi hakimlə yan xətt boyunca qaçmaq yarışına çıxır, faydalı iş əmsalı aşağıdı, Abdulla Zubir isə ağdamlıları arxasınca daşıyır, oyunçu aldadır, ötürmə verir, cərimə meydançasına girir, zərbə vurur; Ramil Şeydayev oyun manerasına uyğun olmayan şəkildə hava mübarizələrinə qalxır, hər dəfə uduzur, boş yerə güc sərf edir, İnnosent Emeqara isə rəqib mərkəz müdafiəçilərini daim gərginlikdə saxlayır, meydanın mərkəzinə gəlib top götürür, qeyri-standart hərəkətləri ilə ön xəttdə rəngarənglik yaradır və i. və s.
 
Beləcə parlaq oynayan “Qarabağ”la milli komandanın arasında fərq yaranır. Sirr də adlardadı. Nə olsun ki, hər ikisinin baş məşqçisi eyni adamdı, icraçılar fərqlidi. Və Qurbanovun bu şəraitdə fərq yaratması mümkün deyil. İllərdi ölkə futbolunun anası ağladılıb, yeni nəsil yetişdirilməyib, səviyyəli futbolçular yoxdu. Bu səbəbdən yığmanın hətta Kosovonu da yenə bilməməsi gözləniləndi, reallıqdı. Amma baş məşqçi bu səbəbləri demir, artıq sosial şəbəkələrdə, mətbuatda başlanan tənqidlərə haqq qazandırır, məsuliyyəti üzərinə götürür, səbəbkar rəhbərlərini özünü qurban verərək qoruyur.
 
Qurban bəyin də yanlışlarına göz yummaq olmur. Məşqçidi, futbolçuların durumunu o bilər, amma ikinci hissədə gödüklərimizə əsasən deyə bilərik ki, Dmitri Nazarov və Təmkin Xəlilzadənin ehtiyatda qalması səhv idi. Bu futbolçular millinin hücum gücünü artırmasına, ilk yarıdakı bərbad futbola rəng qatmağa nail oldular. Və məşqçi 70-ci dəqiqəyə kimi bütün əvəzetmələrdən istifadə etdisə, bu, artıq start “11-liy”inin doğru müəyyənləşməməsinin etirafıdı.
 
Kosovo daha çox qol epizodu yaratdı, bizimkilərin imkan verdiyi qədər oynadı. Daha cəsarətli futbolla bu komandanı meydandan silmək olardı. Hətta səviyyəsi yüksək olmayan indiki heyətimizlə də…
 
Kosovonun müdafiəsində, cinahlarında kifayət qədər boşluqlar vardı və təzyiq halında onların səhvi qaçılmaz idi. İkinci hissənin əvvəlində və son dəqiqələrdə bizimkilər sürəti azacıq artıran kimi bu qüsurlar göründü. 90 dəqiqə eyni futbolu oynasaydıq, indi qrup lideri idik.
 
Tənqid etməli məqamlar çoxdu, lakin hələ Maltayla oyunu gözləməliyik. Farer adalarının darmadağın etdiyi bu komandanı hətta Valettada da yenmək şərdi, əks halda, favoritdən qrup autsayderinə çevriləcəyik. O zaman Qurbanova yönələn tənqidlər də haqlı olacaq. Heyət zəifdi, futbolçularımızın səviyyəsi aşağıdı, amma daha adalıların yendiyi Malta qədər yox.
 
Oyun məyusedici idi, Qurban bəyin mətbuat konfransında dedikləri isə daha çox qan qaraldır: “Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıq səviyyəsi yüksək oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım”.
 
Qurbanov haqlıdı, amma bütün Kosovoda Almeydanın yarısı səviyyəsində oynayan kimsə yox idi. Elə Qarayev də fərqlənirdi. Amma bu oyunçular mərkəzdəki dominantlığı meydan boyunca yaya bilmirdilər. Çünki cinahlar işləmirdi, hücum variantları doğru seçilməmişdi. Rəqib rahatca qapanır, lazım olanda da hücuma keçirdi. Təmkin, Nazarov onlara yardım edə bilərdi, amma ehtiyatda oturmuşdular.
 
Məşqçi qorxaq futbol oynadıqlarını etiraf etmir: “Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq”.
 
Bəs, ikinci yarıda? Axı, həmin oyunçular yenə meydanda idi! Bəs, fasilədən sonra üstünlüyü ələ almağımıza nə səbəb oldu? Bəlkə 70-ci dəqiqəyə kimi bitirdiyimiz əvəzləmələr?!
 
Qurban bəy zəif oyunu çempionatın səviyyəsi ilə izah edir: “Yığma bundan yaxşı oynamağa qadirdi. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdılar. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik”.
 
Bəlkə də bir qədər artırmaq mümkündü, amma ciddi anlamda heç nə dəyişməyəcək. Heyətdəki oyunçuların daha yaxşı çempionatlara getmək potensialı yoxdu, bir gün öncə U-21 sübut etdi ki, yeni nəsil də gəlmir. Deməli, bayram olmayacaq, baş aldatmayaq. Ürfan Abbasov İngiltərədə, Emin Mahmudov Rusiyada, Maksim Medvedev İspaniyada oynayası deyil, heç dəvət də almazlar. Almaniyanın aşağı liqasında müntəzəm oynayan Nazarov var, amma o da heyətə layiq bilinmir, baxmayaraq ki, yarım saata fərq yaratdı.
 
Qurban bəy deyir ki, “Çempionat aşağı səviyyədədisə, ustalığı artırmaq mümkünsüzdü. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər”.
 
Çempionatın səviyyəsinin yüksək olması üçün hələ kifayət qədər yerli oyunçumuz olmalıdı, onlar da legionerlərlə rəqabətə girməlidi. Qurbanov havadan, sudan danışır, amma əsas səbəbi demir. Ola bilər ki, AFFA rəhbərliyinin xətrinə dəyməmək üçün layiqli namizədlərin olmadığını önə çəkməyə risk etmir. Halbuki yeganə səbəb budur. Qurbanovun məşqçi bacarığı var və daha yaxşı oyunçularla nəticə verməsi də realdı, amma həmin oyunçular yoxdu. Bu, Qurbanovun günahı deyil, ölkə futbolunu idarə edənlər onu xarabazara çevirib. Amma bu davranışla tezliklə Qurban bəy də səbəbkara çevriləcək. Çünki həqiqətləri demir, problem başqa yerdə axtarır. Məsuliyyəti dolayısıyla öz üzərinə çəkmək isə əvvəl-axır onun da çiyinlərinə ağır gələcək, çökəcək.
 
Millimizin Avropa çempionatına vəsiqə qazanmaq porensialı yoxdu, lakin bu qrupda zirvədə olmaq şərtdi. Qarşıda Malta səfəri var və uğursuzluq bağışlanmazdı. Artıq təyinatdan 1 il keçib və Qurbanov ya nələrisə düzəltməli, ya da həqiqətləri dilə gətirməlidi. Əks halda, sonra gec olacaq və AFFA-nın yarıtmaz fəaliyyətinə sinə gərən məşqçi özü qurbana çevriləcək.
 
FƏRİD

 
tarix: 08-09-2018 12:00


 
Xəbər lenti
21.02.2019

13:14   Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07   Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57   Milli komandada yeni baş məşqçi

12:31   “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00   17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48   Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:15   Millimizin Türkiyə ilə 2-ci sınağı - YENİLƏNİR

10:58   “Fənərbaxça” “Zenit”ə, “Qalatasaray” “Benfika”ya qarşı - YENİLƏNİR

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az