(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
AFFA gündəmi dəyişir: komitələrin birləşməsi PFL-in ləğvi üçün növbəti mərhələdi

AFFA gündəmi dəyişir: komitələrin birləşməsi PFL-in ləğvi üçün növbəti mərhələdi

Gündəmi dəyişmək zamanıdı. Ölkə futbolunun ən bərbad dönəmində AFFA bu qərara gəlib. Problemli uşaq futbolu, milli komandalar, çempionat müzakirə mövzusu deyil. Məhz bu sahələri unutdurmaq üçün ağıllı plan düşünülüb.
 
Sözügedən sahələr hamısı birbaşa Elxan Məmmədova dəxli olanlardı. Baş katib isə əla ssenari ilə öz kurasiyasında olmayan məsələni müzakirəyə çıxarmaqla gündəmi dəyişir. Bu gün Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdiriləcək, rəhbər vəzifələrdə dəyişiklik olacaq və yeni təyinatla diqqətlər fərqli səmtə yönələcək.
 
Düzdü, Məmmədov hələ xeyli öncədən İcraiyyə Komitəsinin sentyabrda yığışacağını bidirmişdi. Görünür, ssenarini cızırmış və nəhayət, böyük müharibənin ilk döyüşünə başlamaq qərarına gəlib. Peşəkar Futbol Liqasının ləğvi istiqamətində bu gün önəmli addım atılacaq, mövsüm bitən kimi də bu qurum tarixin yaddaşına köçəcək.
 
Baş katib hər şeyi PFL-in əlindən alıb. Klublar Müşahidə Şuralar sisteminə keçməklə Ramin Musayev üçün əlçatmaz olub, əvəzedicilərin yarışı ləğv edilib, divizionda da əsasən katibliyin əlinə baxanlar mübarizə aparır, artıq çempionatın topuna kimi hər şeyi AFFA seçir. PFL-in kurasiyasında yalnız sözügedən komitələr qalmışdı və indi onlar da fərqli don geyəcək. Müqəvva sədrlər – Xaqani Məmmədov və Əli Hüseynov Musayevin söz deyə bilməyəcəyi birisi ilə əvəzlənəcək və bununla da PFL prezidentinin nüfuz dairəsi lap kiçiləcək.
 
İcraiyyə Komitəsinin iclasının keçirilmə yerinin gizli saxlanılması təəccüblüdü. Düzdü, tədbirin harada olacağı haqda artıq informasiyamız var, lakin AFFA-nın sirrini özümüzdə saxlayırıq. Onsuz da assosiasiyanın binasında brifinq olacaq və orada bütün suallara aydınlıq gələcək. Sadəcə, jurnalistlər önünə İK üzvləri yox, Məmmədov keçəcək, o isə ssenarisini istədiyi formada təqdim edəcək. Halbuki Komitə üzvlərindən soruşmalı xeyli məqam var.
 
“Lisenziyalaşdırma prosesi ilə bağlı müzakirə” gündəliyi genişəndirmək, sanballı etmək məqsədi ilə düşünülüb. Digər məsələlərə gəlincə, yəqin ki, milli komandanın oyunları da müzakirə ediləcək. Əsas məsələ isə AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyidi. Dünya praktikasına və UEFA-nın tövsiyəsinə uyğun olaraq bu addım atılacaq.
 
İlin-günün bu vaxtında komitələrin birləşdirilməsi aktual deyildi. İnsaf naminə, hakimlik hazırda ciddi problem içində də deyil. Daha bərbad sahələr qala-qala hakimlikdə dəyişiklik edilməsi həm müəmma, həm də aşkar işarətdi. PFL-in əsas qolu qırılır və Ramin Musayev erasının bitirilməsi yolunda önəmli addım atılır. Çünki struktur dəyişikliyindən sonra İK-ya tabe olan bu qurum da katibliyin kurasiyasına keçəcək. Hətta keçməsə də, orada sözəbaxan Xaqani Məmmədov yox, Elxan bəyin istədiyi adam əyləşəcək və PFL prezidentinin əmrlərini yerinə yetirməyəcək.
 
Gündəm dəyişir. Yeni sədrə başımız qarışacaq, millinin nəticələri, ölkə futbolunun faciəvi durumu unudulacaq.
 
FƏRİD

 
tarix: 14-09-2018 09:00


 
Xəbər lenti
25.03.2019

11:24   Şmeyxellə Kompani

11:00   Almaniyanın Hollandiya zəfəri - VİDEO

10:30   Uels Slovakiyanı tək qolla yendi - VİDEO

10:21   “Azərbaycanı məğlub etməsək...”

10:14   Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

10:00   Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

09:44   Türkiyə Moldovaya, Fransa İslandiyaya qarşı - YENİLƏNİR

09:37   İsrail – Avstriya matçında 6 qol - VİDEO

09:30   Rusiyadan Qazaxıstana 4 cavabsız qol - VİDEO

09:15   Qana yığmasının hücumçusu "Sabah"da

09:00   Azərbaycan Litva ilə üz-üzə - YENİLƏNİR

02:31   Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” - VİDEO

01:50   Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az