(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Slavçev: “Azərbaycanda eyni səviyyədə üç komanda var”

Slavçev: “Azərbaycanda eyni səviyyədə üç komanda var”

“Azərbaycan Premyer Liqası 8 komandalı maraqlı çempionatdır. Yarışda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir. Əmək haqqlarının ödənilməsində heç bir gecikmə yoxdur”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Simeon Slavçev gong.bg portalına müsahibəsində deyib. Yay fasiləsində Ağdam klubu ilə 3 illik müqavilə bağlayan 24 yaşlı yarımmüdafiəçi "Qarabağ”da özünü xoşbəxt hiss etdiyini bildirib: 

"Stadionlar kiçik də olsa, hamısı təzə və yaxşıdır. Eyni səviyyədə 3 komanda var – "Qarabağ”, "Qəbələ” və "Neftçi”. Son illər aktiv şəkildə rəqabət aparırlar. Bildiyiniz kimi, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Paytaxt Dubay və Vyananın yaxşı vəhdətini təşkil edir. Mənim çox xoşuma gəlir. İnsanlar arasında bir-birlərinə qarşı hörmət var. Bunu ilk günlərdən gördüm. İrəliyə baxıram. İndi "Qarabağ”da çox xoşbəxtəm. Bu klubla müqavilə bağladığım üçün şadam. Gələcəkdə məni uğurlu mövsümlər gözlədiyimi düşünürəm. Bura tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə rəğbət bəsləyir. "Sportinq”də isə belə şey yox idi. Bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.

Bolqarıstanlı futbolçu sabiq klubu – Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan Portuqaliya təmsilçisi "Sportinq”də potensialının düzgün qiymətləndirilmədiyini söyləyib: "Sportinq”də hədsiz iddialı idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. Əminəm ki, komandanın azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər. Onlar mənim üçün böyük məbləğ ödəndiyinin fərqindədirlər, lakin niyə meydana çıxmadığımdan xəbərsizdirlər. Bu, mənim yox, məşqçilər korpusu və rəhbərliyin problemidir. Məni dəfələrlər öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. Onların "Liteks”də olduğu barəmdə düzgün qərarlar verəcəyini düşünürdüm. Səhv etdim. "Sportinq”ə gedişim düzgün deyildi. Bu klubla bağlı xoş xatirələrim yoxdur”.

Slavçev bolqarıstanlı idmançı və məşqçilərin Azərbaycan kimi ölkələrdə özlərini göstərə biləcəklərinə inamınl ifadə edib. O, digərləri üçün qapı açdıqlarını vurğulayıb: "Reallıq budur ki, Qərbdə bolqarların yaxşı nüfuzu yoxdur. Heç kim Bolqarıstandan olan birini klub sahibi və ya məşqçi kimi gözləmir. İndi bizi üçüncü dünya ölkələrində daha çox axtarırlar. Bunu nəzərə almalıyıq. Ona görə də bizim yüksək səviyyəli mütəxəssislərimiz burada işləmirlər. Həqiqətən, bolqarlar Şərqdə yaxşı ad qazanırlar. Biz digər futbolçular, idmançılar və məşqçilər üçün qapı açırıq. Bu, çox yaxşıdır”.

Qeyd edək ki, Slavçev sentyabrın 9-da Bolqarıstan yığmasının Norveçlə keçirdiyi UEFA Millətlər Liqasının oyunundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Tibbi müayinə nəticəsində onun ön baldır əzələsində ikinci dərəcəli gərilmə təsbit edilib. Yarımmüdafiəçi "Qarabağ"ın Azərbaycan Premyer Liqasında "Sumqayıt"la səfər (14 sentyabr), "Qəbələ" ilə ev (23 sentyabr) oyunlarını, Avropa Liqasında isə "Sportinq"lə Portuqaliyadakı ilk tur qarşılaşmasını (20 sentyabr) buraxmalı olacaq. (Sportnet)


 
tarix: 13-09-2018 13:49


 
Xəbər lenti
25.09.2018

19:23   Müəmmalı transferin təfərrüatı

18:36   Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11   Yığmamızdan Moldova ilə heç-heçə

17:40   Bordinlə Qurbanov irəlilədi

16:54   “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41   “Qarabağ”da 2 yubiley

16:15   “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03   Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41   “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27   “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38   “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12   Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38   “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20   Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09   “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56   Messi Ronaldoya səs verib

12:46   “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29   Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54   Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00   “eTopaz”da günün canlı oyunları

10:44   Kamran Ağayev qaliblərə inanmırmış

10:30   Super Liqa klubunda yeni baş məşqçi

10:15   Elədi, “Gedin, sabah gələrsiz”!

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00   Qurban Qurbanov isminin 6 halı

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az