(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Baş katibin qadağası və viski qonaqlığı

Baş katibin qadağası və viski qonaqlığı

AFFA-nın baş katibi Elxan Məmmədovun pozasına baxın. Sanki Kosovoyla oyunun şərəfinə badə qaldırır. Nə qələbə var, nə məğlubiyyət, heç-heçə zamanı da viski içib, sağlıq deməyə imkan var. Axı, bu nəticə də elə onun qələbəsidi.
 
Fotolar matçdan öncə, rəsmi ziyafət zamanı çəkilib və Kosovo Futbol Federasiyasının rəsmi saytına yerləşdirilib. Bizimkilər belə fotoları verməyə cəsarət etməz, amma xarici mənbələrdən bəzən belə məlumatlar tapırıq.
 
Elxan Məmmədovun ətrafına diqqət edin. Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev, İcraiyyə Komitəsinin üzvləri – İsgəndər Cavadov və Vaqif Sadıqov. Ölkə futboluna heç bir fayda verməyən, yalnız maaşa, paketə qonanlar, yeyib-içmək məclislərinin daimi sakinləridi. Heç biri əlini daşın altına qoymur, ancaq hazıra nazil olurlar. Guya rəsmi mərasimlərdə futbolumuzun simalarıdı, halbuki futbolumuzun əsl üzü dünən meydana çıxan milli komandamız idi. Onun nə gündə olduğuna da hamınız şahidsiz.
 
Zaman keçəcək və bir neçə ildən sonra meydana buraxmağa 11 nəfər tapmayacağıq. O zaman yenə bu adamlar viski məclisində sağlıq deyəcək, ayaq altına salınansa Azərbaycanın imici olacaq.
 
Rəsmi ziyafətdi – olmalıdı, amma bununla yanaşı, komanda da, futbol da, inkişaf da olmalıdı. Gəl ki, AFFA-nın rəsmi tədbirləri təmtəraqlı, görməli olduğu əsas işlər zir-zibillidi. Viskidən xumarlanan gözlərlə meydandakı rəzaləti görməyənlər ola bilər, heç olmasa, ayıq olanlar anlasın.
 
0:0 bitən matçdan sonra jurnalistlər AFFA prezidenti Rövnəq Abdullayevlə müsahibə üçün gözləyirdi. İnsaf naminə o da həvəsli idi, həmişə mətbuata isti münasibətdə olub. Amma VIP-girişin önündə onun baxışları qəflətən Elxan Məmmədovla toqquşdu.  “Müsahibə verimmi” sualı ilə. Aylardı Abdullayevi mətbuatdan gizlədən, tədbirlərdən “qaçırdan” Məmmədov qəribə üz ifadəsi ilə “olmaz” dedi və Rövnəq bəy də maşına tələsdi.
 
Bu fakt AFFA-nı kimin idarə etdiyini bir daha göstərdi. Abdullayevə də sərfəlidi – biabırçılıqlara görə də Məmmədov məsuliyyət daşıyır. Ancaq onun ağlına da gəlməz ki, Exan bəy lazım gələndə taktika işlədə bilir. Məsələn, 2 gün öncə Sumqayıt stadionundan çəkilmiş fotosessiyada baş katib yox idi. Tənqidlər, təzyiqlər çoxalan kimi, baş katib protokol qaydalarına da tüpürərək qeyb olur, Abdullayevi hədəfə çevirir.
 
Məmmədov badə qaldırır. Azərbaycan futbolunun məhvini yekunlaşdırması, öz monopoliyasını tam bərqərar etməsi şərəfinə…

 
tarix: 08-09-2018 13:52


 
Xəbər lenti
16.01.2019

20:57   Qurban Qurbanov: “Optimal formadan uzağıq”

20:32   Sənan Qurbanov: “Futbolçular tapşırığı yerinə yetirdilər”

20:06   “Qarabağ” "Neftçi"nin qisasını ala bilmədi

19:53   “Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

19:44   Reynaldo zədələndi

19:36   “Neftçi-2” MOİK-ə qalib gəldi

19:28   Şimali Amerikada ilin ən yaxşı futbolçusu məlum oldu

19:11   “Sumqayıt” yeni transferini rəsmən açıqladı

18:34   “Qəbələ” 3 hissəlik oyunda uduzdu

16:25   “Barselona”nın futbolçusu rəsmən Çin klubunda

15:49   Abbasov razı qalıb

15:00   “Sumqayıt”dan qollu heç-heçə - YENİLƏNİB

14:22   "Qalatasaray" onu satır

13:55   “Səbail” qələbə ilə başladı – YENİLƏNİB

13:24   “Zenit”dən “Çelsi”yə

13:01   Özil üçün yeni təkliflər

12:44   Rüfət Dadaşov ən yaxşı "onluq"da

12:25   "Sumqayıt"da iranlı hücumçu

12:00   Petr Çex karyerasını başa vurur

11:30   Martin O Nil İngiltərə klubunda

11:00   Sabiq “Liverpul”lu Super Liqa klubunda

10:30   “Qalatasaray” Markao ilə müqavilə bağladı

10:00   “Kəpəz”in daha iki rəqibi məlum oldu

09:32   “Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

02:21   “Valensiya” və “Xetafe” 1/4 finalda

01:26   Təxirə salınan oyunda “Bordo” sevindi

00:44   Türkiyə Kubokunda 1/8 finala start verildi

00:27   “Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

15.01.2019

23:28  “Keşlə” Antalyada belə hazırlaşır - VİDEO

22:36  “Neftçi” fitnes zalında məşq etdi

22:11  “Qəbələ”nin almanlarla 3 hissəli oyunu

21:52  Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

21:18  “Qarabağ” - “Uypeşt” matçının vaxtı açıqlandı

20:55  “Sumqayıt” baş tutmayan oyunu fitness məşqi ilə əvəz etdi - VİDEO

18:30  Braliçdən “Neftçi-2” xahişi

18:00  “Neftçi” İran klubu ilə qarşılaşacaq

17:45  “Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı

17:35  Obradoviçli Azərbaycan millisinin heyəti açıqlandı

16:57  “Tottenhem” forvardını itirdi

16:15  Birinci Divizion klubu həvəskar komandaya uduzdu

15:57  Qurban Qurbanov: “Futbolçular ciddi və diqqətli olmalıdı”

15:49  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

15:44  Millimiz millimizi yendi

15:28  "Zirə", "Sumqayıt" və "Səbail"in oyunları ləğv olundu... Yağışa görə

15:13  Rəşad Sadıqov: "Bu, onun haqqıdır"

15:06  "Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

14:32  Antalyada 20-ci sınaq

14:01  “Sabah”ın “Tobol”la sınaq matçının vaxtı bilindi

13:40  “Mançester Siti” yapon futbolçu aldı

13:21  “Qarabağ” Antalyada yenə yağışa düşdü

13:01  Aqolli suallara aydınlıq gətirdi: “Yalnız “Qarabağ”ı düşünürəm”

12:44  “Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

12:22  Həvəskarlar liqasından Liqa 1 klubuna

12:00  Milli üzvləri üçün seminar

11:46  “Sabah” fitness zalında - VİDEO

11:33  İslandiyanın baş məşqçisi Qurbanovun qərarından narahatdı

11:21  “Neftçi”nin futbolçusu nişanlandı - FOTOLAR

11:14  Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az