(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Saqqallı futbol

Saqqallı futbol

Millinin oyunlarına görə Topaz Premyer Liqasına verilən fasilə bitdi. Dünən 4-cü turun ilk oyununda üz-üzə gələn “Qarabağ”la “Sumqayıt” siftə etdi.
 
Açılış oyunu bir sıra məqamlarla yadda qaldı. Ağdamlılar yığmaların düşərgəsindən dönən bir sıra üzvlərinin yorğunluğu üzündən xeyli əziyyət çəkdi. Avrokubok matçına görə dincəldilənlər, zədəli legionerlər öz yerində, meydanda olanlar da psixoloji cəhətdən yorğun idi. Məşqçilər korpusu və kapitan Rəşad Sadıqov başqa komandaları meydana çıxarmışdısa, bir çoxları da oyunçu kimi bacarığını göstərmişdi.
 
Bütün bu psixoloji yükün ağırlığı az qala komandanı büdrədəcəkdi. Amma “Qarabağ” çətin qələbə qazana bildi. Düzdü, bunda baş hakim İnqilab Məmmədovun da rolu oldu. O, son dəqiqələrdə - top Sadıqovun əlinə dəyən epizodda penalti təyin etməməklə “Sumqayıt”ın haqqını yedi.
 
Hələ bu, 10 nəfərlə mübarizə aparan “Sumqayıt” idi. Yusif Nəbiyevin uşaqcasına məsuliyyətsizliyi qonaqları çətin vəziyyətdə qoymuşdu. Hesabın açıldığı penalti epizodunda olduğu kimi, cinah müdafiəçisi daha bir dəfə əllə oynadı. Və həmin epizodda buna qətiyyən ehtiyac yox idi. Gəl ki, Qəbələdə son dəqiqə qolu ilə qəhrəman olan Yusif 4 tura 3-cü qlrmızı vərəqəni alan sumqayıtlı oldu.
 
Matçda “Qarabağ” əvəzedicilər də daxil olmaqla 7, “Sumqayıt” 10 yerli futbolçudan istifadə etdi. Və qonaqların 5 üzvü haçansa ağdamlılara xidmət edənlər idi. Ümumi götürsək, bu 17 futbolçudan 12-si müxtəlif vaxtlarda “Qarabağ” forması geyib.
 
Bu oyunçulardan cəmi ikisi – İsmayıl İbrahimli və Yusif Nəbiyev U-21 yığamızın düşərgəsindən dönmüşdü. Onlar burada meydanda birlikdə olduqları Rəşad Sadıqovun rəhbərliyi altında oynamışdı. Qurban Qurbanov isə əsas komandaya “Sumqayıt”dan yalnız Bəxtiyar Həsənalızadəni çağırmış və onun xidmətindən istifadə etməmişdi. Elə ağdamlılarda da milli forması geyənlərdən yalnız Qara Qarayev və Mahir Mədətov oynayırdı – onlar da fasilədən sonra oyundaşlarını əvəzlədi.
 
Qarşılaşmada ən maraqlı mənzərə futbolçuların imici ilə bağlıydı. 17 yerli futbolçudan yalnız 4-ü - Aleksey İsayev, Araz Abdullayev, Qara Qarayev, Mahir Mədətov - oyuna saqqalsız çıxmışdı. Rəşad Sadıqov, İsmayıl İbrahimli, Abbas Hüseynov, Coşqun Diniyev, Mehdi Cənnətov, Rail Məlikov, Şəhriyar Əliyev, Bəxtiyar Həsənalızadə, Arif Daşdəmirov, Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev və Cavid Tağıyev isə müxtəlif formalı “üz geyimində” idi.
 
Burada başqa məqam axtarmayın, hansısa birbaşa səbəb yoxdu, amma futbolçular son vaxtlar nədənsə belə imici ilə seçilir. Elə “Qarabağ”ın bəzi əcnəbiləri – İnnosent Emeqara, Vaqner da Silva və Abdulla Zubir də yeni dəbə ayaq uydurur.
 
Ustalıq səviyyəsini artırmaq, komandalarına daha çox yardım etmək, milli səviyyəsinə yüksəlmək əvəzinə, imiclə fərq yaratmaq istəyənlər tamaşaçıları zövqlü oyundan məhrum etdilər. Və bu tendensiya təkcə bu 2 komandada deyil, bu gün və sabah meydana çıxanara da diqqət yetirərsiz. Hərəsi bir formada saqqal saxlayan futbolçular fintləri, əzmkarlıqları, ustalıqları ilə deyil, müxtəlif formaları saqqalları ilə futbolsevərlərin yaddaşına düşməyə çalışırlar. Belədə matçın taleyini onlar yox, saqqala salam verməyən, saqqalsız da sözü işə keçən İnqilab Məmmədov həll edir.
 
AĞA

 
tarix: 15-09-2018 09:00


 
Xəbər lenti
19.02.2019

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az