(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
26 yaşında itirdiyimiz Elvin

26 yaşında itirdiyimiz Elvin

Milli komandamız tarixinin ən pis heyətinə malikdi. Ustalıq səviyyəsinin aşağı, alternativ namizədlərin qıt olduğu bir dönəmdə demək olar, bütün mövqelərdə axsayırıq.
 
Xüsusilə hücum xəttində və müdafiənun mərkəzində ciddi sıxıntılar var. Baş məşqçi Qurban Qurbanov milliləşdirilən Deniz Yılmazı 9 ay ərzində hətta sınamağı da lazım bilmədi. Rauf Əliyev, Ramil Şeydayev, vəssalam, başqa namizəd yoxdu.
 
Müdafiədə vəziyyət xüsusilə acınacaqlıdı. Mərkəzdə Bədavi Hüseynovla yanaşı oynayacaq digər oyunçu gözə dəymir. Ruslan Abışov ağır zədə alıb, Rəşad Sadıqov karyerasını bitirib və məşqçilər məcburiyyətdən Maksim Medvedevi cunahdan ortaya çəkib. İdeal cütlük deyil, amma mümkün variantlar arasında ən yaxşısıdı.
 
Bəs, sabah onlardan biri zədələnsə və ya cəzalı duruma düşsə, necə olacaq? Ehtiyatda RahilMəmmədov var, bir də Ürfan Abbasov məcburiyyətdən burada oynadıla bilər. Hər ikisi də ciddi oyunlar üçün yararsızdı. Rəşadı milliyə qaytarsaydılar, ona ümid etməyə dəyərdi. Hər nə qədər yaş amilini önə çəksək də, Sadıqov alternativlər arasında ən yaxşısıdı. Ondan 1 yaş böyük olan Mifsud Maltayla oyunda Bədavidən penalti “qopardısa”, Rəşadın hələ də yülsək səviyyədə oynamasına şübhə etməməliyik. Amma qərar verilib, Sadıqov U-21-ə zorən baş məşqçi təyin olunub, üzünə millinin qapıları bağlanıb. Özü qayıtmaq istədiyini aşkar göstərsə də, vecə alan yoxdu.
 
İstənilən halda, biabırçı mənzərədi. U-21-də də bu mövqe üçün sanballı namizəd yoxdu. Eltun Turabov və Bəhlul Mustafazadə hətta yaşıdları arasında seçilmir, o ki qaldı əsas milli ola. Amma bir nəfəri deyəsən, hamımız unutmuşuq axı…
 
Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı kritik matçlarında, Premyer Liqa oyunlarında, milli matçlarda ciddi zədələnmiş Bədavini əvəzləyən Elvin Yunuszadə var idi. 26 yaşı var və hazırda klubsuzdu. Superistedad deyil, səhvləri ilə də diqqət çəkirdi, amma vacib anlarda komandaya ciddi kömək edirdi. Lakin itirdiyimiz bir çox istedadlar kimi, onun da qeybə çəkilməsinə razı olmuşuq.
 
Hardadı, kiminlə məşq edir, futbolu atmayıb ki? Bilmirik. Amma bu gün ona ehtiyac var. Qurban Qurbanovun ona necə dəstək verdiyini də bilirik. Şıltaqlığına, intizamsızlığına bir müddət dözdü, yayda yola saldı. Deyək ki, “Qarabağ”da ona ehtiyac yoxdu, bəs, milli komanda?
 
AFFA bir çox istedadların üstündən xətt çəkib, yeni nəsil yetişdirməmələri bir yana, olanların da qayğısına qalmayıb. Neçə-neçə futbolçu diqqətsizlik üzündən karyerasını erkən başa vurub. Elvin də onlardan biri olmaq üzrədi. Halbuki bu oyunçuya diqqət göstərmək, onu qazanmaq, ağıllandırmaq lazımdı. Deyək ki, “Qarabağ” üçün yararlı biri deyil, amma Qurbanov milli naminə bu futbolçuyla maraqlanırmı, onun hardasa yeləşdirilib oyun praktikası qazanması üçün cəhd göstərirmi?
 
Təəssüf ki, yox. Halbuki Fuad Musayev AFFA prezidenti olarkən bəzən qaydaları dəyişib milli üzvlərini harasa yerləşdirir, onlara yeni həyat verirdi. İndiki assosiasiya rəsmiləri isə buna cəhd də etmir. Halbuki milli komanda naminə bunu etmək lazımdı. Onsuz da bərbad müdafiə xəttini gücləndrmək üçün belə təcrübəli futbolçuya ehtiyac var. Elvinin meneceri deyilik, lakin reallıq bunu tələb edir.
 
Yunuszadə “Neftçi”yə də yararlı ola bilər. Mərkəz müdafiəçisi axtaran bakılıların öz yetirməsinə biganəliyi xoş deyil. Və ya “Sumqayıt” Qvanzav Maqomedov kimi faydasız milliləşənləri heyətdə bəsləyincə Elvinə qucaq aça bilərdi. Ən əsası, bunda AFFA maraqlı olmalıdı. Bəlkə də meneceri Riad Rəfiyev olsaydı, Yunuszadə hətt Portuqaliyada da iş tapardı. Elvinsə kiməsə baş əyən biri deyil, ona görə kənarda qalıb.
 
