(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Məmmədovun xoru: hakimlərin toplanışa göndərilməməsi bu təyinata hesablanmışdı

Məmmədovun xoru: hakimlərin toplanışa göndərilməməsi bu təyinata hesablanmışdı

Elə bil xor kapellosudu. Hamısı bir-bir danışır. Hətta Zaur Axundovun cibində gizlənən Rəmiş Malıyev də, “Sumqayıt”ı futbolçu alverinə qurban verən Riad Rəfiyev də...
 
Kim ki, Elxan Məmmdəovun qanadı altında boy atır, qaz vurub, qazan doldurur, hamı danışır, dəstək nümayiş etdirir. Fritz Stuxlikin təyinatından sonra AFFA-nın baş katibi bütün kadrlarına danışmaq tapşırığı verib, onlar da dil-dil ötür. Sanki bu təyinat futbolumuzu bataqlıqdan çıxaracaq.
 
Ölkə futbolunda ən problemsiz sahə hakimlikdi. Və AFFA uşaq futbolu, milli komandalar, klub futbolu və s. problem içində olan sahələri unudaraq bütün diqqəti hakimliyə yönəldib. Elxan Məmmədovun xoru da bir ağızdan eyni mahnını oxuyur. Təyinat o qədər risklidi ki, əks təbliğatdan, acı fəsadlarından çəkindikləri üçün tərif yağdırır, ictimaiyyətə qəbul etdirməyə çalışırlar.
 
Hakim və Hakim-İnspektorlar komitəsinin yeni sədri nə iş görəcək ki? Axı, hakimliyimiz o qədər bərbad durumda deyil. Hakimlik ölkəmizdə həmişə ən öncül sahələrdən olub, ən güclü məktəblərdən birinə sahibik. Hətta hakim idarəçiliyi futbolumuzun ümumi səviyyəsindən 1 addım irəlidədi. Sadəcə, bu sahəyə diqqət yetirilməyib, peşəkarlar kənar tutulub, yeniliklərin tətbiqi üçün münbit şərait yaradılmayıb. Və bu gün UEFA-nın tövsiyələrini yerinə yetirmək üçün əcnəbi mütəxəssis gətirməyə ehtiyac yox idi.
 
Kimlərsə - bəlkə də Ruad Rəfiyev – Stuxlikin gətirilməsindən menecer haqqı alacaq, avstriyalıya çəkilən xərcdən kimlərsə özünə pay ayıracaq, eyni zamanda Peşəkar Futbol Liqasını ofsayda salıb tam monopoliya yaradacaqlar deyə komitənin əcnəbiyə tapşırılması yolverilməzdi. Fritz hansısa fövqəlistedad, bacarıq sahibi deyil. Onun edəcəklərini daha yaxşı reallaşdıracaq xeyli mütəxəssisimiz var. Stuxlik ölkə futbolunu, hakimlərimizi və s. öyrənmək üçün 1 ili xərcləyəcək. Və onunla imzalanan üçillik müqavilə, xərclənəcək milyon avrodan çox vəsait havaya sovrulacaq.
 
Elə bütün bunları nəzərə alan baş katib “ansambl”ına xor tapşırığı verib, onlar da mətbuata daraşaraq açıqlamalar verirlər. Tərif tərif dalınca... İşin mahiyyətindən, prosesin necə gedəcəyindən, avstriyalının hansı bacarığa sahib olmasından xəbərsizcə... Hamı ancaq tərifləyir – məqsəd Məmmədovun addımına haqq qazandırmaqdı. Uşaq futbolundan, millilərdən, çatışmazlıqlardan danışarkən siçan deşiyində gizlənənlər indi bülbül olub.
 
Hamının da əlinə əsas düşüb. Turun açılış oyunundakı hakim səhvlərini misal gətirib bu təyinatı alqışlayırlar. Kimsə də demir ki, İnqilab Məmmədovun səhvlərinin səbəbkarı da elə baş katibdi. Məhz Elxan Məmmədov yayda onların toplanışa getməsinə imkan vermədi, hazırlığa süni şəkildə mane oldu. Heç bir hazırlıq keçməyən hakimlər əvvəl-axır büdrəməliydi və bu oldu. Məmmədov ədalət təmsilçilərinin hazırlığına süni şəkildə əngəl olmuşdu ki, indiki təyinat üçün səbəb ortaya çıxsın.
 
Elxan Məmmədovun bərbad solo çıxışını xor davam etdirir. Amma bu “sənət əsəri” artıq qulaq pərdələrimizi cırır, tezliklə repertuar dəyişməlidi. Bayağı ara mahnısıdı, klassik əsər deyil...
 
CAVAD

 
tarix: 17-09-2018 09:00


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az