(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular”

“Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular”

“Komandamızın oyunundan çox razıyam. Üzücü hal odu ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik. Ancaq fasilədən sonra yaxşı oynadıq, qol epizodları yaratdıq və sonda məqsədimzə çatdıq. Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dediniz ki, oyundan razı qaldınız. Ancaq "Neftçi" 88-ci dəqiqəyədək meydanda var-gəl edirdi. O vaxtadək komandanız harada idi?
- Ola bilər ki, siz başqa oyuna baxırdınız. Ciddi sual verin və onu cavablayım.

- Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini açıqladı. Bəs siz necə düşünürsüz?
- İlk hsisədə qol imkanları yaratsaq da, vura bilmədik. Bəxt onda gətirər ki, 1 qol epizodu yaradasan və ondan istifadə edərək qalib gələsən.

- İlk 3 oyunda cəmi 7 dəqiqə oynamış Rəhman Hacıyev bu gün əsas heyətdə meydana çıxdı. O, tələblərinizə nə dərəcədə cavab verdi?
- Rəhmandan razıyam. Meydanda üstün oyunumuzda pay sahibi oldu. Bu gün şans verdiyim futbolçulardan razı qaldım.

- Bu suala "Neftçi"nin baş məşqçisi kimi yox, italiyalı mütəxəssis kimi cavab verməyinizi istərdik. "Qarabağ" - "Sumqayıt" matçında penalti ilə bağlı mübahisəli epizodlar haqda nə düşünürsüz?
- Açıq-aydın görünürdü ki, penalti vardı. Burada penalti verməmək şansı da yox idi. Düşünürəm ki, bu, sadə vəziyyət idi. Həm baş hakim, həm laysnman asanlıqla penalti qərarı verə bilərdi.

- Zədəli Emin Mahmudovun yoxluğu komandanın hücum quruculuğuna necə təsir göstərdi?
- O, çox keyfiyyətli futbolçudu, hücumameylli oyunçudu, təhlükəli epizodlar yaradır. Mahmudov hətta kapitan sarğısını daşıyıb. Rəhman onun yerində kifayət qədər yaxşı oynadı, təhlükəli epizodlar yaratdı. Hacıyevdən razıyam.

- Mahmudovun durumu necədi? Növbəti matçda oynayacaq?
- Millidən zədəli gəlib, durumuna baxacağıq. Buna əsasən qərarımızı verəcəyik.

- Dario Frederikonun daha çox fərdi oyuna üstünlük verməsi sizi narahat edirmi?
- Dario və Dabo fərdi oynları ilə seçilən futbolçulardı. Onlardan razıyam. Top itkilərini normal sayıram. Yorulduğu üçün Darionu ikinci hissədə əvəzlədim. (Sportnet)


 
tarix: 16-09-2018 23:53


 
Xəbər lenti
23.04.2019

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az