AFFA zaman-zaman milli oyunçularını düşündüyünü göstərib. Elnur Cəfərov xaraktercə Elvindən də çətin birisidi. Ona bütün Avropanı gəzdirdilər, indi də “Keşlə”yə yerləşdirilib. Və ya Andrey Popoviç – içki düşkünü ola-ola ukraynalını müxtəlif klublara göndərdilər, az qala bu yay yenidən “Sumqayıt”da bəyəniləcəkdi. Milli naminə yox, Rəfiyev və dostlarının cibinə xidmət etdikləri üçün. Halbuki Yunuszadə daha faydalı oyunçudu, Çempionlar Liqası təcrübəsi var və daha çox ehtiyac duyulan mövqedə oynayır.
 
Görünən odur ki, nə Qurbanov, nə də AFFA-dakılar bu oyunçu ilə hətta maraqlanmır da. Millini düşünsəydilər, Yunuszadə üçün mütləq şərait yaradardılar. Bu gün millinin Elvinə daha çox ehtiyacı var. Rəşadsız oynayanda ayağı-ayağına dolaşan Bədavidən də, məcburən mərkəzə çəkilmiş Maksimdən də… İnsanı silib atmaq asandı, onu qazanmaq, cəmiyyətə qazandırmaq lazımdı. Nazına dözə-dözə, tərbiyə edə-edə. Elvin dağıstanlı, Almaniya türkü, ukraynalı olsaydı, AFFA bunu mütləq edərdi...
 
FƏRİD

 
tarix: 13-09-2018 09:00


 
Xəbər lenti
19.11.2018

18:03   Azərbaycan Bosniya və Herseqovinaya uduzdu

17:59   “Bu oyunu “döyüşə” bənzədirəm” - Valon Berişa

17:46   Premyer Liqada 12-ci turun hakimləri bəlli oldu

17:09   Topaz Premyer Liqasında 12-ci turun oyun cədvəli məlum oldu

16:15   Birinci Divizionda 11-ci turun oyun cədvəli açıqlandı

15:51   “0:0-lıq heç-heçə olacağını düşünmürəm” - Amir Rrahmani

15:41   “Topaz": Almanlar Fransanı xilas edəcəkmi?

15:33   “Sabah”ın hücumçusu məşqçi lisenziyası aldı

15:03   UEFA düzəliş etdi: Yeni bombardir Nazarov oldu

14:54   Adeniyi het-trik etdi, “Qəbələ” darmadağına sevindi

14:46   Baş katibin niyyəti, İsgəndərin buynuzu...

14:24   Dadaşov: “Bizim üçün bu oyunda uğurlu nəticə çox vacibdi”

12:54   Kosovo - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bilindi

12:23   İspaniyaya 1 qol bəs etdi - VİDEO

12:00   Renat Dadaşov üçün 17 dəqiqə, “sarı” və 3 xal

11:40   Eratın komandasına 1 qol bəs etdi

11:30   Əzizovun komandası ev oyununda xal itirdi

11:00   Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:20   İsveçrə Belçikanı belə şoka saldı - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   İngiltərə - Xorvatiya 2:1 - VİDEO

09:20   “Zirə”nin futbolçusu Lüksemburqa qarşı oynadı, “Səbail”li izlədi

09:00   Bernard Şalland: “Bizdə Berişa varsa, sizdə də Almeyda var”

08:30   Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:42   İngiltərə Xorvatiyaya qalib gəldi, Belçika İsveçrəyə uduzdu

00:05   “Qəbələ”nin futbolçusu Toqo yığması ilə darmadağına üzüldü

18.11.2018

21:18  “Keşlə” Divizion klubuna 5 qol vurdu

19:06  “Keşlə”nin futbolçusu Qabon üzərində qələbəyə sevindi

18:15  Gəncə derbisində 14 qol

16:28  Kamran Ağayev millinin düşərgəsindən kənarlaşdırıldı

16:25  “Sumqayıt” “Qarabağ”ı məğlub etdi

16:03  Qarayevlə Almeyda yenə ən yaxşılar arasında

14:26  “Qarabağ”ın futbolçusu qovuldu

14:06  İtaliyadan antirekord

12:40  Maksim Medvedev: “Kosovo ilə oynaya bilərik”

12:20  “Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi”

12:00  Mirabdulla Abbasov: “Həyəcanlı deyildim”

11:40  Azərbaycan millisindən tarixi nəticə

11:20  Türkiyə İsveçə belə məğlub oldu - VİDEO

11:00  Kosovodan Maltaya 5 cavabsız qol - VİDEO

10:30  “Qəbələ”nin futbolçusu darmadağını kənardan izlədi - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Keşlə”nin futbolçusu Rumıniyada darmadağına üzüldü - VİDEO

09:00  İtaliyanın Portuqaliya ilə heç-heçəsi - VİDEO

01:41  Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı

00:44  UEFA Nazarovun qolunu hesaba almadı

00:23  Millimizdən iki cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az