(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bajoğlusayağı çempionat

Bajoğlusayağı çempionat

19 günlük fasilədən sonra çempionatımızın 4-cü turu start götürür. Bu barədə PFL-in saytında, 11 sentyabr 2018-ci ildə məlumat yerləşdirilib.
 
“IV turun oyun cədvəli açıqlandı: “Sumqayıt” - “ Qarabağ” qaşılaşması “ASK Arena”da keçiriləcək”. Səbəb məlumdur - “Kapital Bank Arena” təmirə bağlandığı üçün “Sumqayıt” rəqiblərini doğma şəhərdə qəbul edə bilmir.
 
Bu gün, yəni xəbərin üstündən bir gün keçməmiş matçın yeri yenidən dəyişdirilir. Bu dəfə meydan sahibi “Qarabağ”, məkan “Azersun Arena” olur.
 
Gülməlidi deyilmi? Təssəvvür edirsizmi, bu liqanın adı Premyer Liqa, qurumun adı Peşəkar Futbol Liqasıdır. 2 həftəlik fasilə ərzində oyunun hansı stadionda keçiriləcəyini müəyyənləşdirə bilməyən üçlük - PFL, “Sumqayıt”, “Qarabağ”.
 
Azarkeş gəlmir stadionlara, hə? Azarkeş hara getsin? Hansı stadiona getsin? Saat neçədə getsin? 8 komandalı çempionatı keçirə bilmirsizsə, niyə oturmusuz orda? Bu insanların əsəbi ilə, azarkeşlərin hissləri ilə niyə oynayırsız? Bəlkə də bu, sizin üçün xırda məsələ sayıla bilər, çünki futbol anlayışınız 0-dan aşağıdı. Bunun adı sistemsizlikdi. Bu sistemsizliyə görə də futbolumuz bugündədi. Sistem çöküb, çürüyüb, lax yumurta iyi verir. Sizin keçirdiyiniz sistemsiz çempionatın nəticəsidir ki, milli komandalarımız da bu gündədir.
 
PFL-in baş direktoru Məlik Həsənov, yarım əsrə yaxındı futboldasınız, yarım əsrdi heç bir yeniliyiniz olmayıb – nə bir addım irəli, nə də bir addım geri. Yerində addımla marş. İbtidai icma qurluşundakı kimi çalışırsız.
 
PFL prezidenti Ramin Musayev, hamıya “bajoğlu” gözü ilə yanaşıb, çempionatı şəxsi fermanız kimi idarə etməyin. Bu peşəkarların çıxış etdiyi futbol çempionatıdı, Bolinisi ilə Dmanisi kəndləri arasında keçirilən  yarış deyil.
 
Bu sistemsizliyin hazırda baş rolda olan səbəbkarları həm də “Sumqayıt” və “Qarabağ” klublarıdır. Bir komanda ki, elə məhz “Sumqayıt”, alternativ yerini müəyyənləşdirib, stadionu təmirə bağlamırsa, işə düzgün yanaşmadan danışmaq olmaz. “Qarabağ” dəyişikliyin niyə məhz oyunun yeri saatı açıqlanandan sonra edilməsini xahiş edir? Çempionat, peşəkarlıq nə zamana kimi ikinci planda, şəxsi məsələlər, münasibətlər ilk sırada olacaq bizim də, futbolumuzun da, millimizin də sırası sonuncu olacaq.
 
Millimiz yenə uduzdu hə? Nə qədər ki sizlər işinizi belə yarıtmaz idarə edəcəksiz, millimiz hələ çox uduzacaq.
 
AĞA

 
tarix: 12-09-2018 17:16


 
Xəbər lenti
19.11.2018

18:03   Azərbaycan Bosniya və Herseqovinaya uduzdu

17:59   “Bu oyunu “döyüşə” bənzədirəm” - Valon Berişa

17:46   Premyer Liqada 12-ci turun hakimləri bəlli oldu

17:09   Topaz Premyer Liqasında 12-ci turun oyun cədvəli məlum oldu

16:15   Birinci Divizionda 11-ci turun oyun cədvəli açıqlandı

15:51   “0:0-lıq heç-heçə olacağını düşünmürəm” - Amir Rrahmani

15:41   “Topaz": Almanlar Fransanı xilas edəcəkmi?

15:33   “Sabah”ın hücumçusu məşqçi lisenziyası aldı

15:03   UEFA düzəliş etdi: Yeni bombardir Nazarov oldu

14:54   Adeniyi het-trik etdi, “Qəbələ” darmadağına sevindi

14:46   Baş katibin niyyəti, İsgəndərin buynuzu...

14:24   Dadaşov: “Bizim üçün bu oyunda uğurlu nəticə çox vacibdi”

12:54   Kosovo - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bilindi

12:23   İspaniyaya 1 qol bəs etdi - VİDEO

12:00   Renat Dadaşov üçün 17 dəqiqə, “sarı” və 3 xal

11:40   Eratın komandasına 1 qol bəs etdi

11:30   Əzizovun komandası ev oyununda xal itirdi

11:00   Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:20   İsveçrə Belçikanı belə şoka saldı - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   İngiltərə - Xorvatiya 2:1 - VİDEO

09:20   “Zirə”nin futbolçusu Lüksemburqa qarşı oynadı, “Səbail”li izlədi

09:00   Bernard Şalland: “Bizdə Berişa varsa, sizdə də Almeyda var”

08:30   Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:42   İngiltərə Xorvatiyaya qalib gəldi, Belçika İsveçrəyə uduzdu

00:05   “Qəbələ”nin futbolçusu Toqo yığması ilə darmadağına üzüldü

18.11.2018

21:18  “Keşlə” Divizion klubuna 5 qol vurdu

19:06  “Keşlə”nin futbolçusu Qabon üzərində qələbəyə sevindi

18:15  Gəncə derbisində 14 qol

16:28  Kamran Ağayev millinin düşərgəsindən kənarlaşdırıldı

16:25  “Sumqayıt” “Qarabağ”ı məğlub etdi

16:03  Qarayevlə Almeyda yenə ən yaxşılar arasında

14:26  “Qarabağ”ın futbolçusu qovuldu

14:06  İtaliyadan antirekord

12:40  Maksim Medvedev: “Kosovo ilə oynaya bilərik”

12:20  “Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi”

12:00  Mirabdulla Abbasov: “Həyəcanlı deyildim”

11:40  Azərbaycan millisindən tarixi nəticə

11:20  Türkiyə İsveçə belə məğlub oldu - VİDEO

11:00  Kosovodan Maltaya 5 cavabsız qol - VİDEO

10:30  “Qəbələ”nin futbolçusu darmadağını kənardan izlədi - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Keşlə”nin futbolçusu Rumıniyada darmadağına üzüldü - VİDEO

09:00  İtaliyanın Portuqaliya ilə heç-heçəsi - VİDEO

01:41  Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı

00:44  UEFA Nazarovun qolunu hesaba almadı

00:23  Millimizdən iki cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az