(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
A Seriyasında çıxış edən klubun 3 xalı silindi

A Seriyasında çıxış edən klubun 3 xalı silindi

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Kyevo”nun aktivindən 3 xal silinib.

Futbolinfo.az xəbər verir ki, elita təmsilçisi maliyyə fırıldaqçılığına görə cəzalanıb.

Buna görə İtaliya Futbol Federasiyası “Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırıb. Həmçinin sözügedən klub 200 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, cərimə tətbiq olunduqdan sonra “Kyevo” komandası A Seriyasında -2 xal ilə sonuncu pillədə qərarlaşıb. Çünki geridə qalan 3 turdan sonra bu komandanın hesabında 1 xal var idi.


 
tarix: 14-09-2018 10:30


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az