(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Günahkar onlardı!!!

Günahkar onlardı!!!

Milli komandamız Millətlər Liqasına bərbad start verdi. Qitənin ən zəif yığmalarının yer aldığı divizionda da qələbə üzünə həsrətik. Qrupun favoriti sayılmağımıza baxmayaraq, 2 oyunda qazanılan 2, itirilən 4 xal var.
 
Bu gün fərd olaraq günahkar axtarmaq doğru deyil. Oyunları məşqçilər, futbolçular uduzmur. Bu, strategiyanın düzgün seçilməməsinin, səriştəsizliyin, işə düzgün münasibət göstərilməməsinin nəticəsidi. İllərdi dövlət qayğısı nəticəsində futbola sel kimi gələn pullar havaya sovrulub, düzgün sistem qurulmayıb, yeni nəsil yetişdirilməyib, güclü klublar yaradılmayıb, milli komandaların vahid inkişaf modeli seçilməyib, uşaq futboluna barmaqarası yanaşılıb, bölgələrdə top oyununa biganə yanaşılıb.
 
Və bu qədər problemin olduğu bir vaxtda millidən qələbə gözləmək ağılsızlıqdı. Yenə bilmədiyimiz Maltanın həmişə qapazaltısı olmuşuq. Hətta Farer adalarının 3 qol vurduğu bu komanda bizə uduzmursa, deməli, biz daha rəzil gündəyik. AFFA rəhbərliyi illərdi futbolun inkişafı adı ilə milyonları dağıdıb, ortada isə iş, nəticə yoxdu.
 
Problem sistemsizlikdə, strategiyanın düzgün seçilməməsindədi. Fərd olaraq kimlərin əsas günah sahibi olmasını öyrənmək istəyiriksə, sadalayaq. Onların əksəriyyəti Maltada idi, ayaqlarını ayaqları üstə aşırıb, tribunadan matçı seyr edir, müsahibələr verir, pafosla danışırdılar. İndi isə yəqin ki, gizlənməyə yer axtarır, ictimaiyyətin, futbolsevərlərin məşqçiləri, futbolçuları ağ yuyub qara sərməsini izləyirlər.
 
Günahkar Rauf Əliyevdi. O, illərdi futbol təsərrüfatında rəhbər post tutur, 10 ildən çoxdu I vitse-prezidentdi, 2 ildən çoxdu uşaq futboluna rəhbərlik edir. Bəs, hanı onun fəaliyyətinin nəticəsi? Axı, Maltayla oyunda qələbə qolunu onun 1,5 milyon avronu dağıdıb Berlində açdığı futbol məktəbində yetişən hansısa futbolçu vurmalıydı. Bəs, nə oldu? Milyonlar dağıdıldı, məktəb uğursuz layihə kimi bağlandı, heç kim hesabat istəmədi. İndi isə Əliyev yenə də rəhbər postdadı, onun güclənməsinə töhfə vermədiyi milli isə Maltada rüsvay oldu.
 
Günahkar İsgəndər Cavadovdu. İcraiyyə Komitəsinin üzvü, xidməti maşın sahibi, yüksək maaşa, paketə müştəri olan veteranımız. Futbolçu kimi bacarığına sözümüz yoxdu, amma karyerasını bitirəndən sonra nə edib? Ancaq danışıb, kimlərinsə əleyhinə danışdırılıb. Bir faydalı məsləhətini, işini görməmişik. İllərdi Regional Futbol Federasiyasına rəhbərlik edir. Bu müddətdə bölgə futbolu daha da rəzil günə düşüb, regionlarda heç bir iş görülmür, milli komandalara namizədlər yetişmir. İsgəndər bəy hətta rayonlarda regional federasiyaların hansı ünvanda yerləşdiyini bilmir. Halbuki Maltanın qapısından qələbə qolunu hansısa regionumuzdan yetişən superistedad keçirməliydi.
 
Günahkar Vaqif Sadıqovdu. Müsahibələrinə diqqət edin. Elə son müsahibəsində “Qurban Qurbanov” yazılan hissələri çıxarıb, yerinə “Berti Foqts”, “Robert Prosineçki” yazın. Heç nə dəyişməyəcək. Bu adam da illərdi danışır, yol göstərir, tövsiyə verir. Amma hər dəfə də yalnız rəhbərlərinə xoş gələcək ifadələrdən istifadə edir, əsl həqiqəti gizlədir, doğruları deməyə cəsarəti çatmır. Milli komandaya rəhbərlik etmək üzrə rekordçudu, müxtəlif klublarda çalışıb, illərdi İcraiyyə Komitəsinin üzvüdü, mənasız, yalnız tövsiyə verməyi bacaran Məşqçilər Komitəsinin rəhbəridi. Savadına, biliyinə, təcrübəsinə görə istiqamət verən, yol göstərən olmalıydı. Amma kölgədə 1000 manat maaşla, bir-iki səfərlə, yeyib-içmək məclisiylə kifayətlənir. Sadıqov sakitlik dönəmində, oyunöncəsi ümidli açıqlamalar verən, nəticə pis olanda isə gözə görünməyən adamlardandı. Malta üzərində qələbəni onun parladığı, indi isə heç yadına düşməyən Naxçıvandan milliyə çağırılan futbolçumuz təmin etməliydi.
 
Günahkar Elxan Məmmədovdu. AFFA-nın faktiki idarəçisidi. Maliyyəni də o istiqamətləndirir, strategiyanı da o müəyyənləşdirir. İndiyədək bircə düz-əməlli layihəsi olmayıb, hamısı iflasa uğrayıb. Topçiləmə festivalları, Region Liqası, idman direktorları layihəsi və s. Hamısı bahalı, amma faydasız ideyalar. 4 ilə “Mançesyet Yunayted Məktəbi”nə xərclənən milyonların nəticəsi hanı? 11 illik fəaliyyətin yekunu olaraq indi meydana çıxarmağa 11 futbolçu tapmırıq. Məmmədov isə AFFA-nın binasının pəncərəsindən Nobel prospektinə boylanır, küçədən keçən adamları sayır, qeydiyyata alır və bəyan edir ki, 140 minlik futbol ailəmiz var. Maltanın qapısından qolu şişirdilmiş rəqəmlə keçirmək olmaz, Elxan bəy. Heç AFFA-ya, klublara yerləşdirdiyiniz dostlarınız da superistedad deyil, cibini dolduran işbazlardı. Maltada tovuzlu, gəncəli, lənkəranlı, qubalı, sumqayıtlı uşaqlar oynamalı idi. Amma siz futbolu elə günə salmısız ki, həmin bölgələrimizdə də milliləşənlər meydan sulayır.
 
CAVAD

 
tarix: 11-09-2018 11:21


 
Xəbər lenti
24.01.2019

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az