(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Millimizin futbolçusu “Boluspor”da ilk qolunu vurdu

Millimizin futbolçusu “Boluspor”da ilk qolunu vurdu

Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi bu klub aşağı liqa təmsilçisi “Karadeniz Ereğli Belediyespor”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Ufuk da bu görüşün iştirakçısı olub. Rəsmi oyunlarda şans qazanmayan millimizin üzvü bu yay keçdiyi komandada start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qollarından birini də Ufuk vurub. O, 41-ci dəqiqədə fərqlənib.


 
tarix: 10-09-2018 19:03


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az