(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”ın rəqiblərində problemlər

“Qarabağ”ın rəqiblərində problemlər

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan “Arsenal”la “Vorskla” heyətlə bağlı problemlə üzləşib.

Futbolinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, “topçular”ın 7 futbolçusu - Loran Koselni, Aleks İvobi, Karl Cenkinson, Lukas Torreyra, Enzli Meytlend-Naylz, Sead Kolaşinats və Pyer-Emerik Obameyanq zədəlidi. Buna görə də, baş məşqçisi Unay Emeri sentyabrın 15-də Premyer Liqanın 5-ci turunda “Nyukasl”la səfər oyunu üçün heyəti müəyyənləşdirməkdə çətinlik çəkir.

Obameyanq əzələsindəki ağrılara görə Qabon millisinin təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib. 29 yaşlı forvard “topçular”ın son məşqində fərdi şəkildə çalışıb. “Arsenal”ın həkimləri Uruqvay millisində zədələnən Torreyranı da həftəsonu keçiriləcək oyuna çatdırmağa çalışır.

Cenkinson, Meytlend-Naylz və Kolaşinats isə məşqlərə oktyabrda başlayacaq. Koselni fərdi məşqlərə başlasa da, komandaya sentyabrın sonunda qoşulacaq. İvobi isə xəstə olduğu üçün hazırlıq prosesindən kənarda qalıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi - Ukraynanın "Vorskla" klubunun isə üç futbolçusu zədəlidir. Müdafiəçi Aleksandr Çijov, yarımmüdafiəçi Artem Qabelok və hücumçu Yuri Kolomoyets zədədən əziyyət çəkirlər. Bu futbolçuların nə vaxt bərpa olacağı barədə məlumat verilməyib.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Vorskla” və “Sportinq”lə (Portuqaliya) mübarizə aparacaq.


 
tarix: 13-09-2018 17:33


 
Xəbər lenti
24.01.2019

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az