(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Stuxliklə 90-cı illərə qayıdış - ləkəlilər yenə iş başında

Stuxliklə 90-cı illərə qayıdış - ləkəlilər yenə iş başında

Elxan Məmmədov Azərbaycan futbolunun axırına çıxmaqda qərarlıdı. Milliləşənlərlə doldurulmuş yığma komandalar bərbad durumda, uşaq futbol məktəbləri yoxdu, yeni nəsil yetişmir, klubların sayı ölkə tarixində ən minimal həddə enib, bölgələrdə kütləvilikdən əsər-əlamət qalmayıb, maddi-texniki baza məhv edilib.
 
İndi də böyük ənənələri olan hakimlik sıradan çıxarılır.
 
Tofiq Bəhramov kimi dünya çempionatı, Eldar Əzimzadə kimi Olimpiada finalında idarəçilik etmiş şəxslərin vətənində saysız sabiq FIFA referisi də var. Və onlar əcnəbi həmkarlarından heç nədə geri qalmır. Sadəcə, onlar sırf ölkənin reytinqinə görə irəli gedə bilməyib, daim zəiflərin olduğu qrupda qalıblar. Bacarıq, bilik, ağıl baxımından heç bir gəlməyə həsəd aparmırıq. Hətta SSRİ çempionatı vaxtı Azərbaycan 5 briqada (!) ilə Güclülər dəstəsində təmsil olunan azsaylı respublikalardan idi.
 
Bütün bunlara baxmayaraq, AFFA-nın baş katibi UEFA-dakı hamilərini, sifarişçiləri razı salmaq, eyni zamanda öz məkrli planlarını həyata keçirmək üçün məhz hakimlikdə islahat aparır. Lazımdı, olmalıdı, digər sahələrlə paralel olaraq burada da nələrsə dəyişməlidi. Amma digər problemlərin üstündən keçib, qaysaq bağlamış yaranı qoparmaq cığallıq əlamətidi.
 
Yeni yaradılan AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik sabiq FIFA referisidi. Lakin o, ölkəmizdən olan həmkarlarının əlinə su tökməyə də layiq deyil. Karyerasını vərəqləyəndə hesabında ən yüksək səviyyəli bir oyun tapmaq olmur. Sadəcə, avstriyalıdı, avropalıdı, ölkəsinin reytinqinə görə öndə olub. İçki düşkünü olduğu deyilən Stuxlik 15 illik FIFA referiliyi dövründə ortabab hakim kimi tanınıb.
 
52 yaşlı sədr hakimlik karyerasına 1982-ci ildə başlayıb, 1992-nin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Bir dəfə FIFA referiliyindən qovulub, daha sonra geri qayıdıb.
 
İnternet qaynaqlarına inansaq, Stuklix heç vaxt elit qrupa düşməyib. Belə birinin yüksək kateqoriyaya düşəcək hakim hazırlayacağı inandırıcı görünmür. Reytinq baxımından hətta indiki FIFA referimiz Əliyar Ağayevin kölgəsində qalan biri bizə nə fayda verə bilər ki?
 
Fritz Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb. Amma onun haqda Avstriya mətbuatında yazılanlara diqqət etmək lazımdı. Həmkarlarımız qeyd edir ki, Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olan Stuxlik heç bir hakim yetişdirə bilməyib. Bundan əlavə, o, 1 milyonluq büdcəni şəffaf şəkildə idarə etməməkdə, büdcəni tar-mar etməkdə günahlandırılır.
 
Təsəvvür edin: Avstriyada heç bir iş görməyən, hakim yetişdirməyi bacarmayan birini indi Azərbaycana müəllim kimi gətiriblər. O, 3 ilə 1 milyon avrodan çox məvacib alacaq və faydasız planları ilə AFFA-nı əlavə xərclərə salacaq. Və müqaviləsi bitəndə də sakitcə çıxıb gedəcək, zibil təmizləmək özümüzkülərə qalacaq.
 
Özünüz düşünün, müsbət SV-si olmayan belə birinə güvənməyə dəyərmi? AFFA prezidentini, İcraiyyə Komitəsinin üzvlərini, futbol ictimaiyyətini aldadan baş katib yalnız öz planlarını həyata keçirməklə məşğuldu. O, dövlət büdcəsini əcnəbilərə dağıdır, işin keyfiyyəti haqda isə heç bir məsuliyyət daşımır.
 
Elxan Məmmədovun hakimliyi də bərbad duruma salmağa cəhd etməsini sübut edən daha bir fakt onun yeni komitəni formalaşdırmaq üçün yığdığı kadrlarda bəlli olur. Babək Quliyevlə danışıq aparılması, komitənin formalaşdırılması üçün ilk iclasa çağırılan Elçin Məmmədov və Anar Salmanov adları sizə nəsə deyirmi? Hakimliyin üz qaraları olan bu şəxslər “Bakı”nın, “Xəzər Lənkəran”ın, “Qarabağ”ın başına oyun açmış, rüşvət üstə qovulmuş hakimlərdi. Hələ həmin gün bir araya gələnlər arasında hakimlərin bazarına nəzarət edən, alver şəbəkəsinə rəhbərlik edən adamlar da var idi. Rövnəq Avdullayevin birbaşa müdaxiləsi, iradəsi ilə qovulan bu şəxsləri Elxan Məmmədov yenidən futbol ailəsinə qaytarmaqla nə demək istəyir? Axı, onların hamısı faktla ifşa edilib.
 
Ölkə futbolunu 90-cı illərə, hərc-mərclik dövrünə, alver əyyamına qaytarmaq cəhdini anlamırıq. Ləkələnmiş insanları yenidən iş başına qaytarmaq elə AFFA prezidentinə xəyanətdi. Onun qətiyyəti sayəsində rüşvətxor hakimlər sıradan şıxarılıb, şəffaf idarəçiliyə nail olunub. Səhvlər yenə də var, amma azdı, olan da qərəzli deyil. Tahir Süleymanovun bu komitədə təmsil olunmaqdan boyun qaçırmasının bir səbəbi də budu. O da adı çirkli oyunlarda hallanan insanlarla bir cərgədə olmaq istəmədi.
 
Təsəvvür edin: Avstriyada milyonlar dağıdan Stuxlikin rəhbərlik edəcəyi komitədə bizim alverçi-sabiqlər bir komandaya çevriləcək. Necə də “gözəl” perspektivdi...
 
CAVAD

 
tarix: 17-09-2018 10:11


 
Xəbər lenti
17.02.2019

23:30   “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07   Daha üç komanda 1/4 finalda

21:04   40-cı heç-heçə

20:32   “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01   Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48   “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22   “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37   “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52   “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34   Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58   “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42   Bundesliqada yeni rekord

14:01   “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09   İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08   “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18   Ufuk Budak oynamadı, komandası uduzdu

10:26   Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31   Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az