(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Çoxsaylı istəklər”, yoxsa “çoxsaylı təzyiqlər”?

“Çoxsaylı istəklər”, yoxsa “çoxsaylı təzyiqlər”?

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirildi. Ağdamlılar AFFA-nın təzyiqinə dözmədi və oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə razılaşdı. AFFA həm də bunu ustalıqla etdi, özünü narahat BOS-dan bezən azarkeşlərin tənqidlərindən qorumaq üçün bu qərarı klubun müraciəti ilə birlikdə reallaşdırdıqlarını açıqladı.
 
Açıqlamada deyilir ki, “Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib”. Amma izah yoxdu, səbəbkar göstərilmir: hansı çoxsaylı istəklər? Bəlkə də “çoxsaylı istəklər” əvəzinə “çoxsaylı təzyiqlər” yazmaq daha məntiqli olardı. Yüksək dairələrdə “Qarabağ”a təzyiq kampaniyası təşkil edildi və AFFA istəyinə çatdı.
 
Bəlkə də “Arsenal”la oyun üçün Respublika stadionu dar gələcəkdi, bəs, “Vorskla”, “Sportinq”? Axı, həmin oyunlarda ağdamlılara tribuna dəstəyi lazım olacaq, o dəstək isə BOS-da təmin edilə bilməz. Bir də ki, klubun vəsait xərclədiyi, saxladığı 32 minlik stadion varkən, Olimpiya stadionunda niyə oynasın, əlavə icarə haqqını niyə ödəsin ki? “Arsenal” “İnter”dən, “Fiorentina”dan, “Tottenhem”dən o qədərmi güclüdü? Axı, bu komandalarla oyunlarda da Respublika stadionunun tribunaları tam dolmurdu. O zaman BOS-a nə ehtiyac? Nəzərə alaq ki, bu, Çempionlar Liqasının yox, Avroliqanın qrup oyunlarıdı.
 
Kimsə bu matçların ölkənin reklamı üçün gərəkli olduğunu deyə bilər. Amma nəyə lazım? Avropa Liqasının finalı üçün, Avropa çempionatına ev sahibliyi etməyimiz üçün kampaniya aparılanda başadüşülən idi və Çempionlar Liqasının oyunları bura salınarkən də hər şey hədəfə hesablanmışdı. Qərar veriləndən sonra belə məcburiyyətə gərək yox idi. Ölkə futbolunun siması olan “Qarabağ”ı da əldən salmaq, azarkeş dəstəyindən məhrum etmək istəyirlərsə, o başqa məsələ.
 
AFFA “Qarabağ”ı belə təzyiqlərlə azarkeşlərdən uzaqlaşdırma əvəzinə BOS-da işi doğru qurmalıdı. Arenaya gedən azarkeşlər çox əziyyət çəkir, rahat gediş-gəliş üçün heç nə edilmir. Bu azmış kimi, hətta tablonu da normal işlədə bilmirlər. Azərbaycan – Kosovo matçında ilk yarı bitərkən tabloda matçın bitməsinə hələ 2 dəqiqə qalırdı, ikinci hissədə icə qurğunun dəqiqəölçəni ümumiyyətlə, işləmədi. Bu biabırçılığın finalda da yaşanmayacağına kim zəmanət verir?
 
CAVAD

 
tarix: 08-09-2018 12:25


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az