(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İsayev milli komanda haqda qərar verməyib

İsayev milli komanda haqda qərar verməyib

"İlk 45 dəqiqədə rəqibin cəmi bir qol imkanı oldu. Penalti zərbəsini nəzərdə tuturam. Başqa fürsətləri olmadı.  Öz dəst-xəttimizə uyğun futbol sərgiləmək istəyirdik. Hesab edirəm ki, layiqli oyun nümayiş etdirdik. Bəli, "Qarabağ"ın yüksək səviyyəli komanda olması ilə razıyam. Ancaq onlara qarşı oynamaq mümkündür.  Fasilədən sonra qırmızı vərəqə aldığımız epizodadək çox yaxşı oynadıq. Elə özümün də fərqlənmək üçün yaxşı şanslarım oldu. İmkandan istifadə edə bilmədiyim üçün komanda yoldaşlarımdan üzr istəyirəm. Azlıqda qaldıqdan sonra topa nəzarət rəqibə keçdi" - bu sözləri "Sumqayıt"ın futbolçusu Aleksey İsayev Topaz Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a minimal hesabla məğlub olduqları matçı dəyərləndirərkən bildirib.
 
23 yaşlı yarımmüdafiəçi oyunun son dəqiqələrində yaşanan qalmaqallı epizodla bağlı danışıb: "Qalmaqallı epizod idi. Baş məşqçimiz də topun rəqibin futbolçusunun əlinə dəydiyini dedi. Amma hakim həmin epizodda susmağa üstünlük verdi. Səbəbini onun özündən soruşmaq lazımdır. Bəlkə rəqib "Qarabağ" olduğuna görə hakim penalti təyin etmədi? Bilmirəm, bu barədə danışa bilmərəm".
 
İsayev "Sumqayıt"ın qarşısına qoyulan məqsədlərdən danışıb: "Avropa Liqasına vəsiqə qazanmaq tapşırığımız var.  Klub prezidenti deyib, biz də həyata keçirməliyik. Yaxşı, keyfiyyətli komandamız var. Hesab edirəm ki, məqsədimizə çatmalıyıq. Komandamız yenidir. Cəmi 2 aydır bir yerdəyik. Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz".
 
Müqavilə ilə "Zenit"ə məxsus olan və Rusiya vətəndaşı olan İsayev Azərbaycanla bağlılığından danışıb: "Azərbaycanla ata tərəfimdən bağlılığım var. Ancaq uşaqlıqdan atasız böyümüşəm. Milli komandaya gəlincə, hələlik bu barədə qərar verməmişəm, düşünürəm".

 
tarix: 15-09-2018 10:12


 
Xəbər lenti
18.02.2019

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az