(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycanla oyunda müsbət nəticə qazana bilərik”

“Azərbaycanla oyunda müsbət nəticə qazana bilərik”

Futbol üzrə Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla sabah baş tutacaq oyun öncəsi mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 63 yaşlı mütəxəssis media mənsubları qarşısına millinin forvardı Andre Şembriylə (A.Ş.) birlikdə gəlib. 

- Qrupdakı ilk oyun bizi bir qədər məyus edib. Pis oynadıq və buna uyğun da nəticə aldıq. İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib.
 
- (A.Ş.) Farer adalarındakı nəticə bizi üzür. Azərbaycan güclü rəqibdi, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq. Başa düşürük ki, bunu həyata keçirmək müşkül məsələdi.

- Ötən oyundakı məğlubiyyətin səbəbini nədə görürsüz?
- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.

- Azərbaycan – Kosovo matçını yəqin ki, izləmisiz. Azərbaycan barədə düşüncələrinizi bilmək istəyərdik…
- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadı. Xüsusilə, braziliyalını (Riçard Almeyda-müəl.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz o müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdi.

- Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiz?
- Onlar Farer yığmasından fərqli futbol oynayırlar. Bu görüşə yaxşı hazırlaşmışıq. Adalılarla oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik. (Sport24)


 
tarix: 09-09-2018 19:21


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az