(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA “Sabah”ın rəsmisini gəzməyə aparıb

AFFA “Sabah”ın rəsmisini gəzməyə aparıb

AFFA-nın Maltaya apardığı jurnalist heyətinin tərkibi çox “rəngarəng”di. Hamısı olmasa da, əksəriyyət tanılıq, dostluq prinsiplərinə əsasən seçilib və siyahıdan müstəqil mediaya qarşı sədd qoyulduğu aşkar görünür.
 
7 jurnalistdən üçünün rusdilli saytı təmsil etməsi çox düşündürücüdü. Azərbaycan dilinin rəsmi dövlət dili olduğu ölkədə əsasən rusdilli auditoriyanın düşünülməsi çox maraqlıdı. Ola bilsin, AFFA-nın baş katibi Elxan Məmmədov dostlarının, mənsub olduğu dəstənin daimi ünsiyyət dilinə hörmətindən bu qərarı verib. Bu adamların öz dünyası var, futbol ictimaiyyəti veclərinə deyil. İclasları, tədbirləri də rus dilində təşkil edilirsə, jurnalist seçimləri başadüşüləndi.
 
Daha 2 jurnalist AFFA prezidentinin sahib olduğu media qurumlarındandı. Bu da monopoliyanın növbəti nümünəsidi.
 
Yığmanın məşqçilər korpusunun, mətbuat xidmətinin müdaxilə edə bilmədiyi siyahıya düşən saytlardan birinin ümumiyyətlə, idman bölməsi yoxdu və onların hansı prinsiplərlə dəvət alması çox maraqlıdı. Yəqin ki, bu suala AFFA rəhbərliyi aydınlıq gətirər.
 
Ən maraqlısı isə jurnalist kimi gedənlərdən birinin “Sabah”ın Müşahidə Şurasının üzvü olmasıdı. Futbola yaxından-uzaqdan dəxli olmayan “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin redaktoru Rəhman Hacıyev ötən 2 gün ərzində Maltadan kiçik bir material da hazırlamayıb. Nə yazıb-yazmadığı önəmli deyil, qəribə olan AFFA-nın hansısa klubun rəsmisinə sponsorluq etməsi, onu səfərə aparmasıdı.
 
AFFA məhz belə işləyir. Baş katib öz dəstəsini başına yığıb və onların rahatığını, istirahətin, gəzintisini təmin edir. Ona millinin təbliğatı, oyunun işıqlandırılması vacib deyil. Zatən olsaydı, AFFA-nın yaratdığı Media Komitəsinin taleyinə aydınlıq gələrdi. İcraiyyə Komitəsi özunun verdiy qərara məhz Məmmədovun göstərişi  ilə məhəl qoymur. İlin əvvəlində növbəti iclasda bu qurumla bağlı qərar veriləcəyi bildirilsə də, İK üzvləri 2 dəfə toplaşıb, amma mətbuat heç kimin yadına düşməyib.
 
Bu fakt göstərir ki, AFFA-ya mətbuat da lazım deyil. Onlar gözdən pərdə asmaq üçün 1-2 müstəqil media nümayəndəsinə qapı açır, əvəzində öz yandaşlarını, ideya dostlarını qanadı altına alır. Bununla da ölkə futbolunun bərbad durumunu, AFFA rəhbərliyinin səriştəsiz işini ifşa edən mətbuatı məhv etməyə çalışırlar.
 
Futbolinfo.az onsuz da klublarla, milli komandalarla səfərə çıxmaq baxımından problemi olmayan saytdı. Bu il “Neftçi”nin Macarıstan, “Qarabağ”ın Ukrayna və Portuqaliya səfərlərindən özümüz imtina etmişik. Təbii ki, millidən dəvət gəlsəydi də, çox güman, eyni addımı atacaqdıq. Yəni, ezamiyyət davası etmirik, bunu özümüzə yaraşdırmırıq. Amma illərini jurnalustukaya həsr edən peşəkar, dürüst mətbuat nümayəndələrinin məkrli planlar üzündən kənarda saxlanmasını da normal qarşılaya bilmərik. Milli komanda Elxan Məmmədovun və yandaşlarının məqsədinə qulluq edən vasitə ola bilməz.
 
FƏRİD

 
tarix: 10-09-2018 10:43


 
Xəbər lenti
17.09.2019

20:00   “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17   Millimizin rəqibinin heyəti açıqlandı

18:24   Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46   Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21   Kokorinlə Mamayev azadlıqda

16:58   “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36   “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15   “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54   Neymarın cəzası azaldıldı

15:35   Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24   Dmitri Nazarova yeni müqavilə təklifi

15:02   “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41   “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20   “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00   Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42   Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21   Birinci Divizionda da cəzalar açıqlandı

13:00   AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41   Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22   Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03   Emil Balayev ən yaxşılar arasında

11:51   “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40   “Qarabağ” Romeronun qardaşını da aldı

11:21   Millimizin heyəti açıqlandı

11:00   “Sabah”da xorvat baş məşqçi?

10:49   “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30   “Real”da daha bir ciddi itki

10:14   “Trabzonspor”un daha bir futbolçusu əməliyyat olundu

10:00   Messi “Borussiya”ya qarşı oynaya biləcək

09:44   Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

09:17   MY-dən De Xea ilə 5 illik müqavilə - RƏSMİ

09:00   Kamran 90 dəqiqə oynadı, “Jonava”...

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az