(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
ONU DEYİRLƏR: Elxan Məmmədovun çürük sisteminin nəticəsi

ONU DEYİRLƏR: Elxan Məmmədovun çürük sisteminin nəticəsi

Gərək ki, bizə elə Region Liqası lazımdı. Prokurorların, polis rəislərinin istirahətini təmin etmək üçün həvəskar yarışı. Başlarını qatsınlar...
 
Ya da uşaq liqalarından fərqi olmayan I divizion. Əvəzediciləri burax, oynasınlar. Onsuz da bu ölkədə futbolçu yetişdirmək, inkişaf heç kimə lazım deyil. Hamı baş qatır...
 
Maltanı da yenə bilmədik. Hə, nə olsun? Guya udsaydıq, nə olacaqdı? Bu futbolçularla, belə oyunla hara kimi gedə bilərik ki? Udub baş qatmaqdansa, elə bu cür nəticə yaxşıdı. Bəlkə SOCAR-ın (xalqın) pulunu futbola təhkim edən dövlət rəhbərlərindən kimsə hesabat istədi. Sonu ölümdüsə, sürünmək nəyə lazım, elə qoy, indidən hər şey məhv olsun...
 
Heç bir halda Qurban Qurbanovu günahkar hesab etmirəm. Səhvlər var, o da aydan arı, sudan duru deyil. Lakin Kosovoyla matçdakı heyətin qurulmasıyla bağlı tənqidlərimizi qəbul edib, Maltada bir neçə fərqli oyunçuya güvənməsi nəyi dəyişdi ki? Hamısı aşağı-yuxarı eyni səviyyəli futbolçulardı. Daha doğrusu, futbolçuyabənzərlər...
 
Bu ölkəsinin millisinin, ümumiyyətlə, futbolunun dərdi idarəçiliklə bağlıdı. Hələ əvvəlkilər bir yana, Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov... Nəsə dəyişirmi? Deməli, idarəedici başları dəyişmək vaxtıdı. Ölkədə futbolçu yetişmir, yetişdirilmir. AFFA-nın indiki rəhbərliyinin hakimiyyətdə olduğu son 11 ildə dövlət futbola 2 milyard manatdan çox vəsait ayrılmasına şərait yaradıb, lakin nəticə baxımından heç nə dəyişməyib.
 
Daha bundan aşağısı, dibi yoxdu. Milli ən zəif yığmalarla bacarmır, ölkədə klub sayı müstəqillik tariximizdə ən zəif göstəricidədi, xaricdə ölkədən yetişib getmiş legionerimiz yoxdu, ümumiyyətlə, yerli futbolçu potensialımız biabırçı durumdadı. Artıq məşqçiləri yox, AFFA rəhbərliyini dəyişməyin, sistemi silkələməyin vaxtıdı.
 
Qurban Qurbanovlu “Qarabağ” çoxlarına hələ də yuxu kimi gələn tarixi yazır. Ardıcıl 5 il avrokuboklarda qrupda oynamaq sıradan hadisə deyil. Amma bu məşqçi də millini irəli apara bilmirsə, deməli, problem səriştəsizlərin qurduğu sistemdədi. “Qarabağ” rəhbərliyinin qurduğu sistemlə AFFA-nın tətbiq etdiyi sistem arasındakı fərqlər nəticələrdə özünü büruzə verir.
 
İndi yeni qurban axtarılır. AFFA rəhbərliyi baş məşqçiyə heç bir dəstək vermir, əksinə, onun hədəfə çevrilməsi üçün pərdə arxasında hər cür oyun çevirir. Hətta baş katib Elxan Məmmədov onun ölkə başçısının təşəbbüsü ilə milliyə gətirilməsini də vecinə almır, Qurbanovun uğursuz olması, yerinə Di Matteo və ya başqa bir əcnəbinin gətirilməsi üçün hər şey edir. Qurban bəy dürüst işləyən biridi, AFFA rəhbərliyinə isə arxasında kölgələnib min oyun çıxaracaqları fırıldaqçı əcnəbi, hoqqabaz Berti kimisi lazımdı.
 
Elə bu səbəblərdən Qurban Qurbanov – Rəşad Sadıqov tandeminin vurulması, gözdən salınması üçün hər şey edilir. AFFA-dakı məkrli dəstə bu şəxslər öz seçimləri olmadığı üçün onların məğlubiyyəti üçün hər şey edir. Qurbanov da bacarmasa, əllərində əsas olacaq, 11 ildə uğur qazanmamalarına “ən güclü saydığımız məşqçi də bacarmadı” bəhanəsiylə don geyindirəcəklər. İndiki məşqçilərin uğuru isə onların ifşası olacaq. Bu səbəbdən Qurbanovun uğur qazanması AFFA-ya lazım deyil.
 
Qurbanov milli komandalar departamenti qurmaq istəyir, AFFA isə onun adi ofis tələbini yerinə yetirmir, işləmək üçün adi şəraiti əsirgəyir. Çünki Qurban bəy sabit iş yerinə, işçi komandaya sahib olsa, öz sistemini tətbiq edəcək, hər şeyi sıfırdan düzəldəcək. Bu isə assosiasiyanın boz kardinalı Elxan Məmmədova sərfəli deyil. Milli uduzur, o, hər dəfə fiqurları dəyişir, özü AFFA prezidentinin nüfuzu arxasında gizlənib əsas islahatçı, işçevirən olur və zaman öldürür. Üstəlik, şəxsi biznesini çiçəkləndirir, futboldakı bütün sahələrin – geyim, idman ləvazimatları təminatı, stadion xərcləri, qidalanma və s. – bir əldə cəmləşdirir, klublara dostlarını, tanışlarını yerləşdirib, iş çevirir.
 
Dünənki oyunla bağlı yazmaq üçün əsas yoxdu. Kökü çürük ağacın saralmış yarpaqlarını tərənnüm etməklə bahar ab-havası yaratmaq olmaz. Ölkə rəhbərliyi futbol siyasətinə yenidən baxmalı, bu sahəni doğru insanlara tapşırmalı, nəticə tələb etməlidi. Məşqçiləri dəyişməklə heç nə əldə etməyəcəyik.
 
Elxan Məmmədovun bacardığı mənasız topçiləmə festivalları təşkil etmək, perspektivsiz Region Liqası yaratmaq, divizion oyuncaq yarışa çevirməkdi. Və kimi dindirisən, kimdən nəsə soruşursan, onu göstərirlər, ONU DEYİRLƏR...
 
VÜSAL MAHMUDOV

 
tarix: 11-09-2018 09:00


 
Xəbər lenti
19.02.2019

20:50   Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az