(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məsuliyyəti artıracaq səhv

Məsuliyyəti artıracaq səhv

Adi, mexaniki səhvdi. Olmaması daha yaxşıydı, lakin olubsa da, bunu faciəyə çevirmək gərəkmir.
 
“Zirə” texniki məğlubiyyət alacaq, bir xalı silinəcək. Samir Abasovun debüt oyununda əldə etdiyi bu xal heç nəyi dəyişməsə də, acı xatirə kimi yaddaşda qalacaq.
 
Belə səhvlər hamının başına gələ bilər. Ötən mövsüm hətta “Real” kimi dünya nəhəngi bunun qurbanı olmuşdu. Əvvəlki illərdə “Neftçi” “Zirə” ilə oyunda, hətta “Qarabağ” “Sumqayıt”la matçda protokol səhvinə görə texniki məğlubiyyət almışdı. Bu səbəbdən “Zirə”nin “Səbail”lə səfər oyununda  (1:1)qazandığı bir xalı itirməsini iş qəzası saymalıyıq.
 
Əslində, belə problemlərin üzə çıxması bir az da sistemsizliklə bağlıdı. Son 3 ildə artıq 3-cü belə hal reallaşır, bir neçə dəfə də komandalar texniki məğlubiyyətdən son anda qurtulub. Məsələn, “Sumqayıt”ı bu aqibətdən əvəzləmə zamanı klub işçisi Rəşad Məmmədov qurtarmışdı.
 
Bu qədər limit proseduru baş ağrıdır, xaos yaradır. Məşqçilər oyunu, taktikanı fikirləşməklə yanaşı, bir neçə limiti də düşünməli olur. Ona görə də futbolun keyfiyyəti bir kənarda qalır, xırda nüanslarla əlləşirik.
 
Sistemsizlik klublarda özünü fərqli şəkildə göstərir. Abasovun özüylə gətirdiyi köməkçilər protokol doldurmur, bu iş mətbuat katibinin ümidinə qalır. Belə olmamalıdı, iş bölgüsü dəqiq bilinməli, buna əməl edilməlidi. Ümumiyyətlə, klublarda mətbuat xidmətinin üzvlərinə “hərşeyşünas” kimi baxılır, onlara hər cür iş tapşırılır. Belədə ortaya arzu olunmayan hadisələr çıxır.
 
Qonaq komanda yaş limiti ilə bağlı oyunun protokolunda kobud səhvə yol verib. "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bu üzdən də matçın nəticəsinin ləğv olunması, “Səbail”ə texniki qələbə verilməsi mütləqdi. İş ondadı ki, komandanın 2000-ci il təvəllüdlü futbolçusu Hüseyn Əhmədovun lisenziyası oyundan əvvəl matçın 4-cü hakiminə təqdim olunub, o, ehtiyat oyunçular skamyasında da əyləşib, amma səhvən adı protokola yazılmayıb.
 
İş ondadı ki, bu səhvə başqaları da şərikdi. Məşqçilər, klub inzibatçısı, hakimlər də protokola nəzər yetirərkən səhvi görməyib, hətta 4-cü hakim adı protokola yazılmayan futbolçunun ehtiyatda oturmasına göz yumub.
 
İstənilən halda, klub məğlubiyyət alacaq. Bu, hamıya dərs olmalıdı, işə daha məsuliyyətlə yanaşmalıdılar. Ən vacibi isə odur ki, hər kəs cavabdeh olduğu sahəyə diqqət yetirməli, məsuliyyəti boynuna çəkməlidi.
 
Bu bir xal “Zirə” üçün həyati əhəmiyyətli deyil. Olan oldu, irəli baxmaq lazımdı. Klub rəhbərliyinin sakitliyi, olayı anlayışla qarşılaması da alqışalayiqdi. İlin əvvəlində 11 oyun qələbəyə həsrət qalan komanda üzvlərinə səbrlə davranan rəhbərlik yenə eyni alicənablığı göstərir. Bu, çox yaxşı haldı. Səhvdən nəticə çıxarmaq, bundan sonra daha diqqətli olmaq lazımdı. Texniki səhv “qartallar”ı daha məsuliyyətli edəcək.
 
FƏRİD

 
tarix: 16-09-2018 14:16


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az