(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Elxan bəyin taktiki büdrəməyi...

Elxan bəyin taktiki büdrəməyi...

AFFA-nın baş katibi Elxan Məmmədov politik, analitik cəhətdən futbol camiəsində ən sərrast kadrdı - təsdiqlənib. Həmçinin statik duruşu, etik eniş-yoxuşu, estetik görünüşü, sintetik münasibətləri də gözdən yayınmır.
 
O, təzadlı addımlarıyla fərqlənir, kritik duruma düşür. Bəzən neyləyəcəyini bilmirsən, bəzən təhlil etdiyinin tam əksinə davrana bilir və s.
 
Ancaq bütün formalarıyla o, "ağıllı adam" ayamasını qazanıb. Lakin bəzən ağıllılar da aciz duruma düşə bilir.
 
Xırda bir detalda bunu göstərək.
 
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclası "Four Seasons"a salınmışdı. Saat 12-də başlayan iclasın iştirakçılarından, ən əsas da AFFA prezidenti Rövnəq Abdullayevdən suallarımıza cavab istəməkçün həmin məkana getmişdik.  Lakin içəridən kənarlaşdırıldıq.
 
Rövnəq Abdullayev iclasdan sonra oteli tərk edərkən ona yaxınlaşmaq istəsək də, PFL prezidenti Ramin Musayev bildirdi ki, AFFA-ya gələcək.
 
Yəni iclasın nəticələriylə bağlı mətbuata açıqlama verməkçün saat 15:00-a təyin olunan brifinqə...
 
Bunu yaxınlıqdakı Elxan bəydən də dəqiqləşdirməkçün belə bir dialoq oldu:
 
- Elxan bəy Rövnəq müəllim AFFA-dakı brifinqə qatılacaq?
- Bəli, bəli.
- Lap yaxşı, onda biz gedib orda gözləyək.
 
Gəldik AFFA-nın inzibati binasına. Cəmi üç KİV-in nümayəndəsi  - "futbolpress.az", "qafqazinfo.az", "futbolinfo.az"  - "Four seasons"da deyil, AFFA-dakı brifinqdə suallarımızı verməkçün gəldik məkana.
 
Lakin brifinqdə yenə Abdullayevin deyil, Elxan Məmmdovun media önünə çıxdığını gördük. Protokol qaydayla bu, doğrudur, bir yanlış görmürük. Lakin jurnalistin iclasdakı hər kəsdən fikir soruşmaq hüququ var. Ona görə də iclasın məkanı ilə brifinqin yeri ayrı salınmışdı deyə, biz iclas keçirilən məkana getmişdik. Lakin orda nəinki Abdullayev, heç kəs mediaya açıqlama vermək istəmədi. Bir qayda olaraq hamısı brifinqi gözləməyi təklif etdi.
 
Brifinqdə isə yalnız baş katib...
 
Biz aldadıldıq.
 
Bu haqda Məmmədova sual etdik.
 
Lakin o, bildirdi ki, Abdullayevin brifinqdə iştirakı nəzərdə tutulmamışdı.
 
- Elxan bəy, axı şəxsən sizdən soruşdum, dediniz, "hə". Abdullayevin brifinqə qatılacağını təsdiqlədiniz deyə, biz orda ona yaxınlaşmadıq.
- Yox, mən elə bildim siz soruşursunuz ki, brifinq olacaq? Mən ona "hə" demişdim.
 
Elxan bəy, burda taktiki cəhətdən acizliyiniz üzə çıxdı. Brifinqin olacağını sizdən öyrənməkçün o otelə niyə gələk ki? Həm də brifinqin olacağı saatı və məkanıyla birlikdə AFFA-nın saytında rəsmən açıqlanmışdı, bunu sizdən dəqiqləşdirmək nəyə gərək idi? Siz daha inandırıcı manevr fikirləşə bilmədiniz...
 
Ona görə də, bizim düşünməyə haqqımız var, Rövnəq Abdullayevə nəinki suallar, deyəcəyimiz çox məsələlər var deyə, ona media - konkret bizim önümüzə çıxmağa müxtəlif formalarda əngəllər yaradırsız.
 
Lakin hara qədər? Əvvəlində-sonunda Abdullayevdən soruşmağa imkanımız olacaq. Ən azı sizin yeni isteblişmentdə də manipulyativ addımlarınızın səbəbini Abdullayevdən soruşmağa dəyər.
 
Bir məqamı qeyd edək. Xatırlayırsınızmı, AFFA-nın media siyasəti ilə bağlı boşluqlarını qeyd edərkən, bizimlə razılaşdığınızı dediniz. Bildirdiniz ki, bütün bunların belə alınmasına səbəb media ilə əlaqələrə məsul şəxsin - Mikayıl Nərimanoğlunun boşluqları oldu. İndi Mikayıl bəy yoxdur, ancaq o boşluqlar daha da qabarıq olub və daha pisdir. Mediaya AFFA-nın münasibəti indi daha manipulyativ hal alıb, kommunikasiya da yox səviyyəsindədir. OK, buna da Mikayıl bəy səbəbdir?
 
Bunların və başqa aydınlaşmalı olan məqamların izahatı verilmir... Yəqin bu və daha böyük, ciddi məsələlər Abdullayevdən soruşulmalıdır. Niyə bəzi qərarlarınız  qeyri-adekvatdır. Və s. və i.
 
Hər halda, bu dəfə də vaxtı olmadı, gəlmədi, yəqin haçansa vaxt olacaq. Siz adevatlığınızı itirmisiniz, səbəbini isə sizdən, media siyasətinizdəki yanlışlıqlardan deyil, birbaşa Abdullayevdən soruşmaq gərəkdir. Siz tərəfdən verilən izahlar biabırçıdır. Heç bir əsası olmayan...
 
Futbolpress.az

 
tarix: 14-09-2018 17:21


 
Xəbər lenti
25.09.2018

19:23   Müəmmalı transferin təfərrüatı

18:36   Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11   Yığmamızdan Moldova ilə heç-heçə

17:40   Bordinlə Qurbanov irəlilədi

16:54   “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41   “Qarabağ”da 2 yubiley

16:15   “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03   Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41   “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27   “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38   “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12   Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38   “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20   Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09   “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56   Messi Ronaldoya səs verib

12:46   “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29   Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54   Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00   “eTopaz”da günün canlı oyunları

10:44   Kamran Ağayev qaliblərə inanmırmış

10:30   Super Liqa klubunda yeni baş məşqçi

10:15   Elədi, “Gedin, sabah gələrsiz”!

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00   Qurban Qurbanov isminin 6 halı

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az