(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Çox şeyi təzədən başlamaq lazımdı”

Qurban Qurbanov: “Çox şeyi təzədən başlamaq lazımdı”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov U-21 yığmamızın Norveçlə keçirdiyi Avropa çempionatının seçmə mərhələ oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- U-21-in İsrail və Norveçlə matçlarını izlədiniz. Gənclərdə perspektiv görürsüz?
- Perspektivimizin olduğunu düşünə bilərik. Amma bu, digərlərində daha çoxdu. Elə Norveçlə İsraili buna misal gətirə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdı. Hər birinin oynadığı komandalara baxsaq, inkişafa doğru gedirlər. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun keçirib düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfər çempionatda ya oynayar, ya da yox. Qalanları isə Birinci Divizionda olur, ya da ehtiyatda vaxt keçirirlər.

- Millinin baş məşqçisi kimi, düşünmürsüz ki, “bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəyəm?”
- "Hazırda ümidverici nə görünür" sualına cavab axtarsaq, "böyük bir şeyi bir neçə ilə əldə edəcəyimizi" söyləsək, yalan olar. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündülər. Təbii ki, fərq edəcək. Ola bilsin, bir ildən sonra bu futbolçular daha yaxşı oynayacaqlar. Amma təəssüf ki, digər komandalar daha çox irəli gedəcək və yenə də səviyyə baxımından bizdən yuxarılarda olacaqlar.

- Həm əsas, həm də U-21 yığmasında oyun təcrübəsinin azlığını vurğulamısız. Bunun çıxış yolu nədədi?
- Görünən odu ki, bu, 3-5 günün işi deyil. Bu oyunlara baxdıqdan və öz oyunlarımızı keçirdikdən sonra rəqib komandaların çempionatları ilə daha çox maraqlanmağa başlamışıq. Bu gün həddən artıq böyük işlər görülməlidi. Bəlkə də çox şeyi təzədən başlamaq, uzunmüddətli layihə götürüb, onun üzərində çalışmaq lazımdı. Fikrimcə, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdı.

- Sizcə, sıfırdan başlamaq, futbolçuları lazımi səviyyəyə çatdırmaq üçün ən azı 5 il vaxt lazım deyil?
- İş ondadı ki, 4-5 il əvvəl bu ölkələrdə çempionatın səviyyəsi elə də yüksək deyildi. Hətta bəzi liqaların səviyyəsi aşağı enmişdi. Lakin artıq onlar çox sürətlə irəliləyiblər, çempionatlarının səviyyələrini qaldırıblar və futbolçularını Avropa bazarlarına çıxarıblar. Bütün ölkələrin yığmalarına, ayrı-ayrılıqda futbolçularına baxsaq, hamısı çox yaxşı liqalarda çıxış edir. Lakin bizim əvvəllər çox yaxşı çempionatımız var idi, son vaxtlar isə zəifləməyə doğru gedir. Dəfələrlə qeyd etmişəm ki, 5-7 il əvvəlki çempionatımızdakı komandalar, rəhbər şəxslər, məşqçilər, legionerlər tam fərqli idilər. Heç biri digərindən geri qalmırdı. Belə bir şəraitdə yerli futbolçuların da səviyyələri istər-istəməz qalxmalı idi. Bunun da şahidi olurduq. Amma son vaxtlar çempionatımız zəifləməyə doğru getdi, səviyyəli legionerlər azalmağa başladı, bir neçə klubu AFFA maliyyələşdirməyə başladı. Belə problemlər davam etməkdədi.

- Kosovo və Malta ilə UEFA Millətlər Liqasının oyunlarında iki fərqli hissə izlədik. Bu, nə ilə əlaqədar idi?
- Bu gün nəsə desəm, bəlkə də şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur, belə hallara rast gəlinir. İnanmıram ki, həyəcanla bağlı olsun. Turnirə start verməmişdən öncə futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu, indi də var. Təbii ki, bunlar tələb olunanda həyəcan olur. Normal bir şeydi. Futbolun özəlliklərindən biridi.

- Ruslan Qurbanov Kosovaya qarşı oynasa da, Malta ilə oyunun 23-lüyünə salınmadı. Nəzərə alsaq ki, ipə-sapa yatmayan futbolçudu, onu heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiz?
- Öz qərarım idi. Bunun səbəbini açıqlamağa ehtiyac yoxdu.

- “Qarabağ”ın Avropa Liqasıdakı oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsini istəmədiyiniz barədə məlumatlar var. Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmaq variantınız yenə var?
- Verilən qərarlar məsləhətləşdirilir. Ötən il Çempionlar Liqasındakı matçları da BOS-da keçirmişdik. Biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. “Arsenal” və “Sportinq” Çempionlar Liqası səviyyəsində olan komandalardı. Bir oyunu burda, digərini başqa yerdə keçirmək düzgün deyil. Bu qərarda hamının razılığı olub. Ötən il Bakı Olimpiya Stadionunun azarkeşlərlə dolması ölkə başçısı tərəfindən də müsbət qarşılanmışdı. Bu qərar hamının razılığı ilə qəbul olundu.

- Barış Ekincieri özünüz üçün qeyd etdiz?
- Qeydiyyatda olanlar var. Amma ad çəkmək düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neçə oyunçu daim diqqətimizdədi. (Report)


 
tarix: 12-09-2018 01:06


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az